Lətifələr

 
Lətifələr

Parkda skamyada oğlan və qız oturub söhbət edirlər.
Qız: - Oy, nəsə boynumda bir ağrı var.. Oğlan qızın boynuna sığal çəkir. -Aaa, nə yaxşı oldu, ağrı kəsdi. Bir az keçdikdən sonra qız: - Nəsə, başım da ağrıyır.. Oğlan qızın başına da sığal çəkir. -Aaa, yenə də ağrı kəsdi.
Qonşu skamyadakı qoca nənə: -Oğlum, sən yel xəstəliyini də müalicə edə bilirsənmi?

Lətifələr

Gecə bir nəfər avtomobillə evə gedərkən yolda avtomobilinin təkəri boşalır. O düşüb təkəri deyişməyə başlayır. Yoldan keçən biri soruşur:
- Sən orda neyləyirsən?
- Təkəri çıxardıram. Həmin adam maşının qabaq şüşəsini daşla sındırıb deyir:
- Mən də maqnitafonu götürüm.
Təyyarədən tullanan paraşütçünün paraşütü açılmır. O göydə yuxarı istiqamətdə uçan bir nəfəri görüb soruşur:
- Mən aerodroma düşə bilərəm?
- Bilmirəm, mən barıt anbarından gəlirəm..

Lətifələr

Həkim:
- Ayaqlarınız qaydasındadır. Onlar ona görə qaradır ki, yəqin siz onları çoxdandır, yumursunuz.
Pasiyent:
- Çox sağ olun, həkim. Bu sözləri mənə rayondakı həkim də dedi. Sadəcə qəti addım atmamışdan əvvəl istədim ki, bir paytaxt mütəxəssisləri ilə də məsləhətləşim.

Lətifələr

İlin axırı kişi deklarasiyanı vergi müfəttişliyinə aparmağa hazırlaşır. Fikirləşir ki, "Çirkli paltar geyinsəm fikirləşəcəklər ki, səhərdən axşama qədər işləyir, deməli pulu çoxdur. Kostyum geyinsəm - pulu yenə çoxdur". Arvadı ilə məsləhətləşir.
Arvadı isə ona:
- Gəl mən sənə bir hadisə danışım. Mən sənə ərə gələndə birinci toy günü anamdan nə geyinməmi soruşduqda anam belə cavab verdi: "hansını geyinirsən, geyin - onsuz da ..."

Lətifələr

Əkiz qardaşlar hərbi komissarlıqda tibbi müayinədən keçirlər.
Birinci çıxır, ikinci ondan soruşur:
-Hə nə oldu?
-Götürmədilər.
-Onda sən mənim əvəzimə bir də gir.
Bir neçə dəqiqədən sonra o çıxır. Qardaşı ondan soruşur:
-Hə nə oldu?
-Səni götürdülər.

Lətifələr

- Biz sizə birinci ay 100 manat maaş verəcəyik. Sonrakı aylarda isə maaşınız tədricən artacaq.
- Onda yaxşısı budur, mən sonra gəlim.

Lətifələr

Komandir, kursant Bobidən soruşur: - Nə üçün sırada olanda döyüşçüyə siqaret çəkmək olmaz?
- Bilmirəm!
- Bəs sırada olanda nə üçün araq içmək olmaz?
- Bilmirəm!
- Yaxşı, sırada qadınla sevişməyin nə üçün qadağan olunduğunu bilirsənmi?
- Bilirəm!
- Hə, de görüm nə üçün?
- Çünki onda sıra da növbəyə dayanacaq.

Lətifələr

Əsgərlərdən biri təngənəfəs zabitin yanına gələrək:
- Arvadın sənin yanına gəlib, - deyir.
- "Sənin" yox, "sizin", - zabit əsgərin səhvini düzəldir.
Əsgər:
- Yox, bizim yanımıza dünən gəlmişdi, bu gün sənin yanına gəlib..

Lətifələr

Molla Nəsrəddindən bir gün soruşurlar ki:
- Molla, ölü aparanda tabutun qabağında olmaq yaxşıdır, ya dalında?
Molla deyir:
- Özünüz bilərsiniz. Harasında olursunuz olun, içində olmayın.

Lətifələr

Bir qadın fikirli bir alimə şikayətlənir ki, uşağı olmur.
Alim deyir:
- Bəlkə bu, irsidir? Sizin ananızın uşağı heç olubmu?

- Cavan oğlan, yaman inadcılsınız, haa! Mən axı dünən "yox" dedim.
- Hə-ə... O, siz idiniz?

Lətifələr

Arvadı ərini oyadır:
- Əzizim, oyan.
- Yenə?
- Yox, əzizim, işə getmək vaxtıdır.
- Şükür Allaha.

Lətifələr

Oğlan qızla lambada oynayır. Onların bədən hərəkətlərini diqqətlə izləyən bir qoca kişi deyir:
- Uzanmasalar, onlarda heç bir şey alınmayacaq..

Lətifələr

Oğlan qızın əlindən tutub parkda xəlvət yerə çəkir. Qızı tərəddüd edən kimi görüb soruşur:
- Mənə e'tibarın yoxdurmu, sevgilim?
- Var.
- Onda özünə e'tibarın yoxdur..
- Yox.. özümə də var..
- Onda niyə gəlmək istəmirsən?
- İkimiz bir yerdə olanda ikimizə birdən e'tibarım yoxdur..

