Nəfsimizi qoruyaq!

 
Nəfsimizi qoruyaq!

Bismillahir-Rəhmanir-Rəhim

İnsan ətrafını və ətrafında olanları seyr etdikcə ALLAH-təalanın qüdrət və əzəmət nişanələrini görüb heyran qalır. Bizə adi görünən hər bir yaradılışa diqqət yetirsək, onun özbaşına deyil, məhz tək olan ALLAH tərəfindən yaradıldığının şahidi olarıq.
Xəlq olunanların ən üstünü insandır. Xaliqini tanıyıb, Onun dərgahına yaxınlaşmaq üçün, insan ilk növbədə özünü tanımalıdır. ALLAHı sevib, Onu daha da yaxından tanımaq istəyən hər bir şəxsin qarşısına özünütanıma kimi mühüm bir məsələ çıxır. Özünü tanımadan, ALLAH-təalanı tanımaq qeyri-mümkündür. İnsan ALLAH-təalanın qüdrət nişanələrindən biri və ən üstünüdür. ALLAH yalnız insan kimi bir varlıq yaratdıqdan sonra öz qüdrətinə afərin demişdir. Qurani-Kərimdə insanın yaranışındakı mərhələləri, yaradılarkən onun hansı proseslərdən keçdiyini sadaladıqdan sonra Xudavəndi-aləm buyurmuşdur:
“Yaradanların ən üstünü olan ALLAHın kamil qüdrətinə afərin!”
(“Muminun” surəsi, ayə 14)

Bu ayədən ALLAH dərgahında insan məqamının nə dərəcədə yüksək olması aydınlaşır. Məhz bu səbəbdən ALLAH mələklərə insana səcdə etmək əmrini verir:
“Adəmi yaradıb (Özümə mənsub olan) ruhdan ona üfürdükdə, siz ona tərəf səcdə edin!”
(“Hicr”surəsi, ayə 29)

ALLAH-təala insanın cismini nütfədən yaradıb, ana bətnini isə onun üçün məkan qərar verib. Yəni, insan bədəni nütfə və laxtalanmış qandan yaradılmışdır. Lakin, sırf Özünə məxsus olan bir ruhdan bu cismə üfürmüşdür. Deməli, insanın cismindəki ruhu, bilavasitə, mələkuti aləmdən gələn bir ruhdur. Məlum olur ki, insan cisim və mələkuti ruhdan əmələ gələn bir varlıqdır. Bu səbəbdən, yəni ruhunun heç bir vasitə olmadan birbaşa ALLAH tərəfindən onun bədəninə üfürülməsi səbəbindən insan yaranmışların ən üstünü qərar verilmişdir.

İnsanın başqa varlıqlardan digər bir üstünlüyü də onun düşüncə sahibi və faili-muxtar, yəni ixtiyar sahibi olmasıdır. Əgər mələklər ALLAH-təalaya icbari şəkildə səcdə edirlərsə, insan öz ağlı, təfəkkürü sayəsində buna nail olur.

İnsanın daxilində nəfsi istəklər də mövcuddur. Nəfs dedikdə, əksər insanların təsəvvüründə, onu fəsadlara aparan, pisliklərə sövq edən, əxlaqsızlıqlara meyl etdirən bir hiss canlanır. Bunu ayə və hədislərlə də sübut etmək olar. Məsələn, Qurani-Kərimin “Naziat”surəsində buyurulur: “Amma hər kəs öz Rəbbinin məqamından qorxsa və nəfsini onun istəklərindən saxlasa behişt onun yeri olacaqdır”
(“Naziat” surəsi, ayə 40-41)

İslamın əziz Peyğəmbəri (s.a.s) bu barədə buyurur: “Sənin ən böyük düşmənin iki böyrün arasında yerləşən nəfsindir”
(“Biharul-ənvar”, cild 70, səh 64)

Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib(ə)bir hədisdə buyurur: “Öz nəfsinə xatircəm olmaq şeytan üçün ən möhkəm fürsətlərdəndir”
(“Ğürərul-hikəm”, səh 54)

Bu kimi ayə və hədislərdən məlum olur ki, nəfs şər və pisliklərin mənşəyi, insanı rəzil edən bir hiss, fəsadlar yaradan bir varlıqdır və onunla mübarizə aparıb məğlub etmək lazımdır.

