Günün qoroskopu (22.11.11)

 
Günün qoroskopu (22.11.11)

Gün gərgin və çətin olacaq. Bunun əsas səbəbi, əlverişsiz
emosional fon və ünsiyyətdə yaranan çətinliklərdir.

Bir müddət əvvəl bir-birilərini əla başa düşən adamlar gözlənilmədən ortaq məxrəci itirirlər və küsüşməyə başlayırlar. Bədxahlar özlərini aqressiv aparırlar, hətta özlərinin əsl emosiya və niyyətlərini gizlətmirlər.

Sevgililər xırda məsələlər üstündə mübahisə edirlər. Onlar konstruktiv dialoqdan qınaqlara asanlıqla keçirlər. Sanki bir-birilərinin hisslərinə, aralarındakı münasibətlərə heç qiymət vermirlər.

Qoç - Çox yorucu və tamamilə qeyri-məhsuldar gündür. Enerjiniz boşa sərf olunacaq. Adətən, bunun günahı sizdə olur: qarşınıza qoyduğunuz məsələləri düz seçmirsiniz, işinizi düzgün təşkil etmirsiniz. Özünütənqidin ümumiyyətlə olmaması təhlükəlidir. Amma onun həddindən artıq çox olması da yaxşı deyil.

Ailədə münaqişələr mümkündür. Mübahisələrin səbəbkarı siz ola bilərsiniz. Kompromis axtarmaq çətindir. Sizin üçün çox əziz olan adamın ünvanına kəskin ifadələrdən özünü saxlamaq isə daha da çətindir.

Buğa - Vacib olsa da, sizi cəlb etməyən işi sona çatdıra bilməyəcəksiniz. Buna görə kimisə günahlandırmaq lazım deyil. Siz özünüz başladığınız işi hər şeyin öz-özünə yoluna düşəcəyi ümidi ilə yarımçıq qoymusunuz. Təəssüf ki, ümidləriniz doğrulmur və bu gün vəziyyəti düzəltmək lazım gəlir. Amma lazımi tədbirlər görməyə enerjiniz çatır.

Yaxın dotslarınızın arasından köməkçsi, həmfikir və müttəfiq tapmaq yaxşı olar. Onun bu gün etməli olduğu yeganə şey sizi eşitməkdir. Bundan sonra həyat düzələcək və özünüzü daha yaxşı hiss etməyə başlayacaqsınız.

Əkizlər - Əgər komplimentlər və təriflərə qarşı xəsislik etməsəniz, gün yaxşı keçəcək. Sizdən tərif gözləyirlər və siz bu gözləntiləri doğrultmağa çalışmalısınız. Bu gün ətrafdakılar əhval-ruhiyyələrini “sizin hesabınıza” yüksəldirlər. Bu, o qədər də pis deyil. Həyat eşqiniz və nikbinliyiniz hamıya bəs edər.

Cəsur layihələrdən qorxmayın. Uğursuzluq gözlənilmir. Ən pis halda gülünc vəziyyətə düşə bilərsiniz. Amma bu, ətrafdakıların sizə münasibətinə və nüfuzunuza heç bir təsir göstərməyəcək. Sizin üçün çox əziz olan adamla münasibətləri yoluna qoymaq şansı verəcək uğurlu təsadüf mümkündür.

Xərçəng - Xərçənglər üçün gün şəxsi xarakterli xoşagəlməz faktın üstünün açılması ilə yadda qalacaq. Amma siz hələ gördüklərinizə yox, illüziyalara inanırsınız.

Bu gün uzunmüddətli səfərlərə yollanmaq və ya ağır fiziki işlə məşğul olmaq məsləhət deyil. Yüksək diqqət tələb edən çətin layihələri təxirə salsanız yaxşıdır. Zədələr mümkündür.

Şir - Təbii olun. Yeni müttəfiqlər tapmaqda sizə məhz bu yardım edəcək. Şəraiti və ya fəaliyyət sahəsini dəyişmək, başqa yerə köçmək, həyatında dəyişiklik etmək istəyənlərin qarşısında yeni imkanlar açılacaq.

Şəxsi həyatınızla sabitlik hökm sürür. Narahatlıq üçün səbəb yoxdur, hadisələr istədiyiniz kimi inkişaf edir. Düzdür, uşaqlar sürpriz edə bilərlər. Lakin yəqin ki, bu sürprizlər də xoş olacaq.

