Tövbə Qapısı

 
Tövbə Qapısı

Tövbə nədir?

Edilən səhvlərdən peşmanlıq duymaq və bir daha eyni səhvləri işləməmək şərtilə edilən əməl tövbə adlanır. Qiyamət günü etdikləri qarşısında Allahım! Bilmirdim, cahillik etdim, şeytanın vəsvəsəsinə uydum bir şey edə bilmədim deyən kəslərə
«Tövbə qapısı sənin üçün açıq deyildimi?! Ya da tövbə şərtləri o qədər çətin idi ki, onu yerinə yetirəcək fürsətin olmadı? deyiləcək»
Tövbə etmək vacibdirmi?
Bütün alimlər tövbənin vacib olduğu qənaətindədirlər. Böyük-kiçik olmasından asılı olmayaraq bütün günahlar edildikdə tövbə edilməlidir. Əqli cəhətdən də tövbə vacibdir. Belə ki, əqlən gələcək zərəri dəf etmək lazımdır. Tövbə də zərərləri dəf edən önəmli bir vasitədir. Bir sözlə Allahın bizə olan mərhəmətinin bir göstəricisidir.

Tövbənin 5 şərti

1- Keçmiş günahlar üçün peşman olmaq:
(buyurulur ki, mömin o şəxsdir ki etdiyi yaxşı əməlləri unutsun, heçnə etməmiş
kimi çoxlu savab işləsin, mömin o şəxsdir ki, etdiyi günahları
heç vaxt yadından çıxartmasın, özü üçün bağışlanma diləsin)

2- Bir daha eyni günahları etməmək:

3- Allaha yetişmək, qul haqqında özündə bir şey olmadığı
halda qovuşmaq üçün yaradılmışların haqqlarını özlərinə vermək:

4- Sənə vacib olan bütün əmrləri yerinə yetirməyə niyyət etmək

5- Bədəninə əvvəlcə günah
daddırdığın kimi ibadət zəhmətini də daddırmaq:

Yuxarıda sayılan şərtlər çox-çox vacibli deyil, yəni sadəcə oturduğunuz yerdə də
bunları etməyib tövbə edə bilərsiniz. Sadəcə yuxarıdakı şərtlər imanın möhkəmlənməsini təmin edir.

Nəsuh tövbəsi:
Nəsuh tövbə, Allah üçün edilən ixlas və təmiz bir tövbədir. Qul, Allahın əmrlərinə qarşı çıxdığı üçün peşmanlıq duymuş və tövbə etmişdir. Dini əksikliklərin aradan qaldırılması və ya kompensasiya edilməsini təmin edərək Allahın sevdiyi qulları arasına girməyə nəsuh tövbə deyilir. Nəsuh tövbə sahibinin bir sifəti olmalıdır. Yəni tövbəsi ona məsləhətçi olmalı, bütün günahlarını yox etməli, yaxşılıqlarını artırmalıdır. Belə bir tövbəyə nəsuh tövbə deyilir.

Tövbənin fəziləti:

1- Allahın adlarından biri Təvvabdır:
Tövbə Allah yanında qiymətli bir əməldir. Necə ki, Rəbbimiz, bu mövzuda belə buyurur: "(Nəhayət) Adəm Rəbbindən (bəzi kəlmələr) öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğurdan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir!". Allah günahından tövbə edənləri təmiz və pak olanları sevər. İmam Sadiq (ə) buyurur: "İtirdiyiniz bir şeyi tapdığınızda necə sevinirsinizsə, Allah da mömin bir qulu tövbə etdiyində elə sevinər"

2- Tövbə günahları yaxşılığa çevirər:
Tövbəylə Rəbbinə dönən, qaranlıqların üstünü hidayət nuruyla örtən və şeytanın əsarətindən xilas olan bir kimsə, Allah tərəfindən keçmiş günahların bağışlanılması və işlənən günahlar yerinə yaxşı əməllərin yazılmasıyla mükafatlandırılar.
Qur´ani-Kərim-də bu haqda deyilir: "Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. "

3- Tövbəkar mələklərin duasını qazanar:
Bu mövzu Qur´ani-Kərim-də belə bildirilmişdir: Ərşi daşıyanlar və onun ətrafında olan mələklər öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona qəlbən inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: Ey Rəbbimiz! Sənin elmin hər şeyi ehtva etmişdir. Artıq tövbə edib, Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!

