25 etiraz və onlara cavablar

 
25 etiraz və onlara cavablar


“Bu bahadır”, “Bu mənlik deyil”, “Hardan adam tapacağam”, “Bu piramidadır” və s. bu sözlər sizə yəqin tanışdır. Bəli artıq başa düşdüyünüz kimi, bunlar müxtəlif etiraz bildirən ifadələrdir. Ancaq, əksəriyyətiniz ağlına belə gəlmir ki, məhz bu ifadələrlə siz daha effektiv işləyə bilərsiniz. Potensial distribyuterlərin etirazlarına necə yanaşmalı? Nə üçün bu suallar ortaya çıxır və bu cür hallarda nə etməli? Bu cür sual və ifadələrin arxasında gizli qalan həqiqi ehtiyac, maraq və gözləntiləri necə ortaya qoymalıyıq? Bütün bunlar aşağıda ətraflı şəkildə; Sual, Açıqlaması, Effektiv olmayan və Effektiv cavablar- halında sizinlə bölüşürük. Oxuduqca özünüz də anlayacaqsınız ki, düzgün yanaşma ilə yalnış yanaşma arasında fərq yalnız cümlənin düzgün qurulmasından ibarətdir. Buyurun:

Səbəb 1.

- Bu Şəbəkə Marketinqidir. (təsdiq)
- Bu Şəbəkə Marketinqidir? (sual)

Açıqlaması:

Görəsən məni aldatmazlar? Aldadılmaq, ciddi görünməmək, gülünc hala düşmək qorxusu. Biznesin xüsusiyyətləri haqqında biliklərin zəif və yaxud olmaması. Daha öncə Şəbəkə biznesində uğursuz təcrübənin olması.

Səhv və tələsik yanaşma:

- Cavab verməkdən çəkinmək və yaxud qoruyucu mövqe tutmaq.
- Şəbəkə marketinqinə qarşı nə isə bir fikriniz var?
- Burda pis nə var ki? və s.

Doğru yanaşma:

- Bəli bu Şəbəkə marketinqidir.
- Sizin şəbəkə marketinqi ilə tanışlığınız var?
- Bəli bu şəbəkə marketinqidir… Nə üçün maraqlandığınızı bilə bilərəm?

Səbəb 2.

Bu piramidadır.

Açıqlaması:

- Aldadılmaq qorxusu.
- Qarşı tərəfə inamın olmaması.
- Ehtiyaclarının bilinməməsi.
- Yalnış verilmiş məlumat və biznes haqqında yetərincə biliklərin olmaması.

Səhv və tələsik yanaşma:

- Piramida – ən dözümlü fiqurdur.
- Dövlət, ordu, ailə, məktəb və s. bunların hamısı piramida quruluşuna malikdir.
- Xeyr, bu piramida deyil, bu düzgün və qanuni biznesdir (misallar və sübutlar gətirmək)

Doğru yanaşma:

- Siz niyə bunun piramida olduğunu düşünürsünüz?
- Çox yaxşı ki bu məsələyə toxundunuz (sualı verdiniz), gəlin bunu daha geniş müzakirə edək.
- Sizə görə piramida nədir, necə olur?

Səbəb 3.

- Burda birinci gələnlər qazanır.

Açıqlaması:

- Görəsən mən də burda qazana bilərəm?
- Qazanmaq imkanını görə bilmək istəyi.
- Uğursuzluqdan qorxmaq.
- Özünə inamın olmaması.
- Ehtiyacları bilinmir.

Səhv və tələsik yanaşma:

- Etirazın səbəbini anlamadan, əksini sübuta yetirməyə çalışmaq.
- Xeyr bu belə deyil (sən səhvsən), bizim marketinq plan hər bir insana qazanmaq imkanı verir.
- Bizim şirkət hər kəsə eyni qazanmaq hüququ verir.
- Bizdə işləyən hər kəs qazanır.

Doğru yanaşma:

- Siz çox gözəl mövzuya toxundunuz, nə üçün belə düşündüyünüzü söyləyə bilərsiniz?
- Çox maraqlıdır, niyə belə düşünürsünüz?

