Sevgiyəm

 
Sevgiyəm

“Hər kişi həyatında mütləq bir qadını ömür boyu sevər. Hər qadın bir kişiyə mütləq ömür boyu əzab çəkdirər.”
( P. Coelho )


Ad günündə ən gec səni təbrik edən mən olmuşdum. Sən isə o gün ilk təbriki məndən gözləyirdin. Bilə-bilə səni sonda təbrik etmək qərarına gəlmişdim. Axşam saat 11-də pəncərənin qabağına gəlmişdim. Hava yağmurlu idi. Sənə nə qədər zəng edirdim, amma sənsə zəngləri qarşılıqsız qoyurdun. Bilirdim ki, mənə çox hirslənmisən. Sonda “ Əgər telefonu götürməsən, pəncərənin şüşəsini sındıracağam ” yazıb mesajla sənə yolladım. Bilirdin ki, dedimsə edəcəyəm. Sən də məcbur olub zəngimə cavab verdin.
- Salam. Bağışla, bu gün səni təbrik etməmişəm. Bilirəm, elə düşünürsən ki, unutmuşam. Səncə mən bunu unudacaq qədər axmağam? - İnanmıram. Yalan danışma! Bilirsən, bu gün bütün günü gözüm telefonun ekranında olub. O qədər, təbrik gəlib ki, amma heç birini oxumamışam. Heç kimdən zəng qəbul etməmişəm. Ancaq səndən bir zəng, ya da bir mesaj gözləmişəm. Bilirsən nə qədər ağlamışam. Səhərdən otağı mdan çıxmamşam . . Mən islanmış pencəyimin cibindən biletlər çıxarıb , cavabında “Mənimlə Parisə getməyini istəyirəm ” dedim. Bu sözlərdən sonra necə təəccüblə mənə baxdın. Hələ də sifətindəki o qəribə mimika yaddaşımda ilişib qalıb. Sonra birdən yox oldun. Bir də baxdım ki, mənə tərəf gəlirsən. Ayaqyalın palçıqlı asfaltda mənə doğru addımlayırdın. Mən Parisi hədiyyə etmişdim o gün sənə. Sənsə yağışın damlaları altda isti bir öpüş bəxş etdin mənə. Sən Parisi çox sevirdin. Daim xəyallarımızda küçələrini gəzdiyimiz şəhər... Axı sənə demişdim. Bir gün səni ora aparacağam. Bir az pul yığmışdım. Dostlar sağ olsun. Bir az da onlar kömək etmişdilər. Evdəkiləri necə aldadacaqdıq bəs getməyimizə? Sonda “Bizi Fransaya dörd günlük universitetdən praktikaya göndərirlər.” deyib evdəkiləri getməyimizə razılıq versinlər deyə,
aldatmışdıq. Çətin olmuşdu onları aldatmaq. “Dörd günlük praktika olar” demişdilər. Sağ olsun müəlliməmiz. Kömək oldu bizə. Bir-birimizi necə sevdiyimizi bilirdi. Evdəkiləri inandıra bildik onun köməkliyi ilə. Və daim getmək arzusu ilə yaşadığımız sevgi şəhərciyimizə getmişdik. Sənlə keçirdiyim dörd gün... Parisin küçələrində əl-ələ gəzməyə çıxdığımız ilk gündə gəldiyimiz o kiçik kafe... Eyfelin yanında yerləşirdi. İçəriyə daxil olub, mənzərəsi o dəmir yığınına baxan masada oturduq. Sinatranın səsi kafeni bürümüşdü. Sonra qarson qramafona yaxınlaşdı və bir val qoydu. Mireille Mathieu... Une Historie D'Amour... Yadina gəlir, səsilə bizi valeh etmişdi. Rəqs etmişdik o balaca kafedə musiqinin sədaları altında. Hamı bizə baxırdı. Sənə heç vaxt o qədər yaxın hiss etməmişdim özümü. Həmişə qoxlamaqdan bezdiyim şanelinin ətri bu dəfə fərqli ahəng qatmışdı saçlarından qoxladığım isti nəfəsimə. Dodaqlarım alt dodağına toxunanda özümü qanadlanmış kimi hiss etmişdim. Divardan asılmış Dalinin “ Əriyən saatlar ” ilə yox olmuşdu zaman. Rəqsimizdən sonra masaya əyləşəndə bizə yaxınlaşan o qoca uzun saqqalı rəssam yadındadı? Rembranta bənzəyirdi. Biz rəqs edərkən ağ kağıza rəsmimizi çəkibmiş. Hələ də o rəsm otağımın divarında asılı durur. Sonunda imzasını da qoymuşdu: 1 novembre, 2004. Meilleurs voeux .. Musée d'Orsay. Yox belə bitmir dramlar. Belə bitmir gerçək sevgilər. Bitə də bilməz. Nə mənası olardı sevgilim ? Necə dərd otağına çevrilə bilərdik yaralı insanların, əgər belə axmaqlıqla bitsəydi bu hekayə, bu nağıl. Göydən üç alma düşsəydi sonda Sudanda aclıqdan torpaq yeyən üç yetimin başına. Baş-başa çəkdirdiyimiz evlilik fotosunun asıldığı divarın küncünə körpəmiz üçün beşik qoysaydıq. Səni böyüdüyün evdən, tərbiyədən, otaqdan qoparıb qəlbimə uzatsaydım bir cındır kağız parçası ilə. O kağızla sən arvad və mən ər olsaydım. Altı gün eşşək kimi işləyib, səbrsizliklə bazar gününü gözləyib, ailəvi dəniz kənarı parkdagəzintini planlaşdırsaydım. Sənin hər nüansını, bədənin hər qarışını əzbərləyib, istəklərini gözübağlı anlasaydım. İçkinin dadını ilk dəfə dodaqlarımda dadsaydın, axmaq kimi səbəbsiz, xöşbəxtlik bəhanəsi ilə gülsəydin, əlini bədənimə əzbərlətsəydin... Səni bütün rənglərdə, bütün mümkün dəyişikliklərdə görsəydim. Azadlığımı səndə əsrə çevirsəydim. Mənə olan sevgini doğduğun uşaqlarımızla möhürləsəydin. Bir, iki, üç, lap min, milyon dəfə sevişsəydik. Məcbur etsəydim özümü səni vərəqlərə tökməyə, hər obraz üçün səndən bir şey oğurlasaydım. Bişirə bildiyin bütün xörəkləri dəfələrcə yesəydim, bildiyin bütün bildiklərini səndən də yaxşı bilsəydim. Dodaqlarından çıxan sözlərdə olan həriflərin cingiltilərini qulağım o həriflərin düzüldüyü sözləri, dodaqdan çıxmamış anlayacaqdısa... Kipriklərinin, xallarının sayına qədər bilsəydim. Qohumlarını, sinif yoldaşlarını, rəfiqələrini, salam verdiyin hər kəsi tanısaydım. Parisdən sonra arzumuz Tibet, Bueynos Ayres, Qvatemala, Liberiya olsaydı və oralara da ayağımız dəysəydi. Hilton otellərdə qalıb, yüz illik şərablar içsəydik.

