Həzrət Rəsuli-Əkrəmdən (s) hikmətli kəlamlar

 
  • 10.10.2010, 18:55
  • Bölmə: İslam
  • Müəllif: Ulya
Həzrət Rəsuli-Əkrəmdən (s) hikmətli kəlamlar

Qur`an (bəşəriyyətin dərdinə) dərmandır. Dua ibadətin həqiqətidir. Borc zillətdir. Tədbir həyatın yarısıdır.

İnsanlarla xoş davranmaq əqlin yarısıdır. Qüssə qocalığın yarısıdır. Yaxşı sual soruşmaq elmin yarısıdır. Ailənin azlığı sərvət deməkdir. Salam vermək danışıqdan qabaqdır.

Süd xasiyyəti dəyişər. Bərəkət qocalardadır. Hər bir işin dəyəri (yaxşı və ya pis olması) onun axırından asılıdır. Dinin me`yarı pəhrizkarlıqdır (günahdan çəkinməkdir). Allahdan qorxmaq ən üstün hikmətdir.

Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir. İmkan olduğu halda borcu qaytarmamaq zülmdür. İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.) Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür. Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir.

Oruc (cəhənnəm odu qarşısında) sipərdir. Mülayim və xoşrəftar olmaq bütün hikmətlərin ən üstünüdür. Hikmət həkimlərin (hikmət sahiblərinin) itkisidir. Xoşrəftar olmaq ən gözəl xasiyyətdir. Cavanlıq dəliliyin bir hissəsidir.

Qadınlar şeytanın tələləridir. Şərab bütün günahların başıdır. Zina yoxsulluğa səbəb olar. Gözün zinası baxmaqladır. Qızdırma (hərarət) mö`minin cəhənnəmdən olan payıdır.

Qənaət (qane olmaq) mümkün olmayan bütün işlərin sərmayəsidir. Əmanətdarlıq ruzi gətirər. Xəyanət fəqirlik gətirər. Sübh çağı yatmaq ruzini kəsər. Əmmamə mələklərin tacıdır.

Həya başdan ayağa xeyirdir. Həyanın xeyirdən başqa səmərəsi yoxdur. Məscid pəhrizkarların evidir. Elmin afəti (onu zərərə uğradacağı şey) unutqanlıqdır. Sözün (danışmağın) afəti yalandır.

Ağılın afəti səfehlikdir. İbadətin afəti süstlükdür. Şücaətin afəti zülm etməkdir. Səxavətin afəti minnət qoymaqdır. Gözəlliyin afəti özünübəyənmə və təkəbbürdür.

Həsəb-nəsəbin (əsil-nəcabətin) afəti iftixar etməkdir. Dinin afəti nəfs istəklərinə tabe olmaqdır. Xoşbəxt odur ki, başqalarının başına gələnlərdən ibrət alsın. Günahın kəffarəsi peşman olmaqdır. Cümə namazı kasıbların (yaxud həccə getməyə imkanı olmayanların) həccidir.

Həcc hər bir imkansızın cihadıdır. Halal mal qazanmaq cihaddır. Elmi gizlətmək caiz deyil (yolverilməzdir.) Hazır (şahid) müşahidə edənləri qaib (qeyri-şahid) görmür. Xeyir işə vasitə olan və onun baş tutmasına səbəb olan şəxs, xeyri yerinə yetirən kimidir.

Hər bir yaxşı iş sədəqədir. İnsanlarla xoş davranmaq sədəqədir. Xoş söz sədəqədir. Abır-həyanın qorunması üçün sərf olunan hər bir şey sədəqə savabına malikdir. Qohuma sədəqə vermək həm sədəqədir, həm də sileyi-rəhm (qohum-əqrəbanı yoluxmaq.)

Sədəqə pis ölümün qarşısını alar. Gizli sədəqə Allahın qəzəbini söndürər. Sileyi-rəhm ömrü uzadar. Yaxşı işlər pis ölümlərin qarşısını alar. Sədəqə, su odu söndürdüyü kimi əzab atəşini söndürər.

Hər kəs sədəqə verməkdə həddini aşsa, sədəqəni qadağan edən şəxs kimidir. Tövbə edən günah etməyənlə bərabərdir. Zülm qiyamətin qaranlığıdır. Gülmək qəlbi öldürər. Susuzluqdan ciyəri yanan hər bir kəsə su verməyin (Allah yanında) mükafatı var.

Əməl sahibi olan alimlər camaat arasında Allahın e`tibar etdiyi şəxslərdir. Behişt səxavətlilərin evidir. Behişt qılıncın kölgəsi altındadır. Behişt anaların ayaqları altındadır.



Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:31
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

nilayka

  • 20 fevral 2011 18:56
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Tewekkurler gozel xebere gore....ALLAH RAZI OLSUN...!!!

--------------------

Ulya

  • 13 oktyabr 2010 15:43
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
love

sevgi yalandir

  • 12 oktyabr 2010 15:38
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler allah razi olsun winked

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Grace_Angel

  • 10 oktyabr 2010 20:29
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler gozel xebere gore....ALLAH RAZI OLSUN...!!!

--------------------

sevgi_meleyim

  • 10 oktyabr 2010 19:25
  • Məqalə: 4
  • Şərh: 107
  • Bal:
{awards}
Allah razi olsun. gozel xebere gore. Yazan elleriniz yorulmasin InsaAllah.AMin

--------------------
Bezi insanlarin Allahi subut etmek istemelerine teeccublenirem. Allahin varligi sabitdir. Sen qullugunla subut etmeye chalish!

Azeri_Gozeli

  • 10 oktyabr 2010 19:03
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun coox sag ol

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}