Səbəb 4.

- Niyə hər kəs qazanmır?

Açıqlama:

- Görəsən mən də burda qazana bilərəm?
- Qazanmaq imkanını görə bilmək istəyi.
- Uğursuzluqdan qorxmaq.
- Özünə inamın olmaması.
- Ehtiyacları bilinmir.

Səhv və tələsik yanaşma:

- Hər şey sizdən asılıdır.
- İnsanlar müxtəlifdirlər.
- İstənilən sahədə hər kəs qazanmır.
- Qazanmağı həqiqətən istəyənlər qazanırlar.

Doğru yanaşma:

- Mən sizi çox gözəl anlayıram, axı hər kəs düzgün seçim etmək istəyir.
- Nə üçün hər kəsin qazanmadığını düşünürsünüz?
- Mənə elə gəlir ki, siz özünüzün bu biznesdə qazanıb-qazanmayacağını bilmək istəyirsiniz, elə deyilmi?

Səbəb 5.

- Bu mənlik deyil.
- Mən bacarmaram
- Məndə alınmayacaq.

Açıqlaması:

- Uğursuzluqdan qorxmaq.
- Özünə inamın olmaması.
- Qarşı tərəfə inamın olmamsı.
- Ehtiyacları bilinmir.
- Biznes haqqında biliklərin olmaması.
- Səhv verilmiş məlumat.

Səhv və tələsik yanaşma:

- Etirazın səbəbini aydınlaşdırmadan, hər şeyin alınacağına inandırmağa çalışmaq.
- Axı siz çox maraqlı insansınız, insanlarla əlaqə qura bilirsiniz və s.
- Mən də sizin kimi fikirləşirdim, ancaq bu bizneslə tanış olandan sonra…
- Başqalarında alınırsa, sizdə də mütləq alınacaq.

Doğru yanaşma:

- Nə üçün sizlik olmadığını deyə bilərsiniz?
- Nə üçün sizə elə gəlir ki, alınmayacaq?
- Mən sizi çox gözəl anlayıram, hər kəs doğru seçim etmək istəyir və s.

Səbəb 6:

- Hardan adam tapacağam?
- Mənim çox az tanışım var.

Açıqlama:

- Qazana bilmək imkanını görmək istəyi.
- Uğursuzluq qorxusu.
- Özünə inamın olmaması.
- Biznesin incəliklərindən və distribyuterin işindən xəbərsiz olması.
- Səhv məlumatlandırılıb.

Səhv və tələsik yanaşma:

- Hardan adam tapa biləcəyi barədə danışmaq.
- Hər bir insanın ömür boyu çoxsaylı tanışlarının olmasına inandırmağa çalışmaq.

Doğru yanaşma:

- Siz lap professionalların sualını verirsiniz. Siz yeni insanları hardan tapa biləcəyinizi öyrənmək və onlarla gəlirli işdə çalışmaq istəyirsiniz?
- Nə üçün bu barədə soruşduğunuzu bilə bilərəm?
- Siz daha çox tanış əldə etmək istəyirsiniz?

Səbəb 7:

- Bu qadınların işidir.

Açıqlama:

- Anlaşılmazlıq qorxusu, gülünc vəziyyətə düşmək qorxusu, atılmış hiss etmək.
- Gücün göstəricisi, zəif görsənmək qorxusu
- Ehtiyacları ortaya qoyulmayıb.

Səhv və tələsik yanaşma:

Bu fikrin yalnış olduğunu sübut etməyə çalışmaq:
- Bu belə deyil (siz səhvsiniz).. Bizim şirkətdə çoxlu kişi çalışır və s.

Doğru yanaşma:

- Çox maraqlıdır, niyə belə düşünürsünüz ki?
- Nə üçün bu biznesin qadın biznesi olduğunu düşünürsünüz?
- Sizə görə qadın biznesi nədir?

Səbəb 8.

- Bu uğursuz insanların biznesidir.

