"Borobudur" abidəsi

 
"Borobudur" abidəsi

"Borobudur" Orta əsrlər İndoneziya sənətinin nadir abidəsidir. Borobudur yerli dilindən tərcümə "dağ Manastır", "dağ haqqında Manastır deməkdir".Borobudur daş 10 mərtəbəli pilləli piramida kimi nəzərdə tutulmuşdur. Bütün məbəd kompleksi 34 metr hündürlüyü var. 800-cü illərdə inşa edildiyi düşünülürBu möhtəşəm məbəd vulkan partlaması nəticəsində, 1800-cü illərə qədər əsrlər boyunca küllərin altında qalmışdı. Ancaq 200 il qədər əvvəl ortaya çıxan bu şah əsər, İnk məbədlərini və ya Anqkor Watı xatırladır.

"Borobudur" abidəsi

"Borobudur" abidəsi

İndoneziyanın Java Adasındakı Borobudur Məbədi dünyadakı, ən böyük Budist Məbədidir. İki əsr əvvəl tapıldığında arxeoloqlar arasında təəccüblə qarşılanmışdı. Budizmin mərkəzindən çox uzaqdakı məbədin sirri nə idi?

"Borobudur" abidəsi

"Borobudur" abidəsi

"Borobudur" abidəsi

Yüzlərlə qabartmada Buda'nın həyatının izah edildiyi məbədin niyə Budizmin doğum yerindən çox uzaqda inşa edildiyi bilinmir.

Borobudur, 1997-ci ildə UNESCO Dünya Mədəniyyət Abidələri Siyahısına salınan Cənub-şərq Asiyadakı ən köhnə abidə, cənub yarımkürəsindəki qədim dövrlərdən qalma ən böyük monumental quruluş və dünyanın ən böyük budist məbədidir.

Abidə, 775-842 illəri arasında Java Adasında hökm sürən Sanjaya və Sailendra xanədanları tərəfindən inşa etdirilir, tamamlanmasından çox az bir müddət sonra, 856-cı ildə hindli işğalından sonra tərk edilir.10-cu əsrdə üzəri vulkanik küllərlə, bitki örtüyü ilə örtülməyə başlayır və tamamilə unudulur. 1814-cü ildə bir ingilis polkovniki tərəfindən kəşf edilir.

"Borobudur" abidəsi

"Borobudur" abidəsi

1855-ci ildə başlayan təmizləmə və bərpa işləri haradasa yüz il davam edir. 1973-ci ildə 27 ölkə, müxtəlif vətəndaş quruluşlar və UNESCO-un dəstəklədiyi on il davam edəcək bir bərpa proyekti başladılır. 1983-cü ilin Fevralında, köhnə dövlət başçısı Suharto 25 milyon dollarlıq proyektin tamamlandığını elan edir. Bərpa əsnasında çəkilmiş və muzeydə sərgilənən köhnə qara ağ görünüşlər, haradan hara gəlindiyini çox yaxşı izah edir.

Elm adamları, ilk təmizləmə işlərindən bəri abidənin orijinal şəkli haqqında müxtəlif fikirlər bildirmişlər. Alman elm adamı Hoenig, məbədin dörd ana istiqamətdə dörd ana girişi olduğunu və doqquz qatlı olduğunu söyləyir.

Şərqə baxan ana girişdən girən bir budist , hər iki tərəfi də budist təlimə aid relyeflerle dolu açıq hava koridorlarında yüksələrək etdiyi təxminən beş kilometrlik uzun dairəvi gediş əsnasında, günümüzün materialist dünyasından xilas olaraq simvolik olaraq nirvana mərhələsinə çatır. İnanışa görə ilk qatı təmsil edən ilk beş terasda 432 Buda heykəli, ikinci qatı təmsil edən yuxarıdakı üç terasda da içərisində bir buda heykəli olan 72 dəhliz var. Nirvananı təmsil edən doqquzuncu qatdakı ana dəhliz boşdur.
"Borobudur" abidəsi

"Borobudur" abidəsi

"Borobudur" abidəsi


Geri dön

Elvin007

  • 20 noyabr 2011 22:27
  • Məqalə: 217
  • Şərh: 3306
  • Bal:
cox qewey yerlerdi twk wink

--------------------
▼►►Proqramming◄◄▼

_TUNAR_MAMEDOV_

  • 20 noyabr 2011 18:13
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
twkler......

--------------------

R_A_P_U_N_Z_E_L

  • 20 noyabr 2011 15:27
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

jalicka.

  • 20 noyabr 2011 14:49
  • Məqalə: 0
  • Şərh: 214
  • Bal:
{awards}
hamisi ela yerlerdir twk

BadZero

  • 20 noyabr 2011 11:52
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Super... Əla yerlərdir

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Ku-ku

  • 20 noyabr 2011 11:35
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
inwallah qismet olar canli gormek

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}