Qız - Gərgin, əsəbi, seçilən yolun düzlüyündən şübhələnməyə və narahat olmağa vadar edən gündür. Hamı sizi tənqid edir, amma özünüzü müdafiə etməyə və ya hərəkətlərinizin səbəbləri ilə bağlı danışmağa imkan verən yoxdur. Belə vəziyyət olduqca böyük narahatlıq yaradır. Hətta adətən sakit və tədbirli Qızlar da bu gün düşünülməmiş hərəkətlərə yol verə bilərlər.

Bununla belə, yaradıcılıq fəaliyyəti çox məhsuldardır. Bu fəaliyyət emosional vəziyyətinizə də yaxşı təsir göstərir, neqativ emosiyaları unutmağa yardım edir.

Tərəzi - Ulduzlar Tərəzilərə ifadələrində təmkinli olmağı tövsiyə edirlər. Bu, ilk növbədə potensial işverənlər və ya nüfuzlu şəxslərlə görüş planlaşdıranlar üçün vacibdir. Bu gün bürcün nümayəndələri qəti mühakimələrə meyllidirlər və sözlərinin ətrafdakılar tərəfindən necə qəbul ediləcəyi barədə düşünmürlər. Əgər sülhpərvərlik nümayiş etdirməsəniz, boş yerdən yaranan fikir ayrılıqları ciddi münaqişələrə çevrilə bilər.

İri alqı-satqıları təxirə salmaq məsləhətdir. Gün böyük xərclər üçün münasib deyil.

Əqrəb - Pis gün deyil. Adətən, Əqrəblər sürprizlərə qarşı deyillər. Lakin bu gün onlar daha az gözlənilməzlik arzulayacaqlar. Biznes partnyorları ilə razılığa gəlmək çətindir. Onlar çox şey vəd etsələr də, demək olar ki, heç nə etməyəcəklər.

Yaxınlarınız isə əksinə, heç nə vəd etməsələr də, sizin rifahınız üçün qüvvələrini əsirgəməyəcəklər. Minnətdarlıq hisslərinizi gizlətməyin. Səfərlər uğurludur. Gəzinti əhval-ruhiyyənizin yüksəlməsinə kömək edəcək.

Oxatan - Oxatanlar dillərini özlərində saxlamalıdırlar. Nə qədər az danışsanız, o qədər yaxşıdır. Az tanıdığınız və təsadüfi adamlarla açıq danışmamaq xüsusilə vacibdir. Onlara nə desəniz, özünüzə qarşı istifadə olunacaq. Əgər kütləvi çıxış və ya vacib görüşünüz varsa, ən dolaşıq suallara cavab verməyə hazır olun.

Əhval-ruhiyyəniz pisləşə bilər. Xüsusilə, günün ikinci yarısında orqanizminiz zəifləyəcək. Gün adamların çox olduğu yığıncaqlar, kübar tədbirlərdə iştirak üçün münasib deyil. Yuxusuzluq mümkündür.

Oğlaq - Gün işlə bağlı xoş xəbərlərlə sevindirəcək. Məlum olacaq ki, perspektiviniz düşündüyünüz qədər qaranlıq deyil. Yeni imkanlar vaxtlı-vaxtında açılır və onlardan yararlanmaq üçün şücaətə ehtiyac yoxdur. Yaddan çıxarmayın ki, müttəfiqləriniz sizə inanırlar və onları pis vəziyyətdə qoymamağa çalışın.

Şəxsi həyatınızda da məyusluq üçün əsas yoxdur. Oğlaqlar yaxınları ilə qarşılıqlı anlaşmaya, gələcək planlar barədə razılığa gəlməyə, birgə fəaliyyəti sakitliklə müzakirə etməyə müvəffəq olacaqlar. Bir sözlə, nikbinlik üçün kifayət qədər əsas var.

Dolça - Əlverişli gündür. İşlərin öhdəsindən asanlıqla gəlirsiniz, çətin vəziyyətlərdə özünüzü lazım olduğu kimi aparırsınız. Bu gün anlaşa bilməyəcəniz adam, cavab tapa bilməyəcəyiniz sual yoxdur.

Ailə və dostlarla istənilən əyləncə tədbirlərini planlaşdıra bilərsiniz. Sevdiyiniz adamlara uğur gətirirsiniz, cazibəniz qarşısında isə yeni tanışlarınız laqeyd qala bilmirlər.

Balıqlar - Əlverişsiz gündür. Adi intuisiya aldadır. Ona görə də bürcün nümayəndələri baş verənləri dərk etməkdə çətinlik çəkirlər. Başqalarının emosiyaları sizi çaşdırır. Ətrafdakıların hərəkətləri məntiqsiz gəlir. Hərdən düşünürsünüz ki, insanlar özlərini məhz sizin ovqatınızı korlamaq üçün bu qədər qəribə aparırlar.