Açıqlama:

- Özünə inamın olmaması, yetişməmiş insan.
- Hər hansı bir sahədə tam bərqərar ola bilməyə ehtiyac duymaq.
- Gülünc görsənmək qorxusu.
- Paxıllıq.

Səhv və tələsik yanaşma:

- Siz bu biznesi anlamırsınız (və yaxud bilmirsiniz).
- Bizim şirkətdə çoxsaylı varlı insanlar da işləyirlər.
- Bu belə deyil (sən səhvsən). Bizim şirkətdə əvvəlki iş yerlərində çox böyük uğur və yüksək maaş qazanmış insanlar var, lakin buna baxmayaraq indi onlar bizim ilə işləyrlər.

Doğru yanaşma:

- Mənə nə üçün bu biznesin uğursuz insanların biznesi olduğunu deyə bilərsiniz?
- Mən başa düşüdüyüm qədərilə siz bu biznesdə uğur əldə edib-etməyəcəyinizi düşünürsünüz, elə deyilmi?

Səbəb 9

- İndi əhalinin alıcılıq qabiliyyəti aşağıdır.
- İnsanların pulu yoxdur.

Açıqlama:

- Xəsis görsənmək qorxusu.
- Bezdirici insan olmaq qorxusu.
- Uğursuzluqdan qorxmaq.
- Özünə inamın olmaması.
- Özünü qiymətləndirə bilməmək.

Səhv və tələsik yanaşma:

- Başqalarının əvəzinə danışmaq lazım deyil.
- Başqa insanların ciblərində nə qədər pulun olduğunu biz bilə bilmərik.
- Bir çıxıb bazarı, kafeləri gəzin. Siz isə deyirsiniz camaatın pulu yoxdur.

Doğru yanaşma:

- Siz çox vacib məsələyə toxundunuz, nə üçün bu barədə söhbət açdınız?
- Bəs siz öz alıcılıq qabiliyyətinizin artmasını istəmirsiniz?
- Siz pulunuzun olmasını istəyirsiniz?

Səbəb 10.

- Mənim pulum yoxdur.

Açıqlama:

Klassik söhbətdən boyun qaçırtmaq yoludur. Səbəb:
- Qarşı tərəfə inamın olmaması.
- Ehtiyacları öyrənilməyib.
- Pul itirmək, aldadılmaq qorxusu.
- Yeniliklərdən qorxmaq.
- Öz boynuna öhdəlik götürməkdən qorxmaq, “komfort zonası”ndan çıxmaq qorxusu.

Səhv və tələsik yanaşma:

- Əgər adam istəsə hər zaman pul tapa bilər.
- Borca götürə bilərsən.
- Bu cür davam etsəniz sizin heç vaxt pulunuz olmayacaq.

Doğru yanaşma:

- Siz pulunuzun olmasını istəyirsiniz?
- Mən belə başa düşürəm ki siz pul qazanmaq istəyirsiniz, elə deyilmi?
- Sizin pul qazanmağınıza nə mane olur?

Səbəb 11.

- Mənə borc versəniz sizinlə işləyərəm.

Açıqalama:

- Cavabdehliyi distribyutorun boynuna qoymaq istəyir.
- İnamın olmaması, aldadılmaq qorxusu.

Səhv və tələsik yanaşma:

- Adamın əvəzinə tam və yaxud yarımçıq pul ödəməyinə yardım etməyə yönəldilmiş bütün cəhdlər.

Doğru yanaşma:

- Nə üçün borca pulu məhz məndən istəyirsən?
- Mən başa düşdüyüm qədərilə bəzi suallar səndə şübhə doğurur, elə deyilmi?
- Mən istəyirəm ki, sən mənim partnyorum kimi bu biznesə başlayasan və biz hər ikimiz eyni səviyyədən başlayaq.

Səbəb 12.

- Bu işdə gərək pul qoyasan!
- Bu biznesə pul yatırtmalıyam?

Açıqlama:

- İtirmək və aldadılmaq qorxusu.
- Qarşı tərəfə inamın olmaması.
- Ehtiyacları ortaya qoyulmayıb.
- Yatırılan pulların adama nə qədər xeyir verəcəyinin qaranlıq qalması.

