Şeytanla Qəbirstanlığdakı Söhbət

 
Şeytanla Qəbirstanlığdakı Söhbət

Şeytanla Qəbirstanlığdakı Söhbət


Şeytanla qəbirisitanlıqda qarşılaşdım. Çox şən idi. Soruşdum :
"..Bu nə hal..? "
"Qızıl dövrümü yaşayıram." deyə cavab verdi şeytan.
Bir şey anlamadım deyə, yenə sual etdim : "Nə demək istəyirsən?"
Şeytan sözə başladı - " Sən də çox yaxşı bilirsən. Əsrlərcə axir zaman dedim dayandım. İndi artıq xoşbəxtəm. O əsri səadətdə nələr çəkdiyimi bir mən bilərəm.."
Hansı əsrdən danışdığını sual etdim.
Dedi : "..Rəhmət əsirində, Hz. Məhəmmədin ( s.ə.s ) əsrində, hansı Səhabəni görsəm dizlərimin taqəti kəsilərdi. Hələ Hz. Ömər ( r.a ), onu görüncə gizlənməyə yer axtarırdım, yolda qarşılaşsaydım yolumu dəyişdirərdim. Mənə rahat üzmü göstərdilər..?
İndi onlar yoxdu deyə, qızıl dövranımı yaşıyıram.. "
Şeytan, daha sonra var gücü ilə - "..Gün mənim, dövran mənim..!!! " deyə bağırdı.
"Milyonlarla, milyardlarla insanı necə yoldan çıxarırsan? Bunu hansı qüvvətlə edirsən?" deyə, soruşdum.
Şeytan bir qəhqəhə çəkdi : "ALLAHın onlara verdiyi qüvvətlə.."
- "..O necə olur..? " deyə sual verdim. Şeytan iştaha ilə sözə başladı :
"..İzah edim qoy. İnsana verilən bütün duyğular, bütün hisslər, qüvvətlər hamısı ALLAHın insana olan ehsanıdır. Mən o insana ALLAHı unutdururam. İçinə vəsvəsə salıram, nə lazımsa edirəm. Oyunlar sərgiliyirəm, tələlər qururam. Mənə uyarsa, ALLAHın ona verdiyi o nemətləri istədiyim yöndə istifadə etməyə başlıyır. Bax, hər şey bu qədər sadə."
Heyrət içində - "Demək sən ALLAHı tanıyırsan ?" deyə soruşdum.
Şeytan acı - acı gülərək; "Elə söz deyirsən ki, təəccüblənirəm.!!! Heç bilinməyən bir Zata üsyan edilərmi? Onu bilməyənmi var ? Ama kimisi Quranı dinlər, əmrlərinə uyar. Kimisi də məni dinlər, üsyan yolunu tutar.."
Dərhal onun silahlarının nə olduğunu soruşdum.
"..Bunları əzbərləməyə yaddaşın çatmaz.." dedi şeytan.
"..Ən çox istifadə etdiklərim dünya sevgisi, mənlik iddiası, şəhvət, qəzəb, ehtiras, həsəd, riya. Hər kəsin nəbzinə görə şərbət verərəm. Birinə aldanmazsa, digərini təqdim edərəm. Özümnən asılı etmədikcə əl çəkmərəm. Bunu bacardımmı, işim asanlaşar. Artıq mən o adamın yox, O mənim ardımca düşər.."
Sonra Şeytan məni bir qəbirin yanına apardı. Qəbirə işarə edərək
"..Bu var ha, vaxtilə bu sümüklər bir qadının, bu irəlidəki də bir cavan oğlanın idi. Bunları bir birinə sardım, və hisslərə qapızdırdım. İkisini də rahatlıqla barmağımda oynadırdım. Bu kainatı, ondakı möcüzəvi hadisələri, insanın mükəmməl yaradılışını, ölümü, hesab gününü, qısacası, hər həqiqəti unutdurdum onlara. Şəhvətdən başqa bir şey düşünməz oldular. Bir ömür boyu heyvan kimi yaşadılar. İndi də əzab çəkirlər."
Qəbirlərin arası ilə irəlilədik. Şeytan bir başqa qəbiri göstərdi :
" Bir baxaq, bu sümüklər zəngin sümükləridi yoxsa kasıb..? "
Mən "Sümüklərdən bir şey aydın olmur" dedim.
Ama məzar daşından bu şəxsin vaxtilə zəngin biri olduğu bəlli idi.
Şeytan yenə həvəslə sözə başladı :
"Bəli bu zəngin sümüyləridi. Mən bu adamı sərvətiylə qürurlandırdım. Mal sevgisi könülündə o qədər yer etdi ki, işin birini buraxıb digərinə qaçır, yuxularında belə pulla məşğul olurdu. Qeyri qanuni qazancların arxasınca qaçdırdım. Zalım etdim, oğru etdim, məğrur etdim... Bunlar onu məhv etməyə çatdı. İndi ilk hesabını verir.
Bu tərəfdəki də bir kasıb idi. Onu da bu zənginin malına həsəd etdirdim. Ürəyinə kin və nifrət toxumları səpdim. Bunnanda rahatlanmadım, onu ruhi böhranlara itələdim. Sonunda qədəri tənqidə qədər apardım. O da bir başqa əzab içində.
Bax, bir güllə ilə iki dovşan vurmaq buna deyirlər.."
Söhbətin bu anında, heç əlaqəsi yox ikən "Bu Müsəlmanlar varha..!! " deyə ahh çəkdi, şeytan.
".. Mənə çoox əzab çəkdirirlər. Ama məndə intiqamımı almaqdan geri qalmıram.."
Marağ və xəcalətlə - "..Necə intiqam alırsan..? "
"İzah edim," dedi. Bunu söyləyərkən sinəsini qabartmış, əllərini oturacağının altına soxmuş, başını qürurla dik tutmuşdu :
"Əsrlərcə dinin, imanın və namusun bayraqdarlığını edirlər. Nə qədər planlarımı alt üst elədilər. Nə qədər insanları ALLAHa səcdə etdirdilər. Lakin, indi nə oldu ? Onların nəvələri mənim arxamdalar. Həya pərdələrini sıyırıb zibilə atdım. İndi bir-birlərinin namusuna pis gözlə baxmağı hünər sayırlar. Bu mənzərə məni kefimdən dəli eliyir. Dünən Müsəlmanın adından dəhşətə qapılan Avropalı, bu gün məmləkətinizə rahatlıqla girir. İstədiyi kimi əylənir və Meyxanalarınızda, qızlarınızın daşıdığı içkiləri içirlər.."
Bu danışmaları dinləyəndə içimdə bir kədər və əsəb meydana çıxmışdı, təcili şeytanı ümidsizliyə salmaq gərəkirdi. Əlbəttə daha çox danışdıra bilməzdim. Sözünü ağzında qoyub, sözə başladım :
"..Hər qışın bir baharı, hər gecənin bir səhəri vardır. Bax, bizdə inşa ALLAHki bu bahara girmək üzrəyik. Sözünü etdiyin "sapqın" gəncliyin əvəzində din, vətən millət üçün gecə gündüz çalışan, çırpınan, göz yaşı tökən yeni bir gənclik daha yetişir. Həm də ağla sığmaz bir sürətlə. Bunu sən də bilirsən. Necə ki onlarla dayanmadan məşğul olursan. Elə deyilmi?"
Şeytan söylədiklərimi inkar edə bilməzdi. Acığla :
"..Bəli bilirəm, ama yenə də onlarla məşğul olacağam." deyib gözümdən itməsi bir oldu..

