"Azercell" 3G xidmətinin tətbiqinə start verib

 
"Azercell" 3G xidmətinin tətbiqinə start verib

Azercell Telekom” MMC nəhayət öz abunəçilərinə 3G xidmətlərinin göstərilməsinə start verir. Xatırladırıq ki, şirkətə 3G xidmətləri göstərilməsi üçün lisenziya hələ bu ilin noyabr ayının 2-də RİTN tərəfindən təqdim olunmuşdu. Sadəcə olaraq, keçən müddət ərzində 3G xidmətlərinin göstərilməsi üçün “Azercell Telekom” MMC–yə müvafiq tezliklərin ayrılması barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının 27.08.2011-ci il tarixli, 65 saylı protokol qərarının icrası ilə bağlı bəzi məqamlar həllini tapmadığı üçün 3G xidmətlərinin göstərilməsinə məhz 18.11.2011 tarixdən başlamaq qərara alınıb və bu fakt rəsmən RİTN ilə də razılaşdırılıb.

Onu da qeyd edək ki, dünyada ilk dəfə olaraq 4G xidmətini təqdim etmiş TeliaSonera şirkətlər qrupu ailəsinə daxil olan “Azercell” artıq uzun müddət 3G xidmətlərinin tətbiqinə hazır idi. Hələ 2009-cu il “BakuTel” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində şirkət ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmişdi. “Azercell” ondan sonra dəfələrlə bəyan edib ki, şirkət yalnız texnoloji baxımdan deyil, həm də müvafiq cihazların təminatı baxımından yeni texnologiyanın tətbiqinə hazırdır.

3G texnologiyasının tətbiqi üçün lisenziyanın verilməsi “Azercell”in 15 illik yubileyi üçün əvəzedilməz və xoş bir hədiyyə olub. Qeyd edək ki, 3G vasitəsilə abonentlər 7,2 mbit/s qədər sürətə malik mobil internetdən istifadə edə bilərlər. Bu isə hazırda istifadə edilən 2G texnologiyasından 20 dəfə artıq sürət deməkdir. Bakı və Azərbaycanın bəzi ərazilərində 3G sürəti, hətta, 21 mbit/s qədər çatacaq.

Bu sistemin köməyilə videozənglər etmək, cib telefonundan televiziyaya baxmaq, hadisə yerindən canlı yayım aparmaq, hətta, böyük həcmli video faylları da telefon vasitəsilə göndərmək mümkün olacaq. Bundan əlavə, 3G sayəsində uzaqdan səhiyyə xidmətləri göstərmək, nağd pul daşımadan hər cür alış-veriş aparmaq, kommunal xərclərin ödənilməsi və bir çox bank əməliyyatlarını da telefondan həyata keçirmək imkanı yaranacaq.

Ən əsası isə odur ki, bu sistemə qoşulmaq üçün “Azercell” abonentlərinə öz Sim kartlarını yeniləmək lazım gəlməyəcək. “Azercell”in 3G sistemindən faydalanmaq üçün yalnız 2525 qısa nömrəsinə “3G” mətnli sms göndərmək kifayətdir. Bu cür sadə qoşulma sistemi daim öz abonentlərinin rahatlığını düşünən “Azercell”in təqdim etdiyi üstünlüklərdən biridir.

Beləliklə, “Azercell” bütün ölkə ərazisini 3G xidmətləri ilə əhatə edəcək. Həm paytaxt, həm də regionlarda “Azercell” abonentləri keyfiyyətli, sərfəli və ən önəmlisi yüksək sürətli rabitə və mobil internetə çıxış imkanını qazanmış olacaq.


Geri dön

wiki

  • 19 noyabr 2011 18:48
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
tewekkurler

_TUNAR_MAMEDOV_

  • 19 noyabr 2011 18:07
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
TWKLER... MENDE bakseldi

--------------------

jalicka.

  • 19 noyabr 2011 16:54
  • Məqalə: 0
  • Şərh: 214
  • Bal:
{awards}
MEN ETDIM TWK

Repery

  • 19 noyabr 2011 15:21
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
Twk edrem xebere gore...Allah razi olsun....
love

--------------------

.::BaBy_FaCe_WiSe::.

  • 19 noyabr 2011 14:46
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
men herweyi oldugu kimi xosduyuram bu vacib idiki)))videozeng filan))cib telefonundan televiziyaya baxmaq))onda tv-u neyniyey))cox tekmillewmekde birwey deil smile

--------------------

Musique Sage

  • 19 noyabr 2011 14:46
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
Asesinato,
da deme ucuzdu

_awik_kiz_

  • 19 noyabr 2011 14:46
  • Məqalə: 0
  • Şərh: 429
  • Bal:
{awards}
twk xebere gore

BadZero

  • 19 noyabr 2011 14:45
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Hmmm, qiyməti də yaxşıdır wink

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}