İbadətin Düzlük Şərtləri

 
İbadətin Düzlük Şərtləri

İbadətin Düzlük Şərtləri

İbadətin dəyəri onun düzlüyündədir. Düzgün ibadət isə iki mühüm amilə bağlıdır:
* Düzgün hədəf;
* Düzgün şəkildə ibadət.

Doğru Hədəf
İnsanın ibadətdə məqsədi vəzifələri yerinə yetirmək və Allahın razılığını qazanmaq olmalıdır. Buna görə riyakarlıqla, məqam kəsb etmək və xalqın hörmətini qazanmaq üçün edilən ibadət şirkdir. Əlbəttə, Allaha xatir ibadət edən şəxsin əməllərindən xalqın xəbər tutmasının eybi yoxdur.
(“Təfsiri Safi”, 2-ci cild, səh.35)

İbadət zamanı riyakarlıq həm haramdır, həm də ibadəti batil edir. Xalis niyyətin qeyri-ilahi məqsədlərə bulaşmaması üçün çalışmaq lazımdır. İmam Sadiq (ə) ixlaslı əməl barəsində buyurur: “Xalis əməl odur ki, Allahdan savay heç kəsdən tə’rif və hörmət gözləməyəsən.”
(“Bihar”, 70-ci cild, səh.230)

Allahın rəsulu (s) ixlasın tə’sirləri barəsində belə buyurur: “40 gün xaliscəsinə əməl edən hər bir bəndənin ruhundan dilinə hikmət və ağıl bulaqları axar.”
(“Bihar”, 70-ci cild, səh.242)

İxlas 40 gün ərzində alim və həkimlər (hikmət sahibləri) yetişdirən məktəbdir.

Düzgün Şəkildə İbadət
Şəxsi səliqə və qeyri-dini göstərişlərə əsaslanan ibadət yox, Allah tərəfindən müəyyənləşdirilmiş şəkildə ibadət düzgündür.

Allahın rəsulu (s) buyurur: “Niyyətlər, əməllər və sözlər yalnız qanunlara və sünnəyə uyğun gəldikdə dəyərli olur.”
(“Qisarul-cuməl”, 2-ci cild, səh.73)

Demək, ibadət formasını da din övliyalarından öyrənməliyik. Həzrət İbrahim (ə) Allahdan ibadətin düzgün üsulunu göstərməsini istəyir: “Bizə ibadətlərimizin qaydalarını göstər.”
(“Bəqərə” surəsi, ayə 128)

Namazın bütöv, yoxsa yarı, ahəstə, yoxsa uca qılınmasında, rəkətlərin sayı və bu kimi digər məsələlərdə dini göstərişlərə təqlid etmək lazımdır. Digər hallarda qılınan ibadətlər dəyərsizdir.
Məsələn, sizə 100 addım öndə xəzinə gizlədildiyi deyilir. Siz 98 və ya 102 addımlığı qazsanız, xəzinəni tapmayacaqsınız və əziyyətiniz səmərəsiz olacaqdır.

Yaxud kiməsə zəng edərkən bir nömrə az və ya çox yığmaqla tam başqa bir şəxslə təmasda olacaqsınız. Beləliklə, ibadətlər göstərildiyi kimi dəqiqliklə yerinə yetirilməlidir. Necə ki, açarın dişləri azca qalın, yaxud nazik olarsa qıfılı açmaz.

İmam Baqir (ə) “Evlərə qapılardan daxil olun” (“Bəqərə” surəsi, ayə 189) ayəsini belə təfsir edir: “Ayənin məqsədi budur ki, hər bir işi öz yolu ilə görün və göstərişlərə uyğun əməl edin.”
(“Əl-Mizan”, 2-ci cild, səh.59)

İbadətin Düzlük Şərtləri


Geri dön

.♣.Chrysalis.♣.

  • 23 noyabr 2011 01:26
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

... Deryam ...

  • 20 noyabr 2011 22:21
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Dəyərli yazıdı , Allah razı olsun

--------------------

wiki

  • 20 noyabr 2011 20:34
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler

joyful

  • 20 noyabr 2011 18:59
  • Məqalə: 43
  • Şərh: 961
  • Bal:
{awards}
Allah razi olsun.Ela melumatdi,ellerinize sagliq.

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.

_TUNAR_MAMEDOV_

  • 20 noyabr 2011 18:01
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN,,deyerli yazidi oxudum...

--------------------

jalicka..

  • 20 noyabr 2011 17:34
  • Məqalə: 0
  • Şərh: 93
  • Bal:
{awards}
TWK ALLAH RAZI OLSUN

BadZero

  • 20 noyabr 2011 17:09
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Allahın rəsulu (s) ixlasın tə’sirləri barəsində belə buyurur: “40 gün xaliscəsinə əməl edən hər bir bəndənin ruhundan dilinə hikmət və ağıl bulaqları axar.”
(“Bihar”, 70-ci cild, səh.242)

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Ku-ku

  • 20 noyabr 2011 15:35
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

R_A_P_U_N_Z_E_L

  • 20 noyabr 2011 15:26
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}