4- Tövbə edən cənnətlikdir:
Qur´ani-Kərim-də buyurulur: O, müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb tövbə edərək günahlarının bağışlanmasını istəyərlər. Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!

5- Tövbə ruzini bollaşdırar:
Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tovbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonuna kimi) sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə əməlinin mükafatını ehsan buyursun. Əgər imandan, mənim dəvətimdən, öyüd-nəsihətimdən üz döndərsəniz, bilin ki, Mən müsibəti böyük günün, qiyamət gününün sizə üz verəcək əzabından qorxuram.

6- Tövbəni pozmaq:
Tövbə edən və əhdini pozan bir kimsə təkrar günah işlərsə, əvvəlki tövbəsi pozular, amma tövbənin təsiri yox olmaz. Buna görə yeni edilmiş bir günah üçün yenidən tövbə etməsi lazımdır. Amma daha əvvəl edilən günahlar üçün tövbə edilmiş və pozulmuşsa, yenidən tövbə etmək lazım olmaz.

7- Tövbə qapısı son ana qədər açıqdır:
Rəsuli-Əkrəm (s) bu mövzu haqqında belə buyurur: Kim ölümündən bir il əvvəl tövbə etsə, Allah tövbəsini qəbul edər; bir il çoxdur deyirsinizsə kim ölümündən bir ay əvvəl tövbə etsə, Allah tövbəsini qəbul edər; bir ay da çoxdur deyirsinizsə kim ölümündən bir həftə əvvəl tövbə etsə, Allah tövbəsini qəbul edər; bir həftə çoxdur deyirsinizsə kim ölümündən bir gün əvvəl tövbə etsə, Allah tövbəsini qəbul edər və əgər bir gün də çoxdur deyirsinizsə kim ölüm mələyini görmədən əvvəl tövbə etsə, Allah tövbəsini qəbul edər. Allamə Məclisi bu hədis haqqında belə bir şərh etməkdədir: Adı çəkilən hədisdə tövbənin qəbulu və kamal mərtəbələri mövzu edilmişdir. Çünki günahın daxildə meydana gətirdiyi qaranlıqları aradan qaldırmaq və onu yaxşılıq-yalvarışla işıqlandırmaq üçün ən azı bir il kimi bir zaman lazımdır. Əgər bir illik bir zaman yoxsa heç olmasa bir ayın, o da mümkün deyilsə, bir həftənin kafi ola biləcəyi vurğulanmaqdadır.

Qeybətdən ötəri tövbə:
Qeybət, Allahın əmrlərinə qarşı gəlməkdən artıq qul haqqını da pozur. Qeybətdən ötəri tövbə etmək istəyən bir kimsə Allahdan bağışlanma diləməklə birlikdə qeybətini etdiyi şəxsdən də halallıq almalıdır. Əks halda halallıq alınmasa, tövbənin heç bir əhəmiyyəti, mənası yoxdur.

Şəxsə görə tövbə:
Tövbə, səbəbə görə 4 hissəyə ayrıldığı kimi, şəxsə görə də 4 hissəyə ayrılmqdadır.
1. Kafirin tövbəsi
2. Müsəlmanın tövbəsi
3. Möminin tövbəsi
4. Övliya və ənbiyanın tövbəsi

Tövbəylə birlikdə edilməsi lazımlı olan əməllər:
1) 3 gün oruc tutmaq:
Bu mövzuda İmam Sadiq (ə) belə buyurur: Allahın əmr etdiyi nəsuh tövbə üçün çərşənbə, cümə axşamı və cümə günləri oruc tut!

2) Tövbə qüslu və səcdə:
Rəsuli-Əkrəm (s) tövbə etmək istəyən biri üçün belə buyurdu: İstər böyük, istər kiçik olsun, kim nə günah edərsə etsin, peşman olub tövbə edən kimsənin tövbəsini Allah mütləq qəbul edər. Sonra yanındakı şəxsə dönərək belə davam etdi. İndi qalx, qüsl al və Allah üçün səcdə et!

3) Namaz qılmaq:
İmam Sadiq (ə) belə buyurmaqdadır: Kim günah edərsə dərhal qalxıb dəstəmaz alsın, iki rükət namaz qılsın və Allahdan bağışlanma diləsin. Beləcə Allah tövbənizi qəbul edər. Çünki Allah belə buyurur: Kim pis iş edər ya da nəfsinə zülm edər, sonra da istiğfar etsə, Allahın bağışlayan olduğunu görər!