Nə mənası var idi sevgilim? Bizim hekayəmiz elə belə də bitdi. Əbədi vergül kimi...

Sevgiyəm


Geri dön

lubov

  • 23 noyabr 2011 11:42
  • Məqalə: 0
  • Şərh: 580
  • Bal:
love

_SVETLANA_777_

  • 22 noyabr 2011 23:48
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
tesekkurler

--------------------
<p></p>

R_A_P_U_N_Z_E_L

  • 22 noyabr 2011 23:01
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

FLY TIME

  • 22 noyabr 2011 20:36
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
xebere gore twkkkkkk maraqli idi.........

Gizli qonaq

  • 22 noyabr 2011 20:13
  • Məqalə: 0
  • Şərh: 84
  • Bal:
{awards}
wink wink wink

_TUNAR_MAMEDOV_

  • 22 noyabr 2011 19:13
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
Nə mənası var idi sevgilim? Bizim hekayəmiz elə belə də bitdi. Əbədi vergül kimi...


cooox gozel xeberdi,,,twk edrem muellife :((

--------------------

......ROMA......

  • 22 noyabr 2011 18:59
  • Məqalə: 4
  • Şərh: 329
  • Bal:
{awards}
twk xebere gore

--------------------
Sevdinsə kölgəyə dönüb hər zaman,
Sən onu hər yerdə izləyəcəksən.
Sevdinsə qəm içib dərd udacaqsan.
Onu unutmağı unudacaqsan.

BadZero

  • 22 noyabr 2011 18:29
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Oxudum... təşəkkür

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Music Star

  • 22 noyabr 2011 17:05
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
Tewekurler_________ Eziete gore

--------------------

.♣.Chrysalis.♣.

  • 22 noyabr 2011 16:56
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
BELE HEKAYELER OXUYANDA COX PIS OLURAM

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

... Deryam ...

  • 22 noyabr 2011 16:42
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Ele maraqnan oxudum ki,maraqli hekayeydi
maraqlidi goresen azeri sevgililerinin sevgi hekayesidi bu feel
Demeli butun sevgi hekayeleri ayriliqla bitir recourse

--------------------

SeL_cAn

  • 22 noyabr 2011 15:58
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}
Bizim hekayəmiz elə belə də bitdi.




--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

Ku-ku

  • 22 noyabr 2011 15:32
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Nə mənası var idi sevgilim? Bizim hekayəmiz elə belə də bitdi. Əbədi vergül kimi... recourse

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}