Məlumdur ki, nəfs həyatda qazanılan deyil, fitri bir varlıqdır və insanın fitrətində yer alıb. İnsanın fitrətində mövcud olan hiss və digər varlıqları isə aradan aparmaq məhal və mümkünsüzdür. Nəfsə aid olan başqa bir qrup hədisləri də nəzərdən keçirək. Həzrət Əli (ə) başqa bir hədisdə nəfs barəsində buyurur: “Nəfs çox qiymətli bir gövhərdir, hər kəs onu qoruyub saxlasa onu çox yüksək bir məqama çatdırar, hər kəs onu saxlamaqda səhlənkarlıq etsə, onu alçaqlığa çəkəcəkdir”
(“Ğürərul-hikəm”, səh 226)

Daha bir hədisdə mövlamız Əli (ə) buyurur: “Hər kəs öz nəfsinin qədir-qiymətini dərk etsə, onu fani və ötəri işlər görməklə alçaqlığa çəkməz”
(“Ğürərul-hikəm”, səh 669)

Yenə buyurur: “Hər kəsin nəfsi şərafətli olsa onun atifələri və insani duyğuları çox olacaqdır”
(“Ğürərul-hikəm”, səh 638)

Bu iki qrup hədislər arasında ziddiyyətlər olduğunu zənn edənlər ola bilər. Bəziləri isə elə təsəvvür edə bilərlər ki, insan daxilində iki nəfs mövcuddur. Onlardan biri pisliklərə təhrik edən nəfs, digəri isə insanı xoş əxlaqlı, təqvalı edən nəfsdir. Onların biri ilə mübarizə aparmaq, digərinə isə pərvəriş verib qorumaq lazımdır.

Bu təsəvvürlərin ikisi də yalnış və səhvdir. Ziddiyyət baxımından məlumdur ki, Quran ayələri, Peyğəmbər (s.a.s) və məsumların hədisləri bir-biri və ya biri digəri ilə zidd ola bilməz. Burada qeyd etmək lazımdır ki, məhz belə səhv düşüncə sahibləri öz haqq din və əqidələrindən azaraq, digər yollara əl atırlar. Və ya hər hansı bir sualla qarşılaşdıqda, ona cavab tapa bilmir və İslam haqqında şəkkə düşürlər. Əgər diqqət etsək məlum olar ki, ziddiyyətlər hədis və ayələrdə deyil, bəlkə də insanın öz düşüncə tərzində mövcuddur. Bu ziddiyyətli məqamları aparmaq üçün təbii ki, insan öz elmini, əxlaqını kamilləşdirməli, bu barədə alim və ustadlara müraciət etməlidir.

İnsan daxilində iki cür nəfsin mövcud olması da səhv fikirdir, çünki təsdiq və sübut olunmuşdur ki, insan bir həqiqətdən ibarətdir və onun bir nəfsi var.

Deməli, bu nəzəriyyələrin ikisi də səhvdir. Bəs, hədislərdə mübarizə aparılması və pərvəriş verilməsi lazım olan nəfs dedikdə nə nəzərdə tutulur? Əgər insanın bir nəfsi varsa, onunla eyni zamanda həm mübarizə aparmaq, həm də pərvəriş verib qorumaq mümkündürmü?

Qeyd etmək lazımdır ki, insan fitrətində bir nəfs mövcuddur, lakin onun iki mərtəbəsi və yönü vardır. Nəfsin ən aşağı mərtəbəsi heyvani nəfsdir. Məhz heyvani nəfsə uymamalı, onunla mübarizə aparmalı və onun istəklərini hədəf seçməməliyik. Bu mərtəbədən addımlayaraq daha da yuxarı təbəqələrə irəliləməliyik. Çünki, həmin mərtəbədə bizləri insani məqamlar, təqva, gözəl əxlaq və ALLAH dərgahına yaxınlıq gözləyir. İnsan öz əxlaqını gözəlləşdirib, fitrətini oyadaraq həmin mərtəbəyə yüksəlmək imkanı əldə edir. Peyğəmbərlər də həmin səbəbə görə gəlmişlər ki, bu yolda insanlara kömək etsinlər. Onlara İnsanı tanıtdırsınlar, fitrətlərini dərk etməkdə yardımçı olsunlar. Mütəal ALLAH bəndələrini çox sevdiyindən və həddindən artıq mehriban olduğundan peyğəmbərlər vasitəsilə onlara kömək etmişdir. İnsan nəfsin ən ali məqamına nail olmaqla ALLAH dərgahına yol tapa bilər. Məhz bu məqamda öz nəfsini qorumalı və ona pərvəriş verməlidir.

