Ateist və Materialist alimlərdən etiraflar

 
Ateist və Materialist alimlərdən etiraflar

Əslində, həyatın üstün ağıl sahibi bir varlıq tərəfindən meydana gətirildiyi o qədər açıqdır ki. İnsan bu həqiqətin niyə hamı tərəfindən qəbul edilmədiyini düşünür. Bunun (Allahın var olmasının inkar edilməsi) səbəbi elmi deyil psixolojidir. Prof. Sir Fred Hoyle Chandra Wickramasinghe, Evolution from Space, s.13
bir zamanlar Materializmi və Darvinizmi müdafiə edən bu alim kainatın yoxdan yaradıldığını sübut edən Big-Bang nəzəriyyəsinə qarşı "Sabit Durum" nəzəriyyəsinin ortaya atmışdı. Və kainatın sonsuzdan bəri var olduğunu sonsuza qədər də var olacağını, hətta kainatdakı bütün həssas tarazlıqların və mükəmməlliklərin "Təsadüflər nəticəsində" yarandığını müdafiə edirdi. Ancaq daha sonralar oxuduğunuz bu sözləri etiraf edir. Heç nəyin təsadüflər nəticəsində yarana bilməyəcəyini bu şəkildə ifadə edir. Bütün kainatı örtən bir metal yığını olduğunu fərz edin. Və bu dəmir yığınının içində Boeing 747-yə aid parçalar və elektrik materialları qarışıq və bir-birindən əlaqəsiz ,ayrı şəkildə olsun. Bu dəmir-dümür yığını bir qasırğaya tüş gəlsin. Bu qasırğanın ardından bütün parçaları bir yerə gəlmiş uçuşa hazır bir Boeing 747 yarana bilərmi? (Fred Hoyle, The Intelligent Universe, Dorling Kindersley Limited, 1983, s. 19) Bunun cavabı təbii ki YOX olacaq. Bəs 15 milyard il bundan əvvəl olan bir partlayışdan "MƏN" dediyimiz varlıq təsadüfən yarana bilərmi?

Ateizmin coğrafiyası

Avropa statistika orqanı (Avrostat) tərəfindən 2005-ci ildə aparılmış ən sonuncu sorğuya (Avrobarometr 2005) əsasən Avropa Birliyi vətəndaşlarının 53%-i Allaha, 27%-i isə ruh və digər fövqəl qüvvələrə inanır. 18% əhali bunlardan heç birinin mövcud olmadığını iddia edir.
Tarix boyu və elə yaşadığımız indiki əsrdə də dindarlar, say baxımdan dinsizlərdən az olmuş və ümumiyyətlə deyə bilərik ki, həmişə hər hansı bir İlahi dinin tərəfdarları, onun müxaliflərindən azlığı təşkil vermişdir. Ümumiyyətlə həm keçmiş zamanlarda, həm də indiki əsrdə insanların çoxunun dinsizliyə yönəlməsinin əsas amilləri aşağıdakılardan ibarətdir:

*1. Məsuliyyətdən boyun qaçırmaq:

Məsuliyyətdən boyun qaçırmaq, rahatlığı sevmək və mütləq şəkildə azad olmaq kimi istəklər dinsizliyə səbəb olan ruhi amillərdən biri sayılır. Təbiidir ki, hər növ məsuliyyət və mükəlləfiyyətdən boyun qaçırıb, özünün dəyərsiz və alçaq istəklərinin ardınca olan şəxslər, bir sıra məhdudiyyətlərdən üz döndərib, onunla mübarizəyə qalxmaq və dindar olmaq əvəzinə, Allahı inkar edib dinsizlər cərkəsinə qoşulacaqdır. Çünki dindar olmaq, həqiqətdə öz istəklərini İlahi şəriət çərçivəsinə salmaq və bir sıra dini hökm və təkliflərə əməl etməyi tələb edir ki, bu cür hökmlərə əməl etmək isə öz coşğun ehtiraslarının ardınca olanlar üçün çətin və xoşagəlməz bir işdir.
Müqəddəs Quranda sözü gedən bir sıra İlahi Peyğəmbərlərin (ə) Firon və Nəmrud kimi zalımlar tərəfindən inkar edilməsinin əsas səbəbi də məhz onların İlahi məsuliyyətlərdən boyun qaçırması və İlahi şəriətlərin onların istəklərini (mənafeyi və maraqlarını) müəyyən çərçivəyə salmasından irəli gəlirdi.

* 2. Qeyri-həqiqi din xadimləri

Dinsizliyə tərəf yönəlmənin digər əsaslı amillərindən biri də, savad və mərifətdən uzaq düşmüş bir sıra üzdəniraq şəxslərin din xadimi və müsəlman adı altında dini ləkəməsindən ibarətdir. Mənfi olan belə bir ictimai şəraitin canlı nümunəsini, 16-cı əsrdə Almaniyalı Martin Luterin rəhbərliyi altında baş vermiş qiyamda müşahidə etmək olar. "Ranesans" (yeni doğuluş) adlanan bu dövranda xristianlar kilsə rəhbərlərinin bir çox sahələrdə yaratdıqları nalayiq işləri görüb, dindən üz döndərdilər və Martin Luterin ideyalarına tabe olub, onun qondardığı «Pratestant» məzhəbinə iman gətirdilər. Bu isə Xristianlıq dininə vurulan ən böyük bir zərbə idi.
Bu kimi şəxslər, İlahi dini xalq kütlələri nəzərində gözdən salmaqdan əlavə, müqəddəs dini öz bildikləri, özlərinin bəyəndikləri və öz maraqlarınına uyğun şəkildə izah edir və bununla da xalq kütlələrinin dinsizliyə tərəf yönəlməsinə şərait yaradırlar. Əhli-beytdən (ə) nəql olunmuş hədislərə əsasən, bu kimi alimlərin ümumi xalq kütləsinin dininə vurduğu ziyan, Yezid ibn Müaviyənin İslam dinə vurduğu ziyandan çoxdur.