4) Tövbə və istiğfar duaları oxumaq:
Məsumlardan (ə) əlimizə çatan tövbə və istiğfar dualarını oxumaq
əhəmiyyətlə tövsiyə edilməkdədir. Tövsiyə edilən başlıca dualar bunlardır.

a) Səhifeyi-Səccadiyyə-31-ci dua

b) Münacati-Xəmsə Əşr. Bu duanın xüsusilə birinci duası
" Tövbəkarların Duası " adıyla bilinməkdədir.

c) Əbu Həmzə Somali duası

d) Kumeyl duası

e) Münacati-İmam Əli

Bu duaları oxuyarkən bəzi mövzulara da diqqət edilməlidir:

Oxunan duaların mənalarına diqqət yetirmək və duanı anlayaraq oxumaq.
Duaları sakit bir mühitdə və kimsənin narahat etməyəcəyi bir yerdə oxumaq. Çünki insan bəzən içindəkiləri Allaha çatdırmaq və ağlamaq istəyə bilər. Başqa sözlə sıxlıq yerlər bunun üçün uyğun deyil.

Duanı tez bitirmək yerinə onu anlamağa və idrak etməyə çalışmaq. Yəni duann hamısını oxumaq narahatlığa səbəb olacaqsa, qalan qismi sonra oxunmalıdır.
Duada, cümlələri qənimət bilmək və üzərindən dərhal keçməmək. Daha açıq bir bəyanla edilənlər qarşısında peşmanlığı artıran və insanı ağladan cümlələr təkrar edilməli, daha çox ağlanılmalıdır. Çünki sözlər ürəyin açarı ola bilər.
İnşallah yazdıqların kiminsə köməyinə çatmışdır. Mətndəki hər hansı səhvə-qüsura görə bağışlayın. Hər halda hər şeyin düzgünlüyün Tanrı bilər. Bilmədən etdiyim və etdiyimiz günahlara görə İnşallah Allah bizi bağışlayar.

AMİN !!!


Geri dön

_TUNAR_MAMEDOV_

  • 23 noyabr 2011 11:46
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
ALLAH RAZI OLSUN DEYERLI YAZIUCUN..

--------------------

Ku-ku

  • 23 noyabr 2011 10:07
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Legend_Ka

  • 23 noyabr 2011 01:06
  • Məqalə: 2
  • Şərh: 31
  • Bal:
{awards}
Coox maraqli xeber idi

--------------------
Сколько можно искать тебя
Сколько можно терять тебя
Губы кусать, самой себе не доверять

.::BaBy_FaCe_WiSe::.

  • 22 noyabr 2011 23:49
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
tewekkurler oxudum maraqli ve deyerli movzudur=)

--------------------

... Deryam ...

  • 22 noyabr 2011 23:12
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Dəyərli və lazımlı xəbərdi .Allah razı olsun

--------------------

ASMIYA

  • 22 noyabr 2011 22:57
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
VAR OLASAN ~GAMZE~ BU CUR MARAQLI YAZI VERDIYIN UCUN. smile

RABBIM HER KESE SIDQ UREKLE VE GEC OLMAMIS recourse TOVBE QAPISINA UZ TUTMAGI NASIB EYLESIN INSA ALLAH. AMIN.

MINNETDARAM.

--------------------


_SVETLANA_777_

  • 22 noyabr 2011 22:30
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
supeeeeeeer ellerine salik

--------------------
<p></p>

R_A_P_U_N_Z_E_L

  • 22 noyabr 2011 22:27
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

BadZero

  • 22 noyabr 2011 21:58
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Bu haqda məlumatım vardı.. Təşəkkürlər Allah razı olsun

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

FLY TIME

  • 22 noyabr 2011 21:57
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
ALLAH razi olsun! twklar

.♣.Chrysalis.♣.

  • 22 noyabr 2011 21:49
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
COX MARAQLI IDI TWK ALLAH RAZI OLSUN

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

wiki

  • 22 noyabr 2011 21:19
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler,Allah razi olsun

_nurlana_

  • 22 noyabr 2011 21:01
  • Məqalə: 0
  • Şərh: 114
  • Bal:
{awards}
canim coooooooooxx sago0l hamisini oxudum axira kimi bunlari bilmek heqiqeten gozeldi allah razi olsun senden

ANGELS

  • 22 noyabr 2011 20:56
  • Məqalə: 0
  • Şərh: 400
  • Bal:
{awards}
ilk serh menden xebere qore tesekkur

--------------------
yeni il
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 40
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}