Ey Müsəlman Bacı və Qardaşlarım, artığ düşmənivizi tanıdız və onun silahlarındanda agah olduz.
Nə badə aldanasız. Əuzubilləh.


Geri dön

.♣.Chrysalis.♣.

  • 29 dekabr 2011 22:12
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
TWK EZIYYETE GORE

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

music_angel

  • 1 sentyabr 2011 13:31
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Ulya

  • 13 oktyabr 2010 15:45
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

Azeri_Gozeli

  • 11 oktyabr 2010 17:44
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
cox sag o Allah razi olsun

--------------------

praqrqmci

  • 10 oktyabr 2010 21:41
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
tesekkurler ancaq baci ve qardaslar seytana lenet oederken ehtiyatli olun bilmediyiniz halda ixlasinizi alar ve allah sizi sebr edenlerden yazmaz

Grace_Angel

  • 10 oktyabr 2010 20:23
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xebere gore....Maraqlidir....ALLAH WEYTANA LENET ETSIN...!!!

--------------------

sevgi_meleyim

  • 10 oktyabr 2010 20:20
  • Məqalə: 4
  • Şərh: 107
  • Bal:
{awards}
Allah razi olsun senden bu gozel xebere gore. Xeberi oxuyanlara bir meslehetde vermek isteyirem ki buda hamiya lazidirki bilsin. BIR INSAN OZUNUN ZEIF TEREFINI BILIRSE O ZAMAN BILSINKI HEC SUBHESIZ SHEYTAN (L) ONA MEHZ HEMIN ISTIQAMETDEN YAXINLASACAM. BURDA YAZILDIGI KIMI VARLINI PULUYLA, CUNKI VARLI PULUNU ITIRMEKDEN QORXUR, BUDA ONUN ZEIF TEREFI, KASIBI ISE VARLIYA HESED APARMAQLA, CUNKI KASIBDA VARLI KIMI YASAMAQ, PULLU OLMAQ ISTEYIR. BUDA KASIBIN ZEIF TEREFI. INSAALLAHKI NE DEMEK ISTEDIYIMI BILDIZ. ALLAH HAMIMIZI HIDAYET ELESIN, VE SHEYTANIN (L) VESVESELERINDEN QORUSUN. AMIN.

--------------------
Bezi insanlarin Allahi subut etmek istemelerine teeccublenirem. Allahin varligi sabitdir. Sen qullugunla subut etmeye chalish!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 18
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}