* 3. Cavabsız suallar və iradlar

İnsanları dinsizliyə çəkən amillərdən biri də, insan zehnində vücuda gəlmiş cavabsız şübhələr və başqalarından eşitdiyi yalnış əqidələrdir. Bəzi vaxtlar təbii olaraq insanın qarşısında bir sıra suallar yaranır və o, bu suallara cavab tapmaq üçün mütəxəssis olmayan və yaxud zahirdə ruhani olub, həqiqətdə isə heç bir dini təhsilə malik olmayan şəxslərə müraciət edir. Nəticədə öz suallarına doğru, düzgün və məntiqi cavab ala bilməyən şəxs, müraciət etdiyi şəxsi deyil, ilahi dini nöqsanlı hesab edir və bununla da öz batinində dinə qarşı ikrah hissi yarandığını duyur.

* 4. Din və məzhəbdə qondarılmış bir sıra xurafatlar

Dinsizliyə tərəf yönəlmənin digər əsaslı amillərindən biri də, savadsız və nadan dostlar və ya qərəzli düşmənlər tərəfindən din və məzhəbdə qondarılmış xurafatlardan ibarətdir. Buna misal olaraq, İmam Hüseyn (ə) adına qurulan əzadarlıq məclislərdə baş yarmaq və digər bir sıra səviyyəsiz əməlləri qeyd etmək olar. Bu kimi işlər də çox vaxtlar ümumi xalq kütlələrinin din və məzhəbdən uzaqlaşması ilə nəticələnir.

* 5. Düzgün dini təbliğatın olmaması İnsanları dinsizliyə çəkən amillərdən biri də, xalq kütlələri arasında düzgün dini təbliğatın olmamasıdır. Belə ki, düzgün dini təbliğatın olmaması, xalqın dinə qarşı cəhaləti və nəticədə dinsizliyə yönəlməsinə gətirib, çıxarır. Bir çox insanların İlahi dindən üz döndərməsinin əsas səbəblərindən biri də onların dini tanımamasından irəli gəlir.

* 6. Cəmiyyətin mənfi təsiri

Dinsizliyə tərəf yönəlmənin digər amillərindən biri də, cəmiyyətin mənfi təsirindən ibarətdir. Cünki cəmiyyətdə hakim olan əhval-ruhiyyənin o cəmiyyətdə yaşayan hər bir fərdə böyük təsiri ola bilər. Məsələn bu barədə oğruluq geniş yayılan bir cəmiyyətdə, o cəmiyyət üzvlərinin də get-gedə oğruluğa tərəf meyilli olmasını qeyd etmək olar.

* 7. Günahkarlıq İnsanları dinsizliyə çəkən amillərdən biri də, günahkarlıqdır.

Əlbəttə bu söz daha çox müqəddəs din ilə taniş olanlar və habelə dindarlara aiddir. Bu isə hәr bir insan üçün çox tәhlükәli vә qürurlu bir vәziyyәt sayılır. Belә ki, müqәddәs İslam şәriәtindә vacib olan әmәllәri tәrk etmәk vә ya haram (qadağan) olunmuş әmәllәri yerinә yetirmәk, günah vә günahkarlıq hökmündәdir. Günahkarlıq, tәdricәn hәr bir müsәlman vә mömin şәxsi müqәddәs islam şәriәti qarşısında mәsuliyyәtsiz vә sәhlәnkar bir fәrdә çevirir. Nәticә etibarilә dinsizlik vә habelә ilahi vә dini hәqiqәtlәri inkar etmәyә tәrәf sürüklәyir. Qeyd etmәk lazımdır ki, günahkarlıq vә ilahi nişanәlәri inkar etmәk arasında sıx әlaqә mövcuddur. Allah-taala müqəddəs Quranda buyurur: "Daha sonra günahkarların aqibәti, ilahi nişanәlәri inkar etmәk vә onları ələ salmaq oldu.” (Müqәddәs Quran, Rum surәsi, 30/10)


Geri dön

Ulya

  • 22 oktyabr 2010 11:26
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox sagol maraqli yaziya gore

Azeri_Gozeli

  • 21 oktyabr 2010 17:24
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

AnCeLaS

  • 20 oktyabr 2010 19:03
  • Məqalə: 0
  • Şərh: 36
  • Bal:
{awards}
Maraqlidi tewekkurler...xebere gore... wink

--------------------

sevgi yalandir

  • 20 oktyabr 2010 18:52
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 23
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 545
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}