Allahı sevməkdə məcburiyyət yoxdur!

 
Allahı sevməkdə məcburiyyət yoxdur!

Dində məcburiyyət yoxdur

İslam inancına görə insanın müxatabı Allahdır, Rəsullahdır. Onlardan başqa inancını kiməsə isbat etmək məcburiyyəti yoxdur! İnsan inanır və ya inanmır, bunun nəticələrini də ölümdən sonrakı həyatda görər! Çünki bu dünya məcburiyyət deyil, Təklif dünyasıdır!

Kimsənin başqalarını hər hansı bir mövzuda inanmağa məcbur etmə haqqı yoxdur! Aşağıdakı ayədə bu mövzuya açıqlıq gətirilmişdir.
Din içində məcburiyyət yoxdu (2-256).

Bununla belə Qurani-Kərimin bu açıq hökmünü ifadə edən ayə bir çox müsəlman olduğunu bildirən insanlar tərəfindən mənimsənmir. Müxtəlif məntiq oyunları ilə insanlara zorla-təsirlə İslam təklifləri keçirmək istənilir..
Yəni insanlar inanmadıqları şeyi etməyə məcbur edilərək münafiq-iki üzlü hala gətirirlər!

Hansı ki, yaşadığımız dünya Təklif və Anlatma dünyasıdır. İman edən imanın gərəyini imanı qədəri ilə yerinə yetirər. İmanı olmayan da istədiyi kimi yaşayar və ölümdən sonra da onun nəticələrinə qatlanar!

Allahı sevməkdə məcburiyyət yoxdur!

Dinə görə İkrah yoxdu

İkrah sözünün mənası məcburiyyət deməkdir. Hansı ki, Quran hökmünə görə Din içində ikrah yoxdur!

İkrah yeni məcburiyyətin dində olmadığını insanları bu mövzuda məcbur etmənin tamamilə dindən kənar bir davranış olduğunu görün dəyərli müfəssir Həmdi Yazır məşhur təfsirində necə açıqlayır:

- Bəlkə aləmdə ikrah ola bilər, amma dində din hökmündə din dairəsində olmaz və ya olmamalıdır. Dinin şanı ikrah etmək deyil, bəlkə ikrahdan qorumaqdır.

Buna görə İslam dininin haqqı ilə hakim olduğu yerdə ikrah olmaz və olmamalıdır.. Bu halda Din ikrah edin deməz ikrah məşru və mötəbər olmaz!

İkrah ilə vaqe olan əməldə dinin vəd etdiyi savab olmaz riza və hünsi-niyyət olmayınca heç bir əməl ibadət olmaz!

Əməllər niyyətə görə dəyər qazanır! Mətalibi-dinliyyənin hamısı ikrahsız hüsni-niyyət və riza ilə edilməlidir....

İkrah ilə etiqad mümkün deyil, ikrah ilə qılınan namaz deyil, oruc da elə, həcc də elə və ilaxır..
Bundan başqa bir kimsənin digərini məcbur edib hər hansı bir işi ikrah ilə gördürməsi də caiz deyil.

Musa a.s inananlar ilə Firondan qaçmağı daha ağıllı bir yol bildi və Allaha güvəndiyi üçün Allah da ona yardım etdi. Fironun qoşunu onlara çatanda Allah dəryanı firqələndirdi və Musaya və onunla inananlara nicat verdi.. Mağara surəsində isə zülmdən qaçan cavanların həmin dövrdə yaşayan padşaha qarşı mübarizəsini yox, mağarada gizlənib Allaha sığınmalarının şahidi oluruq.

Allahı sevməkdə məcburiyyət yoxdur!

Bir neçə ayəyə nəzər salaq - 2-ci surə (Bəqərə) - (256).
Yoxdur ikrah dində. Əlbəttə, aydın oldu rəşd yol azğınlıqdan. Və kim Tağutla küfr edib və inana Allah ilə, fəqət möhkəm bir yerdən yapışıb ki, onun üçün qopmaq yoxdur. Allah Səmidir, Alimdir!

Həqiqətən də hər bir kəsə doğru yol və azğınlığa aparan yol aydın olandan sonra Allaha inanmağa məcbur etmək məntiqsizlikdir. Hər kəs öz yolun özü seçməlidir - istər şükr edən olsun, istər küfr edən.. Axı Allahın süfrəsinə kimisə zorla oturtmaq olarmı? Allahdan mükafat almağa kimisə məcbur etmək olarmı? Allah eşidəndir, Allah görəndir, Allah hər şeyi biləndir.

