Hansı yaşda qadın daha gözəl olur?

 
Hansı yaşda qadın daha gözəl olur?

Çirkin bir qadına kişilərin necə heyranlıqla tamaşa etməsinin şahidi olmusunuzmu? Adi bir misal. Məşhur müğənni və aktrisa Barbara Streyzend Hollivudun ən çirkin qadınıdır. Buna baxmayaraq, o, həm də ən arzuolunan qadındır. Gündəlik həyatımızda da belə hallara az rast gəlmirik. Maraqlıdır, görəsən, bu qadınlar nə ilə diqqət mərkəzində qala bilirlər? Əvəzsiz şarm, hədsiz cazibə, qüsursuz zövq və parlaq stillə! Fransızlar hesab edirlər ki, hər bir qadın mütləq şarma və fərdi stilə malik olmalıdır. İndi bütün dünyada qadınlar öz imicləri üzərində gecə-gündüz çalışırlar. Əgər sizi də bu az-çox maraqlandırırsa, onda bəzi məsləhətlərlə tanış olun. Amma unutmayın ki, hər yaşın öz gözəlliyi var!

14-18 yaş — qızların həm fiziki, həm də psixoloji cəhətdən formalaşdığı dövrdür. Bu yaşda olan qızlar imiclərini, əsasən, sevdikləri artistlərə, kumirlərinə bənzəmək üzərində qururlar. Yeniyetmə qızınızın rok ulduzları kimi geyinmək həvəsi sizi qorxutmasın. Onlar üçün şəxsi stil seçmək, qərar qəbul etmək hələlik çox çətindir. Yeniyetmələrdə özünə inamsızlıq və seçilmək hissi çox güclü olur. Müasir yeniyetmələr idman, cins stillərinə üstünlük verirlər. Lakin yeniyetmə qızlar da ümumi qaydalara tabe olmalıdırlar. Bu yaşda olan xanımlar, makiyajdan istifadə etməyin! Böyük görünmək arzusu sizə ananızın paltarlarını geyinmək və qadın kimi bəzənməyinizə əsas vermir. Ümumiyyətlə, klasshikadan uzaq olun. Əgər düzgün bədən quruluşuna maliksinizsə, dar cins, şalvar, hədsiz qısa olmayan mini yubka, mayka geyinin. Hələ ki, bunu etmək imkanınız var.

18-25 yaşda bütün qızlar artıq formalaşırlar. Bu qadın gözəlliyinin ən zirvə mərhələsidir. Bu yaşda qadınlarda «Kim olmaq?» sualı meydana çıxır. Həm ixtisas, həm də stil baxımından. Qızlar xarici görünüşləri barədə ən çox elə bu yaşda düşünməyə başlayırlar. Siz nə etməlisiniz? Özünü əsl qadın kimi tərbiyə etməli, diqqəti individuallığa yönəltməli, özünüzdə sayılan şəxsiyyət yetişdirməlisiniz. Lakin təqlid yolu ilə yox! Maksimum dərəcədə zərif olun. Bütün bəzək aksessuarlarından istifadə etmək imkanınız var. Bundan yararlanın.

25-35 yaş. 30 yaşı keçmiş qadının artıq konkret stili olmalıdır. İndi siz qadın gözəlliyinin, yetkinliyinin ən parlaq mərhələsindəsiniz. Bu yaşda qadın özünə əmin olduğu qədər də açıq fikirli olur. Siz artıq öz üstünlüklərinizi bilirsiniz və onlardan yerində istifadə etmək imkanına maliksiniz. Gözəl geyinmək fürsətini əldən verməyin. İşdə və adi həyatda ayrı-ayrı imiclərə malik olmalısınız. Modanın dalınca qaçmayın, lakin ona biganə də yanaşmayın. İstifadə etdiyiniz bəzək əşyaları mütləq nəcib metallardan və qiymətli daşlardan olmalıdır.

35-45 yaş qüsursuz gözəllik mərhələsidir. Hisslərin ən yüksək mərhələsindəsiniz, bu, əsas üstünlüyünüzdür. Bu yaşda qadınlar qüsursuzluğa can atırlar. Qarderobu diqqətlə seçir, bahalı ayaqqabı və zinət əşyalarına üstünlük verirlər. Bu yaşda ümumi stil seçilsə də, bəzi toqquşmalar olur. Geyimdə və makiyajda yüngüllükdən, ifrat dərəcədən uzaq olun. Ekstravaqant saç düzümlərindən və gənclərə uyğun modalardan istifadə etməyin.

