
Külək ollam əsərəm mən, nəfisinçün gəzərəm mən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, vətənin qeyrətini qoruyan əsgər. Qır atın yox, qradın var, dür atın yox, dürr adın var, ağılın var, savadın var, soyadın var və soyun var, cihadın var vətən uğrunda sənin, eylə hücum, cum sən onun üstünə cum, sür maşını, at qradı, kəs başını, al muradı, qov o köpək oğlunu yeravanə, qov onu xanəbəxanə, qulağın yox, nəsilin kəs ki yayılsın bu xəbər cümlə cahanə, bundan sonra əzizim, bizi nə "On", geyə min don, nə Klinton, nə Parij-bon, nə də London, qoyuban son, deginən onlara pardon, çaxasan başına patron, deyəsən ay köpəyoğlu Mixail, aləmi qatdın, deyəsən arzuna çatdın və müsəlmanı azaltdın, bir üzükçün o gözəl məkanı satdın, Qarabağ oldu biyaban, Bakıda doldu xiyaban, oğulum getdi əlimdən, qızımı doğradı düşmən, qana qandır demisən sən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, vətənin qeyrətini qoruyan əsgər. Bilirəm, qışda əzizim, başın üstə neçə rüzgar əsir, qar əriyir, şaxta kəsir. Sənə lazım deyil heç bir neçə minlik propitka, sənə bir adicə kurtka, sənə bir tüklü batinka, sənə bir isti kazarma, sənə bir yağlı bozartma, gəl utandırma-qızartma, günə yüz min qazanan, gündə gəzən yüz qızınan, öz varına özü qızınan, azəri övladları ki, bu qədər hallıdırlar, malıdırlar, varlıdırlar, sən nə hirslən nə özündən çıx əzizim, axı sən mərdsən igidsən vətən üçün bir ümidsən. Külək ollam əsərəm mən, nəfisinçün gəzərəm mən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, vətənin qeyrətini qoruyan əsgər.