Səhv və tələsik yanaşma:

- Bəli, ancaq bu cüzi məbləğdir.
- Siz nədən ehtiyatlanırsınız ki?
- İstənilən biznesə yatırım etmək lazımdır.

Doğru yanaşma:

- Bax mən elə bu sualı gözləyirdim. Gəlin birlikdə bu pulun sizə necə işləyəcəyini müzakirə edək.
- Bax elə indicə çox gözəl kəlmə dediniz, pul yatırmaq…
- Bəli düz deyirsiniz, nə üçün bu barədə soruşdunuz ki?

Səbəb 13.

- Mən heç bir şey almadan işə başlaya bilərəm?

Açıqlama:

- İtirmək və aldadılmaq qorxusu.
- Özünə, biznes və mala inamın olmaması.
- Biznesin incəlikləri və distribyuterin işi ilə tanış olmaması.
- Nəticəyə görə cavabdehliyi öz boynuna götürmək qorxusu.

Səhv və tələsik yanaşma:

- Yox işləyə bilməzsiniz..
- Bəli işləyə bilərsiniz.
- Heç bir şey yatırmadan, nə isə qazanmaq olmaz..
- Alınan malın üstün küyfiyyətləri barədə danışmaq.

Doğru yanaşma:

- Mənə maraqldır, siz nə üçün bu barədə soruşdunuz?
- Sizcə? (Səncə?)
- Yaxşı ki bu barədə soruşdunuz, gəlin bu məsələni müzakirə edək.

Səbəb 14.

- Bu çox bahadır.

Açıqlama:

- Klassik söhbətdən qaçmaq variantı.
- Ehtiyac və problemləri aydınlaşdırılmayıb.
- Qarşı tərəfə inamın olmaması.
- Bunun həmin insana nə üçün lazım olduğunu anlamaması.
- Aldadılmaq, pul itirmək, uğursuzluq qorxusu.

Səhv və tələsik yanaşma:

- Keyfiyyətli məhsul baha olur.
- Bəyəm indi ucuz nə isə var?
- Hər şeyin öz qiyməti var.
- Siz bu məhsulun xeyirlərini anlamırsınız.

Doğru yanaşma:

- İnsanı boş buraxmaq. Qarşılıqlı mövzularda yanaşma tapmaq və onun ehtiyaclarını öyrənmək. Hər halda “qapını açıq buraxmaq”, əlaqə nömrələrini qoyaraq, yaxşı yol arzulamaq.
- Maraqlıdır siz nəyə görə belə düşünürsünüz?

Səbəb 15.

- Vaxtım yoxdur.

Açıqlama:

Klassik söhbətdən qaçmaq yolu.
- Ehtiyacları bilinmir.
- Qarşı tərəfə inamın olmaması.
- Müştəri təklifin ona nə xeyir verəcəyini anlamır.
- Aldadılmaq, itirmək və uğursuzluq qorxusu

Səhv və tələsik yanaşma:

İnandırmağa çalışmaq.
- İstək olsa hər vaxt tapılar.
- Başlanğıcda gündə 2-3 saat da yetər və s.Начать уговаривать клиента. Если есть желание, всегда можно найти время. Можно начать с малого, уделять 2-3 часа в день…

Doğru yanaşma:

- Bəs siz öz vaxtınızı nəyə sərf edirsiniz?
- İnsanı boş buraxmaq. Qarşılıqlı mövzularda yanaşma tapmaq və onun ehtiyaclarını öyrənmək. Hər halda “qapını açıq buraxmaq”, əlaqə nömrələrini qoyaraq, yaxşı yol arzulamaq.


Səbəb 16.

- Mənim həyat yoldaşım (atam, anam, qardaşım və s.) icazə vermir.

Açıqlama:

- Öz komfort zonasından çıxıb, cavabdehlik götürmək qorxusu.
- “Böyümək” qorxusu.
- Uğursuzluq və münasibətlərin korlanması qorxusu.
- Yeniliklərdən qorxur.
- Özünə inamı yoxdur.
- Ehtiyacları bilinmir.