Həm təsadüfi tanışlar, həm də yaxınlarınızla incikliklər mümkündür. Təxribata asanlıqla uyursunuz. Kimsə sizi təsadüfən və ya bilərəkdən özünüzdən çıxardıqda səbr nümayiş etdirməyə cəhd göstərmirsiniz.


Geri dön

R_A_P_U_N_Z_E_L

  • 22 noyabr 2011 23:21
  • Məqalə: 36
  • Şərh: 2964
  • Bal:
tesekkurler xebere gore

.♣.Chrysalis.♣.

  • 22 noyabr 2011 22:29
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
Balıqlar - Əlverişsiz gündür. Adi intuisiya aldadır. Ona görə də bürcün nümayəndələri baş verənləri dərk etməkdə çətinlik çəkirlər. Başqalarının emosiyaları sizi çaşdırır. Ətrafdakıların hərəkətləri məntiqsiz gəlir. Hərdən düşünürsünüz ki, insanlar özlərini məhz sizin ovqatınızı korlamaq üçün bu qədər qəribə aparırlar.

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

jalicka..

  • 22 noyabr 2011 18:43
  • Məqalə: 0
  • Şərh: 92
  • Bal:
{awards}
twk

HaYaT_GuZeL

  • 22 noyabr 2011 17:55
  • Məqalə: 234
  • Şərh: 1854
  • Bal:
{awards}
Təşəkkürlər.Oxudum.İnşallah hər şey yaxşı olar winked

_SVETLANA_777_

  • 22 noyabr 2011 12:37
  • Məqalə: 109
  • Şərh: 1518
  • Bal:
{awards}
Əkizlər - Əgər komplimentlər və təriflərə qarşı xəsislik etməsəniz, gün yaxşı keçəcək. Sizdən tərif gözləyirlər və siz bu gözləntiləri doğrultmağa çalışmalısınız. Bu gün ətrafdakılar əhval-ruhiyyələrini “sizin hesabınıza” yüksəldirlər. Bu, o qədər də pis deyil. Həyat eşqiniz və nikbinliyiniz hamıya bəs edər.

tesekkurler bugun refiqemgilde olacam onun ehvalini yukseldecem duz cixdiyaaaa
[b][/b]

--------------------
<p></p>

BadZero

  • 22 noyabr 2011 11:32
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
Əkizlər - Əgər komplimentlər və təriflərə qarşı xəsislik etməsəniz, gün yaxşı keçəcək. Sizdən tərif gözləyirlər və siz bu gözləntiləri doğrultmağa çalışmalısınız. Bu gün ətrafdakılar əhval-ruhiyyələrini “sizin hesabınıza” yüksəldirlər. Bu, o qədər də pis deyil. Həyat eşqiniz və nikbinliyiniz hamıya bəs edər.

Cəsur layihələrdən qorxmayın. Uğursuzluq gözlənilmir. Ən pis halda gülünc vəziyyətə düşə bilərsiniz. Amma bu, ətrafdakıların sizə münasibətinə və nüfuzunuza heç bir təsir göstərməyəcək. Sizin üçün çox əziz olan adamla münasibətləri yoluna qoymaq şansı verəcək uğurlu təsadüf mümkündür. am

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

romantikim

  • 22 noyabr 2011 11:25
  • Məqalə: 27
  • Şərh: 604
  • Bal:
{awards}
belədaaa biraz

Ku-ku

  • 22 noyabr 2011 10:54
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}

Balıqlar - Əlverişsiz gündür. Adi intuisiya aldadır. Ona görə də bürcün nümayəndələri baş verənləri dərk etməkdə çətinlik çəkirlər. Başqalarının emosiyaları sizi çaşdırır. Ətrafdakıların hərəkətləri məntiqsiz gəlir. Hərdən düşünürsünüz ki, insanlar özlərini məhz sizin ovqatınızı korlamaq üçün bu qədər qəribə aparırlar.

Həm təsadüfi tanışlar, həm də yaxınlarınızla incikliklər mümkündür. Təxribata asanlıqla uyursunuz. Kimsə sizi təsadüfən və ya bilərəkdən özünüzdən çıxardıqda səbr nümayiş etdirməyə cəhd göstərmirsiniz.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 66
Cəmi: 87

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 54
Cəmi: 155
 
The Shield
Xəbərləri: 50
Cəmi: 310
 
Darling
Xəbərləri: 46
Cəmi: 933
 
aytc.sza
Xəbərləri: 37
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 18
Cəmi: 77
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 306
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}