Lakin, təəssüflər olsun ki, insanlar dünyaya gələndən sonra tədricən onun gözəlliklərinə uyur, nəinki bu məqama sahib olmur, hətta öz fitrətlərindən xəbərsiz halda ömürlərini qəflətdə keçirirlər. Heyvani nəfslərinə məğlub olur, bu hissləri həyatlarının hədəfi seçirlər. İnsanın vücudunda nəfsin aşağı mərtəbəsi mövcuddursa, deməli, onun da hər hansı bir funksiyası var. İnsan həmin nəfsi istəklərindən istifadə etməlidir, lakin onun əsiri olmamalıdır. Məsələn, insan yaşamaq, öz həqiqətini dərk edib, yüksək məqamlara sahib olmaq üçün yeməlidir, lakin yemək onun həyatının tək bir mənası olmamalıdır. Buna bənzər bir çox misallar göstərmək mümkündür.

İnsan unutmamalıdır ki, yemək, içmək, yatmaq, cinsi qərizələri təmin etmək məqsəd yox, müqəddimədir. Bunlardan istifadə edərək məqsədə nail olmaq olar.

ALLAH-təala bizi qəflətdə yatanlardan, həvayi-həvəslərinə tabe olanlardan qərar verməsin. Bizi həyat məqsədinə çatmamış dünyadan aparmasın. Etdiyimiz günah əməllər müqabilində bizi ayrılıq və bu kimi sarsıdıcı əzablarla cəzalandırmasın. Amin


Geri dön

GOD_of_WAR

  • 21 noyabr 2011 15:34
  • Məqalə: 0
  • Şərh: 93
  • Bal:
tesekkurler xebere gore

--------------------
G O D _ o f _ W A R

Repery

  • 21 noyabr 2011 13:16
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
ALLAH razi olsun bizimle bolusduyun ucun.

--------------------

Russiya_girl

  • 20 noyabr 2011 10:47
  • Məqalə: 2
  • Şərh: 781
  • Bal:
{awards}
Allhh razi olsun

_TUNAR_MAMEDOV_

  • 20 noyabr 2011 00:49
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
ANGELS,
Elvin007,
wiki,
joyful,
Ay Prensesi,
O_Z_I_L,
generation,
Music Star,
xada,
R_A_P_U_N_Z_E_L,
..._Olsem Gelme_...,
Prank girl,
Asesinato,
Zoluwka,
ASMIYA,
Asesinato,her birinize tek tek twk

--------------------

ASMIYA

  • 19 noyabr 2011 23:32
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
COX SAGOLUN. DINE AID OLAN YAZILAR HER SEYIN USTUNDEDIR.

NEFSIMIZ QORUYAQ... ALLAH RAZI OLSUN. NECE DE DOGRU, GOZEL YAZIDIR.

recourse

--------------------


Zoluwka

  • 19 noyabr 2011 22:58
  • Məqalə: 77
  • Şərh: 1207
  • Bal:
{awards}
Аllah razı olsun..

--------------------
♀+♂=ღ

BadZero

  • 19 noyabr 2011 22:45
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Allah razı olsun..

Qarğaya bənzər nəfsinin dalınca qaçma! O səni gül-çiçəkli baxçaya deyil, qəbiristanlığa aparar. (Mövlanə)

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Prank girl

  • 19 noyabr 2011 22:28
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tewekkurler cox sagolun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

111_Shawmn Michaelais_111

  • 19 noyabr 2011 22:11
  • Məqalə: 250
  • Şərh: 1137
  • Bal:
{awards}
Allah razı olsun Canim Dostum winked

--------------------


R_A_P_U_N_Z_E_L

  • 19 noyabr 2011 21:32
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

.♣.Chrysalis.♣.

  • 19 noyabr 2011 21:19
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
melumata gore twk

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Music Star

  • 19 noyabr 2011 21:18
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
thanks

--------------------

Мой Мир

  • 19 noyabr 2011 18:58
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
Bas ute ne deyirik ki ? wink

--------------------
∞♥

joyful

  • 19 noyabr 2011 18:49
  • Məqalə: 43
  • Şərh: 961
  • Bal:
{awards}
ALLAH-təala bizi qəflətdə yatanlardan, həvayi-həvəslərinə tabe olanlardan qərar verməsin. Bizi həyat məqsədinə çatmamış dünyadan aparmasın. Etdiyimiz günah əməllər müqabilində bizi ayrılıq və bu kimi sarsıdıcı əzablarla cəzalandırmasın. Amin
Amin.

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.

wiki

  • 19 noyabr 2011 18:38
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler cox sagolun

Elvin007

  • 19 noyabr 2011 18:35
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
xeber ucun twk wink

--------------------
▼►►Proqramming◄◄▼

ANGELS

  • 19 noyabr 2011 18:31
  • Məqalə: 0
  • Şərh: 400
  • Bal:
{awards}
xebere qoe tesekkur

--------------------
yeni il
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 16
Cəmi: 40

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}