Səhv və tələsik yanaşma:

- Sizin bəs öz fikriniz yoxdur?
- Ümid edirəm sizin öz şəxsi fikriniz də var.
- Sizin özünüzə hörmət edirsinizsə qərarı da özünüz verməlisiniz.
- Yəqin sizin yoldaşınız (atanız, ananız və s.) sizi öz təsiri altında saxlamaq istəyir.

Doğru yanaşma:

- Mənə deyə bilərsiniz nə üçün o belə fikirləşir?
- Bəs sizin bu biznes barədə fikriniz nədir?

Səbəb 17.

- Mən artıq başqa Şəbəkə Marketinqi şirkətində çalışıram.

Açıqlama:

- Öz seçiminə və şirkətinə inamın olması.
- Özünün və öncəki seçimini qorumaq.
- Əlində olanı itirmək qorxusu.
- Yeniliklərdən qorxmaq.

Səhv və tələsik yanaşma:

“Mənimki səninkindən yaxşıdır” kimi uşaq oyunları oynayaraq, kimin şirkətinin daha yaxşı olduğunu sübut etməyə çalışmaq.

Doğru yanaşma:

- Kolleqa ilə görüşmək necə də xoşdur.
- Lap yaxşı, mənə bir az öz şirkətinizbarədə məlumat verə bilərsinizmi?
- Öz şəxsi hekayəniz və uğurlarınızla bölüşərək qarşılıqlı söhbətə zəmin yaratmaq.

Səbəb 18

- İstənilən sənədi saxtalaşdırmaq olar.

Açıqlama:

- Aldadılmaq qorxusunun olması.
- Qarşı tərəfə inamın olmaması.
- Komfort zonasından çıxmaq istəyinin olmaması.
- Cavabdehlik götürmək istəyinin olmaması.

Səhv və tələsik yanaşma:

Dərhal hücuma atlanaraq – “Siz haqqlı deyilsiniz (sən səhvsən)… Bizim biznez qanunidir, şirkət leqaldır və digər çoxsaylı arqumentlər gətirərək, inandırmağa çalışmaq.

Doğru yanaşma:

- Bəli siz təmamilə düz deyirsiniz, istənilən sənədi saxtalaşdırmaq olar və məhz buna görə də mən sizə həmin sənədlərlə yaxından və diqqətlə tanış olmağınızı istəyirəm.
- Mən belə anladım ki, sizin bizim şirkətin qanuniliyi və icazəsi ilə əlaqədar şübhələriniz var, elə deyilmi?
- Mən sizi çox gözəl anlayıram, heç kəs səhv etmək istəmir.
- və s.


Səbəb 19

- Əgər cavan olsa idim.

Açıqlama:

- İstəyin olmaması.
- Komfort zonasından çıxmaq və həyatında nə isə dəyişmək qorxusu.
- Özünə inamın olmaması.
- Uğursuzluqdan qorxmaq.
- Ehtiyacları araşdırılmayıb.

Səhv və tələsik yanaşma:

- Söhbətə tutub, inadırmağa və əksini sübut etməyə çalışmaq.
- Bizim şirkətdə sizin yaşda və hətta sizdən də yaşlı insanlar çalışırlar.
- Həyat bununla bitmir və s.

Doğru yanaşma:

- Bəs cavan olsa idiniz, onda nə edərdiniz?
- Bəs indi bu bizneslə məşğul olmağa sizə nə mane olur?
- Bir hekayə danışmaq, təqdimata dəvət etmək və eyni yaş səviyyəsindən olan distribyutorlarla tanış etmək.

Səbəb 20.

- Gərək fikirləşim.

Açıqlama:

- Klassik söhbətdən qaçmaq yolu.
- Problem və ehtiyacları tam araşdırılmayıb.
- Qarşı tərəfə inamın olmamsı.
- Yenilik və dəyişikliklərdən qorxmaq.
- Yalnış qərar qəbul etmək, öhdəlik götürmək qorxusu.

