Facebookdan #1 - "Like Et" xəstələri

 
Facebookdan #1 - "Like Et" xəstələri

Facebooka artıq bir çoxlarımız daxil oluruq, məhz bu cəhətdən də artıq facebookda hər tip insanlara gəlmək mümkündür. Bu gün Facebookda “Like et” xəstələrindən danışacağıq. Düzdür, bu məsələyə bir neçə ay qabaq joy.azda toxunulub, amma deyilənlər heç bir təsir etmir, həm də bir az başqa üzdən baxmaq istədik.

Like – Yəni bəyəndim, facebookda görüb, oxuyub bəyəndiyini bu düymə vasitəsilə qeyd edirsən. Amma bir çoxları bu düymədən düzgün istifadə etməyi öyrənməyib, ya da bu düymənin xəstəsinə çevriliblər.

Like et xəstələri əsasən 3 şeyi like elətdirməkdən zövq alırlar.

1. Açdığı səhifə

2. Yerləşdirdiyi şəkil

3. Yazdığı status (vəziyyət)


1-ci kateqoriyaya aid olanlar səhifə açıb buraya userlər toplamağa çalışırlar. Aydındır ki, userlərin də sayı o səhifəni bəyənənlərin sayına bərabər olur. Başlayırlar bu səhifəni dostlarına göndərməyə, mesaj olaraq da yazılar ki, xahiş edirəm bu səhifəni bəyənəsiniz. Bu bir çox dostları bezdirməkdən başqa bir şey deyil, elə bir kəs yoxdur ki, gün ərzində bu halla ən az 2 3 dəfə qarşılaşmasın. Bu vasitə ilə əvvəl 1000ə yaxın user yığırlar, sonra isə səhifələr başlayır bir birilərini qarşılıqlı reklam etməyə. Məsələn, biri yazır, bu səhifəyə girin filan maraqlı məlumatlar, statuslar var, bəyənin. Ya da nəsə bir dialoq yerləşdirirlər, ardını görmək üçün səhifəyə daxil olub bəyənin yazırlar. Bu yollarla artıq 20000dən çox user yığan səhifələrimiz var. Səhifələrin çoxunun da adları qəribədir. Məsələn, “Gülməginən məni də gülmək tutur”, “Filan şeyi sevən 100000 adam axtarırıq” və s. Bu tip səhifələrin içi də mənasızdır, hər gün gülmək xatirinə mövzular yazılır, bunla user toplamağa çalışırlar. Özü də biri nəsə paylaşdımı, eyni məlumatı o biri səhifələrdə də təkrar görürsən. Statusları da bu tipdə olur çoxusu, “Davay, kimlər yatmayıbsa Likeee”, ya da “Yemək yeyənlər Like” bu tipdə mənasuz statuslar çoxdur.

Amma Maraqlı səhifələrimiz də az deyil, öyrədici olan səhifələr, məsələn “Maraqlı və məntiqli suallar”, “Bizim dahilər” və s. Kimi səhifələr alqışa layiqdir

2-ci kateqoriyaya daxil olanlar adətən şəkil müsabiqələrində iştirak edənlərdir. Facebookda bir çox şəkil müsabiqələri keçirilir, məsələn filan vaxta ən çox like edilən şəkil qalib olacaq. Bu andan iştirakçılar başlayır dostlarına şəklini paylaşmağa, “Zəhmət olmasa şəkilə daxil olun və like edin”. Hətta bu tip şəkillər çox useri olan səhifələrdə də reklam olunur. Təbii ki, facebookda fotoqraf dəbi başlayıb, hər professional fotoaparat alan özünü fotoqraf adlandırır, amma fotodan heç anlayışı yoxdur çoxunun. Elə ən çox belə müsabiqələrdə iştirak edənlər “fotoqraflardır”.

3-cü kateqoriya yazdığı statusun çox like olmasına görə həzz alanlar daha çoxdur. Bu tip adamlar like çox olması üçün əvvəlcə çox dostunun olmasına çalışır. Çünki çox dost olduqca, like olunma ehtimalı da artmış olur. Tanıdığı və ya tanımadığı hər kəsi dost kimi qəbul edir və ya dostluq göndərir. Fərqi yoxdur, bu tip qızlar da var oğlanlar da. Statusu yazır, bunu dostları onsuz da görür, amma yenə də mesaj olaraq dostlarını bildirir ki, son statusumu like ele plz.

Belə götürsək facebookda mənasız statuslar çoxdur. Darıxıram, indi yemək yeyirəm və s.

Bir müddət eşitdik ki, Facebook bu düyməni ləğv etmək fikrindədir, amma elə olmadı. Yəqin onlar da yavaş yavaş anlayır ki, Like düyməsi lazım olan məqsədlər üçün istifadə olunmur.


Facebookda hələ çox məsələlərə toxunacağıq, bu sadəcə onlardan bir ilki idi...


Geri dön

kuku1999

  • 6 fevral 2012 15:46
  • Məqalə: 19
  • Şərh: 411
  • Bal:
hm faceye girirem ancaq bele bir xesteliyim yoxdu wink

--------------------
http://imgs.su/tmp/2012-02-05/1328436632-319.jpg

... Deryam ...

  • 20 noyabr 2011 22:37
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
Facemə ayda 2-3 dəfə baxıram ,həm heç nə anlamıram həm də maraqsızdı, legend.az onnan maraqlıdı mənimçün ALLAHHAQQI düz deyirəm .

--------------------

wiki

  • 20 noyabr 2011 20:45
  • Məqalə: 26
  • Şərh: 1611
  • Bal:
{awards}
men facebookda her 3-nun xestesiyem,sehifem var idi,680 user var idi,sonra sehife baglandi,az qalsin deli olmusdum

_TUNAR_MAMEDOV_

  • 20 noyabr 2011 18:12
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
mene umumiyyetce maraqsizdi facebook
sebrim yoxdu neyise like edem...!

melumat ucun twk.

--------------------

Musique Sage

  • 20 noyabr 2011 14:48
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
hec bilmirdim ona di maraqsiz imisi tesekkurler

MiLeyla

  • 20 noyabr 2011 13:04
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
men tam raziyam fellow

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Enerelen

  • 20 noyabr 2011 11:52
  • Məqalə: 108
  • Şərh: 967
  • Bal:
{awards}
niyə userlərimiz özlərin elə aparıllar ki güya bular ancaq elimlə məşğul olurlar......mən bu gün sabah üçün fizikadan 130,riyaziyyatdan 240 test eləməliyəm......mən 370 test eliyənnən sora diyirsiz ki girib netdədə elmlə məşğul olum???kimsə kiməsə dimir ki GİR BU SƏHİFƏNİ LİKE ELƏ BAŞA DÜŞDÜN?? diyəndə xahiş edillər ürəyin isdiyər like edərsən isdəməz edməssən fso......təşəkkürlər

--------------------
Artıq şeirlərimi, hekayələrimi və b. yaradıcılıq işlərimi paylaşmayacam.Məndən bu kimi işlərimin davamını gözləyən çox az saylı userlərdən üzr istəyirəm.

BadZero

  • 20 noyabr 2011 11:51
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
Nifrət edirəm LİKE etməyə... Eyni statusu 10 dəfə yazırlar

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Ku-ku

  • 20 noyabr 2011 11:40
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
tewekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 42
Cəmi: 61

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}