Yuxu

 
Yuxu

Yuxu yozam etmirik, inşaallah yuxunuz xeyirlidir. Çünki yuxular onu görən kimsənin vəziyyətinə görə dəyişər. Bu səbəblə yuxu yozma kitabları yerinə, elm və əməldə etibarlı insanlardan soruşulmasını və onlardan məlumat alınmasını tövsiyə edirik.

Gözəl görən gözəl düşünər, gözəl düşünən gözəl yuxular görər, gözəl yuxular görən də həyatından ləzzət alar.

İslama görə yuxu üç növdür.

1. Saleh yuxu,

2. Şeytanı yuxu,

3. İnsanın içində yaşadığı hadisələrdən doğan yuxu.

Saleh yuxu baş verəcək olan şeyləri hadisəsindən əvvəl fitri istedad ilə idrak etməkdən ibarətdir. Peyğəmbər (s.ə.s.) bununla əlaqədar belə buyurar: "Möminlərin yuxusu peyğəmbərliyin qırx altı hissəsindən bir hissədir."

Şeytanı yuxu şeytanın, insanı qorxudub kədərdən kədərə sövq etmək üçün, yuxu halında insanın ürəyinə verdiyi vəsvəsədən ibarətdir. Peyğəmbər (s.ə.s.) belə buyurar: Sizdən biriniz sevdiyi bir yuxu görsə o Allahdandır. Bunun üçün Allaha həmd edib yuxusunu söyləsin. Xoşuna gəlmədiyi bir yuxu görsə o şeytandandır. Şərindən Allaha sığınsın və onu kimsəyə də açmasın. Yoxsa özünə zərər verəcək.

İnsanın içində yaşadığı hadisələrdən doğan yuxu isə. insan bir şeylə məşğul olub onunla çox maraqlandığı üçün haqqında yuxu görər. Peyğəmbər (s.ə.s.) bir hədisdə belə buyurar: Yuxu üçdür. Allah tərəfindən olub müjdə verən saleh yuxu, kədər verib şeytandan gələn yuxu və insanın öz-özünə bir şeylər söyləyib təsəvvür etdiyindən meydana gələn yuxu.

Yusuf surəsində zikr edilən Hz. Yusuf (ə.s.)ın yuxusuyla əlaqədar ayə ilə yuxarıda zikr edilən hədislər bunu ifadə edirlər. Yuxuların içində haqq yuxular vardır. Ancaq hər yuxu haqqdır və hər yozma də doğrudur, deyilməz. Yuxuya görə hərəkət və yuxuya istinad etmək doğru deyil. Hətta fiqh kitabları bəyan edirlər: Şeytan hər nə qədər Peyğəmbərin surətinə girə bilməsə də Şabanın iyirmi doqquzunda Peyğəmbər (s.ə.s.) hər hansı bir kimsənin yuxusunda sabah Ramazanın birinci günüdür oruc tutun deyə əmr etsə də bu yuxu ilə əməl edilməz.
(Xəlil Günenc, Günümüz Məsələlərinə Fətvalar II. 300 )

Yuxu və ilham ilə əməl etmək

Yuxular və İlhamlar; Rəbbani və Rəhmanı, Şeytanı və Eqoist ola bilərlər. Bu səbəblə aralarını yaxşı təyin etmək lazımdır. İslam alimləri bu mövzularda bu üç şərtin yerinə yetirilməsi vəziyyətində əməl edilə biləcəyini, amma heç kimi məcbur etmənin doğru olmadığını ifadə edərlər.

1. Görülən yuxu və ya ilham, dinimizin əmrlərindən birini qaldırıcı və ya qadağanlarından birini də halal edici cinsdən, yəni dinə zidd və sünnəyə zidd olmayacaq.

2. Yuxu və ya İlham etibarlı, hər kəsin etimad etdiyi, Əbu Hənifə, Şafi, İmamı Rəbbani, İmamı Qəzali kimi kəslər olmalıdır. Hər kəs o şəxsin yalan danışmayacağı və dinin əsaslarını haqqıyla bilən və yaşayan biri olduğunu qəbul etməlidir.

3. Yuxu və İlhamla əldə edilən məlumatlar dinin bir əmri kimi qəbul edilməməli. Yalnız tövsiyə edilə bilər. Yuxular və ilhamlar bir xəbərdarlıqdır,işarədir. Bağlayıcı və məcburedici ola bilməz. Bu yuxu və İlhama uyanlar ayıblanılmayacağı kimi, uyğun gəlməyənlər də ayıblanılmaz.


Geri dön

.♣.Chrysalis.♣.

  • 23 noyabr 2011 01:20
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
1. Görülən yuxu və ya ilham, dinimizin əmrlərindən birini qaldırıcı və ya qadağanlarından birini də halal edici cinsdən, yəni dinə zidd və sünnəyə zidd olmayacaq.

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

wiki

  • 20 noyabr 2011 20:32
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
maraqlidir tewekkurler

... Deryam ...

  • 20 noyabr 2011 20:19
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Yuxularimin coxu yadimda qalmir feel
maraqli melumatlardi

--------------------

_TUNAR_MAMEDOV_

  • 20 noyabr 2011 17:56
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
melumat ucun,twkler..

--------------------

jalicka..

  • 20 noyabr 2011 17:26
  • Məqalə: 0
  • Şərh: 93
  • Bal:
{awards}
TWK

BadZero

  • 20 noyabr 2011 17:05
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
maraqlı xəbərə görə çox sağ ol

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

R_A_P_U_N_Z_E_L

  • 20 noyabr 2011 15:37
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}