Səhv və tələsik yanaşma:

- Siz başa düşməlisiniz ki, bu elə sizin xeyrinizədir (bu mənə yox sizə lazımdır.)

Doğru yanaşma:

- Sizdə şübhə oyadacaq hansı məqamlar ola bilər?
- Mən sizi çox gözəl anlayıram, hər kəs doğru qərar qəbul etmək istəyir. (pauza saxlayın) və sizcə razılaşmaya necə gələ bilərik?

Səbəb 21.

- Siz bu malı satmaq məcburiyyətində olduğunuzdan belə deyirsiniz (Sizin burdan gəliriniz var.).

Açıqlama:

- Öz xeyrini güdmək və anlamaq istəyi.
- Aldadılmaq və ondan istifadə ediləcək kimi düşüncənin olması.
- Qəbul olunmamaqdan qorxmaq.
- Ehtiyacları araşdırılmayıb.
- Qarşı tərəfə inamın olmaması.

Səhv və tələsik yanaşma:

- Öz mənfətimizi gizlətmək.
- Mən sizə kömək etməyə çalışıram və çox təəssüf ki siz bunu anlamırsınız.

Doğru yanaşma:

- Nə üçün sənə elə gəlir ki, mən öz mənfəətimi güdürəm?
- Mənfəət axtarıram? Əlbətdə, bəs sən mənfəət əldə etmək istəyirsən?
- Təmamilə doğrudur və hal-hazırda biz bu mənfəətin sənə verəcək xeyirləri barədə danışırıq.
- Bəli, mənfəətim var və bu mənfəət səninlə birgə işləyə bilmək imkanıdır.

Səbəb 22.

- Bu işdə gərək gedib insanlar təklif edəsən.
- Bu işdə gərək nə isə satasan.
- Gərək adam çağırasan və s.

Açıqlama:

- İnsanlar tərəfindən başa düşülməyəcəyindən, imtina cavablarından qorxmaq.
- Özünə inamın olmamsı və öz imkanlarını aşağı qiymətləndirməsi.
- İlk əvvəllər Şəbəkə marketinqi ilə pis tanışlığı.
- Biznes və distribyutor işinin nədən ibarət olduğunu bilməmək.

Səhv və tələsik yanaşma:

- Xeyr bu belə deyil (siz səhv edirsiniz)
- Yox heç hara gedib kimlərəsə nə isə danışmaq lazım deyil, sadəcə yaxınlarınızla bu barədə bölüşmək lazımdır.
- İnsanlara, onlara kömək edə biləcək şeyləri təklif etməkdə qorxulu və ayıb bir iş yoxdur.
- Mən də belə düşünürdüm….
- Nə olsun? Bizim hər birimiz həm alıcı həm də satıcıyıq.

Doğru yanaşma:

- Nə üçün sizə elə gəlir ki, bu biznesdə gəzib nə isə təklif etmək lazımdır?
- Siz “satmaq” dedikdə nə başa düşürsünüz?
- Gəlin bu barədə daha ətraflı danışaq.

Səbəb 23

- Bu sektadır.

Açıqlama:

- Yeni və tanınmamış qarşısında qorxu.
- Kimdənsə asılı olmaq qorxusu.
- Gülməli görünmək qorxusu.
- Stereotiplər və dedi-qodulara inamın olması.

Səhv və tələsik yanaşma:

- Xeyr bu sekta deyil, bu ciddi biznes və biz ciddi şirkətik.
- Əgər sekta mənə qazanmaq imkanı verirsə, qoy onda elə sekta olsun.

Doğru yanaşma:

- Nə üçün bu biznesin sekta olduğunu düşünürsünüz?
- Yəqin ki, sizi bu cür düşünməyə vadar edən səbəblər var?

Səbəb 24.

Bəs birdən mənim distibyuterlərim işləmədi?

