Qəzzafinin oğlu həbs edildi

 
Qəzzafinin oğlu həbs edildi

Qəzzafinin oğlu həbs edildi

Qəzzafinin oğlu həbs edildi

Qəzzafinin oğlu həbs edildi

Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin oğlu Seyfülislam Qəzzafi həbs edilib. Bunu Liviya Milli Keçid Şurasının nümayəndələri bəyan ediblər.

Liviyanın yeni hərbi komandanlığı paytaxt Tripolidə mətbuat konfransı keçirərək, Seyfülislam Qəzzafinin ölkənin cənubundakı Ubari ərazisində ələ keçirildiyini açıqlayıb. Həbs olunduqdan sonra Seyfülislamın Zintan şəhərinə aparıldığı bildirilir. Bəzi məlumatlara görə, keçmiş Liviya liderinin oğlu Nigerə qaçmağa çalışarkən 2 yaxın adamı ilə birlikdə ələ keçirilib.


Beynəlxalq Cinayət Məhkəməsi iyunda Müəmmər Qəzzafi, Seyfülislam Qəzzafi və sabiq kəşfiyyat rəhbəri Abdulla əs-Sənussinin həbsinə order vermişdi.

Milli Keçid Şurasından Seyfülislamın tezliklə Zitandan Tripoliyə gətiriləcəyini bildiriblər.

Seyfülislamın həbs edildiyi haqda xəbərdən bir qədər sonra Liviyanın “Əl Əhrar” televiziyası onun görüntülərini yayıb. Görüntülərdə Seyülislam sağ əlinin üç barmağı sarğılı, köhnə bir taxtda uzanmış vəziyyətdə olub.


Geri dön

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}