10-cu surə (Yunus) - (25).
Allah sülh evinə çağırır və kimi istəyir düz yola hidayət edir!

Allah sülh evinə çağırdığı halda biz necə öldürməklə, qorxutmaqla və başqa vasitələrlə insanları sülhə çağıra bilərik? Sülh və zor elə biri-birini təkzib etmirmi?

10-cu surə (Yunus) - (99).
Əgər Rəbbin istəyə, kim ki, ərzdə var, hamısı cəmiyyən inanardı. Ə, sən insanları ikrahla məcbur edəcəksən ona ki, ta inananlar olsunlar? (100). Heç kəs inanan olmaz, ancaq Allahın izni ilə. Və ricsi o kəslərin üzərinə edər ki, əql etməzlər.

Allahı sevməkdə məcburiyyət yoxdur!

Bu ayələrdən də görünür ki, əgər Allah istəsə insanların hamısı inanar.

Bu gun cihad deyəndə niyə hökumətlərə, dövlətlərə qarşı müharibələr nəzərdə tutulur. Bizi Allaha inanmağa qoymayan onlardırmı? Əgər hökumətlər, dövlətlər və kafir bildiyimiz insanlar məhv olsa, bizim imanımız güclənəcəkmi? Axı Allah bizə dəfələrlə Quranda öyrədir ki, nə qədər qohumlar, qərinələr və bizdən malda və övladda şiddətli olan dəstələr ərzdə batırıb. Bəs bunların hansı biri bizim imanımızı artırıb və yaxud bu gun dünyada yaşayan və inanamayan bildiyimiz insanları terror və başqa vasitələrlə məhv etsək, imanımız güclənəcəkmi? Başqa dövlətlərdə və qonşuda inanmayan axtardığımız təqdirdə bəs evimizdə, ailəmizdə və tayfamızdakı inanmayanları niyə görmürük?

Bəs onları niyə öldürmürük? Və yaxud başqa bir misal - Allah hz Nuhu ona inananlarla birlikdə gəmiyə yükləyib xilas etdi və kafirləri isə suda qərq etdi. Bəs sonra bu kafirlər haradan yarandılar. Kafirlər elə inananların zürriyətlərindən əmələ gəlir. Quranda Hz. İbrahimin Allahdan istəyi də zürriyyətinin inanan olmasını arzulamasıdır. Munafiqlər surəsi də dediklərimizə əyani sübutdur. Muhafiqlər kimlərdir - zaman-zaman imanlarında şübhə edən və dönənlər. Əgər tövbə edib qayıtmasalar, onlar da kafirlərin cərgəsinə qoşulacaqlar. Münafiqlər ilk halda kafir olmurlar, çünki surədə belə bir ayə var ki, münafiqlər deyirlər ki, şəhadət veririk ki, sən rəsulusan Allahın. Buradan belə aydın olur ki, onlar ilk vaxlar inanan idilər. Axı, kafirlər şəhadət verməzlər və rəsula itaət etməzlər. Çünki, Qurana inanmırlar. Buradan belə nəticəyə gəlmək olar ki, kafirləri fiziki cəhətdən öldürmək lazım deyil, çünki onlar daimi olub və olacaqlar. Demək onların içərilərindəki kafirliyə aparan nəfsi qətlə yetirmək lazımdır. Quranda o nəfsi qətlə yetirməkdən söhbət gedir, bizi pisliyə, küfrə aparan nəfsdən. El arasında da belə bir deyim var - nəfsini öldür və yaxud nəfsinə hakim ol.

Allahı sevməkdə məcburiyyət yoxdur!

Allah nəfsi qətlə yetirməyin günah olduğunu dediyi halda, seytan bizi bir-birimizi qətlə yetirməyə sövq edir. Belə olan təqdirdə bu gün dünyadakı müsəlmanlar və başqa insanlar bu müharibələr və intriqalar məngənəsində şeytana daha çox tabe olurlar. Əgər belə olmasaydı insanlar insanlar adam olar və mehriban yaşayaraq Allahın qanunlarına tabe olardılar.

Məsələyə başqa prizmadan baxaq - əgər kafirləri öldürsək, Allahın Təvvab olmasının kimə köməyi olacaq? Axı kimisə qətlə yetirəndə özümüzü Allaha şərik qərar vermiş oluruq. Belə çıxır ki,inananlar anadan olandan ölənə qədər inanan olurlar. Bəs onda iman gətirən kimlərdir. Kafirlər olmasa iman gətirən olarmı. İnananların iman gətirməyə ehtiyacı varmı. Əgər ərzdə kafirlər yox, inanalar olsaydı, Allah öz rəsullarını kimi dəvət etmək üçün göndərərdi. 14-cü surə (İbrahim) - 1-ci ayadə zülmətdən nura çıxarılmalı olan insanlar bəs kimlərdir.