Açıqlama:

- Özünə inamın olmamsı və öz imkanlarını aşağı qiymətləndirməsi.
- İlk əvvəllər Şəbəkə marketinqi ilə pis tanışlığı.
- Biznes və distribyutor işinin nədən ibarət olduğunu bilməmək.
- Yalnış qərar qəbul etmək, öhdəlik götürmək qorxusu.
- Öz xeyrini güdmək və anlamaq istəyi.
- Aldadılmaq və ondan istifadə ediləcək kimi düşüncənin olması.
- Qəbul olunmamaqdan qorxmaq.
- Ehtiyacları araşdırılmayıb.

Səhv və tələsik yanaşma:

- Yox bizim plan elədir ki, burda işləməmək mümkün deyil.
- Bəs siz nə üçünsünüz, sizin işiniz onlara kömək etmək olacaq.
- Bizim malların daim müştəriləri var.

Doğru yanaşma:

- Çox gözəl məsələyə toxundunuz, nə üçün sizə elə gəlir ki, sizdən aşağıdakı distribyuterlər işləməyəcək?
- Zəhmət olmasa mənə özünüzün nə üçün bu bizneslə məşğul olmaq istədiyinizi söyləyin?
- Bəli siz kiminsə xətrinə bu biznesə başlaya bilərsiniz, ancaq qazanacığınız pulları həmin insana verməyəcəksiniz axı. Sizdən sonra gələn insanlar da, sizin xətrinizə gələ bilər ancaq qazanacaqlarını sizə verməyəcəklər, elə deyilmi?

Səbəb 25.

- Bu biznes haramdır?

Açıqlama:

- Özünə inamın olmamsı və öz imkanlarını aşağı qiymətləndirməsi.
- Biznes və distribyutor işinin nədən ibarət olduğunu bilməmək.
- Yalnış qərar qəbul etmək, öhdəlik götürmək qorxusu.
- Aldadılmaq və ondan istifadə ediləcək kimi düşüncənin olması.
- Yoxlanılmamış məlumata inanmaq.
- Ehtiyacları araşdırılmayıb.

Səhv və tələsik yanaşma:

- Yox bu biznes haram deyil.
- Dini söhbətlərə keçib kimin haqqlı kimin haqqsız olduğunu ortaya qoymağa çalışmaq.
- Bizim işimizdə faiz yoxdur və s.

Doğru yanaşma:

- Çox gözəl məsələyə toxundunuz, nə üçün sizə elə gəlir ki, bizim iş haramdır?
- Siz haram dedikdə nə başa düşürsünüz?
- Sizə görə təklif etdiyimiz biznesdə haram nöqtələr hansılardırlar?


Geri dön

.♣.Chrysalis.♣.

  • 23 noyabr 2011 00:27
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
twk............

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

R_A_P_U_N_Z_E_L

  • 21 noyabr 2011 15:23
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

ANGELS

  • 21 noyabr 2011 15:12
  • Məqalə: 0
  • Şərh: 400
  • Bal:
{awards}
xebere qore tesekkurler

--------------------
yeni il

Danger_girl

  • 21 noyabr 2011 12:05
  • Məqalə: 96
  • Şərh: 131
  • Bal:
{awards}
maraqli idi cox sag ol

--------------------

Ku-ku

  • 21 noyabr 2011 10:03
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
xebere gore twk

--------------------

Dinar Mamedova

  • 21 noyabr 2011 08:27
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
menim bu qeder yazini oxumaga sebrim yoxdu

--------------------

Cilent_M.Q

  • 21 noyabr 2011 00:52
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
hmm twkller maraqli idi

--------------------

Elvin007

  • 21 noyabr 2011 00:09
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
dasdan yazilib eyy ele bil )) twk xebere gore bully

--------------------
▼►►Proqramming◄◄▼

_BİTANESİ_

  • 20 noyabr 2011 23:49
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
{awards}
Hövselem çatmadı oxuyum hamısını..))
Ama başda yazılan cümlelerden hiss olunur lazımlı və maraqlı məqalədi..
Bi ara mütleq oxuyacam.. Eziyyete göre çox sağ ol... winked

--------------------
AŞİFTE

BadZero

  • 20 noyabr 2011 23:44
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
İlk şərh məndən təşəkkürlər maraqlıdır save elədim kompa))))

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 15
Cəmi: 31

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}