45-55 yaşda da qadın gözəldir! Bu illər eleqantlığın təcəssümüdür. Bu dövrü yaşayan qadınlar öz dəyərlərini bilirlər, inamlıdırlar və şəxsi imkanlara malikdirlər. Həyata rəngli şüşə arxasından baxmırlar. Bu yaşda qarderob bir də yeniləşir. Geyimdə və makiyajda qüsursuz rəng qamması, bahalı və mütləq hündür daban ayaqqabılar sizin əsas seçiminiz olmalıdır. Unutmayın ki, illər sizdən özünüzə daha diqqətlə yanaşmağı tələb edir. Üzə, bədənə, saçlara xüsusi fikir verin. Emosiyalarınızı boğun, ekstravaqantlıqdan uzaq olun. Ərköyünlüyü bu yaşda birdəfəlik unutmaq lazımdır! Zinət əşayalarına gəlincə, sizə yalnız brilyant yaraşır!


Geri dön

lubov

  • 23 noyabr 2011 12:32
  • Məqalə: 0
  • Şərh: 580
  • Bal:
tshk smile

.♣.Chrysalis.♣.

  • 23 noyabr 2011 00:12
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
hami ozune baxmalidi

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Inciciceyi

  • 22 noyabr 2011 09:28
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Maraqli xebere gore twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R_A_P_U_N_Z_E_L

  • 21 noyabr 2011 14:44
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

Lena_119

  • 21 noyabr 2011 14:12
  • Məqalə: 0
  • Şərh: 307
  • Bal:
{awards}
14-18 beledeee.

tewekkurlerrr

--------------------
Bilmirem.....1-ce onu bilirem ki,bezen tanimadigimiz insanlar,bize,bizdende yaxin olurlar.......

QªQª¤²º¹¹¤

  • 21 noyabr 2011 14:03
  • Məqalə: 74
  • Şərh: 261
  • Bal:
{awards}
Els007,
sene qatiliram qardawim kim ozune baxirsa hemiwede gozel gorunecek

--------------------

Els007

  • 21 noyabr 2011 13:26
  • Məqalə: 227
  • Şərh: 532
  • Bal:
{awards}
qadinin gozelliyine yawin ferqi yoxdu.. hansi qadin ozune baxirsa o yawlida olsada gozel gorsenecek fellow

BadZero

  • 21 noyabr 2011 13:13
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Fikrimcə özünə baxan xanım hər bir yaşda gözəl olur

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

MiLeyla

  • 21 noyabr 2011 13:05
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
18-25 winked

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Angel-Feride

  • 21 noyabr 2011 12:31
  • Məqalə: 54
  • Şərh: 1056
  • Bal:
{awards}
Təşəkkür[hide][/hide]

Elvin007

  • 21 noyabr 2011 12:27
  • Məqalə: 217
  • Şərh: 3307
  • Bal:
{awards}
xebere gore twk

--------------------
▼►►Proqramming◄◄▼

... Deryam ...

  • 21 noyabr 2011 12:26
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Hər yaşın öz gözəlliyi var , bir də baxımlı olan hər qadın gözəldi laughing

--------------------

Ku-ku

  • 21 noyabr 2011 12:18
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
18-25 yaşda bütün qızlar artıq formalaşırlar. Bu qadın gözəlliyinin ən zirvə mərhələsidir. Bu yaşda qadınlarda «Kim olmaq?» sualı meydana çıxır. Həm ixtisas, həm də stil baxımından. Qızlar xarici görünüşləri barədə ən çox elə bu yaşda düşünməyə başlayırlar. Siz nə etməlisiniz? Özünü əsl qadın kimi tərbiyə etməli, diqqəti individuallığa yönəltməli, özünüzdə sayılan şəxsiyyət yetişdirməlisiniz. Lakin təqlid yolu ilə yox! Maksimum dərəcədə zərif olun. Bütün bəzək aksessuarlarından istifadə etmək imkanınız var. Bundan yararlanın.

--------------------

Danger_girl

  • 21 noyabr 2011 12:14
  • Məqalə: 96
  • Şərh: 131
  • Bal:
{awards}
maraqli idi oxudum cox sag ol

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 44
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}