Geri dön

Hamza

  • 22 noyabr 2011 13:22
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
menim sizin islamla bagli fikirnizle razi deyilem bes Allah Resulu Muhammed s.a.s min döneminde isllama gelmeyenlerle ne edirdiler cihad etmirdilermi söhbet Mekke müşrüklerinden gedir

Allahi sevmeyenlerle döyüşmeyen kafirdi oda onlardandir

Hamza

  • 21 noyabr 2011 13:48
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
Sen dediklerin o dinde mecburiyet meselesi yehudi ve xacpereslere aitdir onlara olmaz cuki onlar islami qoyub ozlerine dini secibler bu aye onlar ucun El Imran 85. Bes qadinin iman etmezse nece onunla yawamaq olarmi ve ya ona muselman demek olarmi? Bes bizim muwruklerle savawimiz nedir onlarin islama gelmesi ucun deyilmi?

Allaha inanmayan cahil yox kafirdir hemcinin namaz qilmayanda

MUDDESSIR SURESI 41-42-43 OXU

ALLAHI SEVMEYENI NEYINKI MECBUR OLDURMEKDE OLAR

_TUNAR_MAMEDOV_

  • 20 noyabr 2011 00:17
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.....

--------------------

... Deryam ...

  • 19 noyabr 2011 22:47
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
ALLAH İNANMAYAN ,SEVMƏYƏN İNSAN SADƏCƏ CAHİL KİMSƏLƏRDİ !!!

--------------------

R_A_P_U_N_Z_E_L

  • 19 noyabr 2011 21:58
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

mor.menekse

  • 19 noyabr 2011 19:14
  • Məqalə: 0
  • Şərh: 300
  • Bal:
{awards}
Allah razi olsun...

joyful

  • 19 noyabr 2011 18:52
  • Məqalə: 43
  • Şərh: 961
  • Bal:
{awards}
Allah hami ucun var ONA inanamlar ucunde inanmayanlar ucunde.Cunki bizleri o yaradib.

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.

wiki

  • 19 noyabr 2011 18:47
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler

joyful

  • 19 noyabr 2011 18:28
  • Məqalə: 43
  • Şərh: 961
  • Bal:
{awards}
Allah razi olsun.Ellerinize sagliq.

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.

Music Star

  • 19 noyabr 2011 18:10
  • Məqalə: 107
  • Şərh: 3186
  • Bal:
{awards}
twklerrrrrrr

--------------------

_TUNAR_MAMEDOV_

  • 19 noyabr 2011 17:44
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
twkler xeber ucun

--------------------

jalicka.

  • 19 noyabr 2011 16:34
  • Məqalə: 0
  • Şərh: 214
  • Bal:
{awards}
TWK

.♣.Chrysalis.♣.

  • 19 noyabr 2011 16:18
  • Məqalə: 784
  • Şərh: 6328
  • Bal:
{awards}
TWK.ALLAH HER KESE HIDAYET VERSIN

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Repery

  • 19 noyabr 2011 15:17
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
Mraqli idi Allah razi olsun.....
love

--------------------

✰GlaMurKa✰

  • 19 noyabr 2011 15:14
  • Məqalə: 847
  • Şərh: 9733
  • Bal:
{awards}
ALLAH razi olsun tesekkurler

.::BaBy_FaCe_WiSe::.

  • 19 noyabr 2011 15:07
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
allah sevmekde mecburiyyet yoxdur duzdu o urekden gelmelidi men allaha dua edende bele gozyawimi saxliya bilirem his ediremki ewdilirem allah terefinden recourse

--------------------

Enerelen

  • 19 noyabr 2011 15:03
  • Məqalə: 108
  • Şərh: 984
  • Bal:
{awards}
mən belə fikirləşirəm ki,ağılı , məntiqi olan şəxs özü Allahın varlığına inanar və onu inandırmağa ehtiyac qalmaz .Belə çıxır ki bütün satanistlər , mussonlar ağılsızdılar (mənim fikirimcə)təşəkkürlər

--------------------
Artıq şeirlərimi, hekayələrimi və b. yaradıcılıq işlərimi paylaşmayacam.Məndən bu kimi işlərimin davamını gözləyən çox az saylı userlərdən üzr istəyirəm.

BadZero

  • 19 noyabr 2011 14:53
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 23
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}