Bu günlərdə xalq artisti Aygün Kazımova Türkiyədən səfərdən qayıdıb. Müğənni İstanbulda yaşayan modelyer Ramazzo Romanı ziyarət edib. Yeni səhnə geyimləri tikdirən Aygün Kazımova Ajda Pekkanın klipini çəkən komanda ilə çalışıb. Türkiyə mətbuatının yazdığına görə, müğənnilər arasında mahnı alış-verişi də olacaq.
Lakin mətbuatda yer alan digər yazılara görə, Aygün Kazımovanın son klipi ilə Ajda Pekkanın bəzi klipləri arasında oxşarlıq var. Söhbət xalq artistimizin "Düşün məni" klipi ilə Ajdanın "Yakar geçerim" və "Arada-sırada" kliplərindən gedir. Türkiyəli jurnalistlər bunu hər iki müğənninin eyni komanda ilə çalışması ilə izah edirlər.
Belə ki, hər iki klipdə müğənnilər retro avtomobildə, eyni səhnə quruluşunda və demək olar ki, eyni tipajlı tərəf-müqabili ilə çıxış ediblər. Bundan başqa, hər iki müğənni - Aygün Kazımova Bakının, Ajda Pekkan isə İstanbulun ən görməli yerlərini kliplərində əks etdiriblər.