Məsumların Nurlu Kəlamlarından (341-360)

 
Məsumların Nurlu Kəlamlarından (341-360)

Hədis 341:
Həzrət Əli (ə) buyurur: “Çox yeməklə sağlamlıq bir araya sığmaz.”

Hədis 342:
Həzrət Əli (ə) buyurur: “Söyüş söyən adam kimi həyasız yoxdur.”

Hədis 343:
Həzrət Əli (ə) buyurur: “Günahdan pak olmaq kimi mürüvvət (kişilik) yoxdur.”

Hədis 344:
Həzrət Əli (ə) buyurur: “Din qardaşı ac olan halda mö`min tox olmaz.”

Hədis 345:
Həzrət Əli (ə) buyurur: “Ağıllı insan məşvərət etməkdən boyun qaçırmaz.”

Hədis 346:
Həzrət Əli (ə) buyurur: “Fəqirə mane olub, ona bir şey verməyən varlının günahı bütün günahlardan böyükdür.”

Hədis 347:
Həzrət Əli (ə) buyurur: “O şəxsə təəccüb edirəm ki, yaxşı bir sifətə görə tə`rifləndikdə sevinir, halbuki, bu sifətə malik olmadığını bilir.”

Hədis 348:
Həzrət Əli (ə) buyurur: “O şəxsə təəccüb edirəm ki, ona pis xasiyyəti haqqında deyiləndə qəzəblənir, halbuki, bu sifətə malik olduğunu bilir.”

Hədis 349:
Həzrət Əli (ə) buyurur: “Qəlbin günah fikirdən uzaq qalmaq orucu, qarının aclıq orucundan üstündür.”

Hədis 350:
Həzrət Əli (ə) buyurur: “Sağlamlıq pəhrizdəndir.”

Hədis 351:
Həzrət Əli (ə) buyurur: “Bir işə başlamazdan öncə məsləhət et, addım atmazdan qabaq düşün.”

Hədis 352:
Həzrət Əli (ə) buyurur: “Büdrəmə və peşmanlıqdan amanda qalmaq üçün ağıl sahibləri ilə məsləhətləş.”

Hədis 353:
Həzrət Əli (ə) buyurur: “Xeyirxahların ən pisi etdiyi yaxşılığa görə minnət qoyan kəsdir.”

Hədis 354:
Həzrət Əli (ə) buyurur: “Xalqın ən pisi başqalarında eyb axtarıb öz eybini görməyən kəsdir.”

Hədis 355:
Həzrət Əli (ə) buyurur: “Xalqın ən pisi başqalarının səhvini bağışlamayan və eyblərini örtməyən kəsdir.”

Hədis 356:
İmam Baqir (ə) buyurur: “Başqalarının haqqında öz haqqınızda deyilməsini xoşladığınız sözləri danışın.”

Hədis 357:
Həzrət Əli (ə) buyurur: “Allaha itaət haqqında düşünmək səni əmələ sövq edər.”

Hədis 358:
Həzrət Əli (ə) buyurur: “Qeybəti dinləyən şəxs qeybət edənlə şərikdir.”

Hədis 359:
Həzrət Əli (ə) buyurur: “Bir saatlıq zəlalət bir ömrün izzətindən ağırdır.”

Hədis 360:
Həzrət Əli (ə) buyurur: “Böyüklərdən daha uzaq görən kiçiklər çoxdur.”


Geri dön

.♣.Chrysalis.♣.

  • 22 noyabr 2011 23:24
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
Allah razi olsun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Repery

  • 21 noyabr 2011 18:56
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN bizle bolushduyun ucun.

--------------------

BadZero

  • 21 noyabr 2011 16:54
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
Allah razı olsun... Save elədim

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

GOD_of_WAR

  • 21 noyabr 2011 15:33
  • Məqalə: 0
  • Şərh: 93
  • Bal:
{awards}
tesekkurler xebere gore

--------------------
G O D _ o f _ W A R

Ku-ku

  • 21 noyabr 2011 15:18
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

R_A_P_U_N_Z_E_L

  • 21 noyabr 2011 15:13
  • Məqalə: 36
  • Şərh: 2964
  • Bal:
{awards}
tesekkurler xebere gore

ANGELS

  • 21 noyabr 2011 14:59
  • Məqalə: 0
  • Şərh: 398
  • Bal:
{awards}
xebere qore tesekkur

--------------------
yeni il
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 34
Cəmi: 63

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 149
 
ραყιȥ
Xəbərləri: 48
Cəmi: 128
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 786
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 240
 
lamiye_2001
Xəbərləri: 27
Cəmi: 28
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 504
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}