Hisslər adası

 
Hisslər adası

Uzaqlarda, okeanda bir ada var idi və bu adada insanın bütün hissləri və dəyərləri birlikdə yaşayırdı: Sevinc, Kədər, Müdriklik...və Məhəbbət də daxil olmaqla bütün qalan hisslər.

Bir dəfə məlum oldu ki, ada tezliklə su altında qalacaq. Buna görə bütün hisslər adanı tərk etdi, yalnız Məhəbbət son dəqiqəyə kimi gözlədi. Adada lap az quru hissəsi qalanda Məhəbbət də kömək istəməyə qərar verdi. Zənginlik dəbdəbəli qayıqla yaxınlıqda üzürdü və Məhəbbət ona səsləndi: “Zənginlik, məni özünlə götürə bilərsənmi?” Zənginlik cavab verdi: “Yox, götürə bilmərəm, mənim qayığımda çoxlu qızıl və gümüş var, sənə yer yoxdu.”
Sonra Məhəbbət gözəl qayıqda olan Qürurdan kömək istədi: “Qürur, sənə yalvarıram, məni də özünlə götür.” Qürur dedi: “Götürə bilmərəm, Məhəbbət, axı mənim qayığım çox gözəldir, sən onu korlaya bilərsən.”
O zaman Məhəbbət Kədərdən yardım istədi. Kədər cavabında dedi: “Ah, mən elə pisəm ki, indi gərək tək qalam.”
Sevinc də Məhəbbətin yanından üzüb keçdi, lakin onun əhvalı o qədər yaxşı idi ki, onu kiminsə çağırdığını heç eşitmədi də.
Birdən bir səs eşidildi: “Gedək, Məhəbbət, səni özümlə apararam.” Bu, bir qocanın səsi idi. Məhəbbət elə sevindi ki, qocanın adını soruşmağı unutdu. Sahilə çatanda qoca qeyb oldu. Məhəbbət bu qocaya nə dərəcədə borclu olduğunu başa düşürdü, Bilikdən soruşdu ki, o qoca kim idi. Bilik cavab verdi: “O, zaman idi”. “Zaman?”, - Məhəbbət təəccübləndi, - “bəs niyə mənə məhz Zaman kömək etdi?” Bilik müdrikliklə cavab verdi: “Çünki yalnız Zaman həyatda Məhəbbətin nə qədər vacib olduğunu başa düşə bilər”...

P.S. İnsanlar məhəbbətin dəyərini yalnız zaman keçdikdən sonra anlayırlar, təəssüf ki, çox vaxt lap gec olur. Oysa, həyatımızda ən vacib olan elə sevgidir, ətrafdakı hər şeyə, hər kəsə qarşı sevgi. Unutmayaq ki, Uca Rəbbimiz (c.c.) Yer kürəsini Məhəmməd peyğəmbərin (s.a.v.s.), ən kamil Adəm oğlunun eşqinə yaratmışdır...

Hisslər adası


Geri dön

FLY TIME

  • 23 noyabr 2011 15:40
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
fulun fuludur......xebere gore twk........

R_A_P_U_N_Z_E_L

  • 22 noyabr 2011 23:08
  • Məqalə: 36
  • Şərh: 2964
  • Bal:
{awards}
tesekkurler xebere gore

Gizli qonaq

  • 22 noyabr 2011 20:13
  • Məqalə: 0
  • Şərh: 84
  • Bal:
{awards}
winked winked

_TUNAR_MAMEDOV_

  • 22 noyabr 2011 19:35
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
maraqli xeberdi..muellife twkler..

--------------------

BadZero

  • 22 noyabr 2011 18:34
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
hmmm təşəkkürlər

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

.♣.Chrysalis.♣.

  • 22 noyabr 2011 17:14
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
İnsanlar məhəbbətin dəyərini yalnız zaman keçdikdən sonra anlayırlar,

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

GlamouR_

  • 22 noyabr 2011 14:52
  • Məqalə: 189
  • Şərh: 3255
  • Bal:
{awards}
MARAQLI IDI DEYESEN OXUMUWDUM :)

--------------------

angel angel

  • 22 noyabr 2011 14:48
  • Məqalə: 1
  • Şərh: 365
  • Bal:
{awards}
tewekkurler eladi

Ku-ku

  • 22 noyabr 2011 14:46
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
tewekurler winked

--------------------

Music Star

  • 22 noyabr 2011 14:18
  • Məqalə: 107
  • Şərh: 3136
  • Bal:
{awards}
Təşəkkür baciŞka

--------------------

Leyla_Memmedova

  • 22 noyabr 2011 14:11
  • Məqalə: 17
  • Şərh: 446
  • Bal:
{awards}
tewekkurler eladi

--------------------
MənƏ SöZ AtanA MəN GüL AtıraM...AmmA MƏZARINA...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 28
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 548
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}