Lətifələr

Bir nənə həkimə:
- İndi tibb elmi çox inkişaf edib. Əvvəllər, cavan olanda lüt soyunmağı xahiş edirdilər. İndi isə dilimi göstərməyim həkimə kifayət edir.

Lətifələr

Ağılsız bir kişi bir xəstənin ziyarətinə gedir. Və qayıdanbaş xəstənin qohumları:
- Adam ölmədən başsağlığı verilərmi, ay ağılsız?
Kişi heç kefinidə pozmur:
- Mən hər zaman gələ bilmirəm. Gəlmişkən iki işimi birdən yerinə yetirirəm.

Lətifələr

Heyrətlənən kişi arvadına:
- İnanılmazdır! Birinci dəfədir ki, sən telefonla cəmi yarım saat danışdın. Nə olub sənə, bəlkə xəstələnmisən?
- Heç, sadəcə olaraq səhv düşmüşdülər..

Lətifələr

Bir kişi, bir qadın eyni kupedə gedirləer və bir-birlərinə gözlərini zilləyib baxırlar.
Qadın soruşur:
- Vətəndaş, siz nə fikirləşirsiniz?
- Siz fikirləşəni!
- Qadın hirslə:
- Heç utanmırsınız?..

Lətifələr

İki sərxoş güclə ayaq üstə dayanıb söhbət edirlər.
Biri o birinə deyir:
- Bax, görürsən mənim evimi?
Görürsən pəncərəmdəndə işıq gəlir. Oradakı gözəl qadın siluetini görürsən? O mənim sevimli arvadımdır. Ora bax, bir qəşəng kişi onu qucaqlayır. O da mənəm..

Lətifələr

İlk dəfə qastrola gedən gənc artistə həmkarları məsləhət görürlər:
- Özünə bir çemodan da al!
- Çemodan niyə?
- Şalvarını, köynəyini, tumanını, maykanı və s. yığmaq üçün.
- Bəs onda nə geyinib gedəcəyəm?

Lətifələr

- Cənab psixiatr, ərimə kömək edin. Onun beyninə girib ki, yarış atıdır.
- Onun müalicəsi baha başa gələcək..
- Pul bizi düşündürmür! Bizim pulumuz var: o artıq üç yarışı udub.

Lətifələr

- Bilmirsən Ələsgər sağ əlinin barmaqlarını necə itirib?
- O, onları atın ağzına qoyub ki, dişlərnin sayını öyrənsin.
- Hə nə olsun ki?
- At da ağzını yumub ki, görsün Ələsgərin əlində neçə barmaq var.

Lətifələr

Arvad ərinə:
- Bəlkə mən təzə daraq alım? Köhnənin dişi sınıb.
- Sən lap adamı müflis edərsən e! Bir qırılmış dişə görə yeni daraq almaq?
- Əzizim axı bu onun sonuncu dişi idi..

Lətifələr

Arvad səhər yuxudan qalxıb ərinə deyir:
- Əzizim, bu gecə yuxuda görmüşəm ki, mənə gözəl bir paltar almısan...
- Əzizim, bəlkə bir də yatıb pulu haradan götürəcəyimi də görəsən?..

Lətifələr

Xoruz quş damına dəvəquşu yumurtası gətirir, toyuqları yığıb istehza ilə onlara müraciət edir:
- Əziz xanımlar! - deyə istehza ile onlara müraciət edir, - mən heç kimi tənqid etmək fikrində deyiləm, ancaq yenə də baxın, görün xaricidə istehsal edilən yumurtalar nə boydadır.

Lətifələr

Mağazada:
- Pişik neçəyədir?
- 200 manat.
- Aaaaa. Dünən axı bu pişik 50 manata idi.
- Düzdü, amma bu gün o, 150 manatlıq tutuquşunu yeyib.

Lətifələr

Müəllimə balaca Timanın gündəliyinə onun valideyni üçün yazır ki, "Timadan iy gəlir, onu çimizdirmək lazımdır". Səhəri gün cavab alır: "Timanı iyləmək lazım deyil, Timanı öyrətmək lazımdır"

Lətifələr

Balaca uşaq dostuna deyir:
- Mənim indi təzə atam var. O çox məşhur adamdır. Adı Condur.
- Hə, onu deyirsən, pis adam deyil. Keçən il o mənim atam idi.

Lətifələr

Cavan oğlana bir qız yaxınlaşaraq:
- Bağışlayın, mənə elə gəlir ki, siz mənim uşaqlarımdan birinin atasısınız.
Oğlan həyəcan içində: - Mən?!
- Sakit olun, mən müəlliməyəm.

Lətifələr

Tələbə qız professora deyir:
- Cənab sizin qapının arxasında bir dilənçi oturub. Bəlkə, ona bir şey verəsiniz.
Professor:
- Yaxşı qızım, get ona fizikadan bir-iki sual ver.

Lətifələr

Düşüncəsiz uşaq suallarından yaxa qurtarmaq üçün ən yaxşısı budur ki, onları çətin vəziyyətə salacaq suallarla cavab verəsən. Məsələn:
- Ay ata, uşaqlar haradan əmələ gəlir?
- Ay oğul, bəs sən niyə soruşmursan ki, böyüklər haradan əmələ gəlir?

Lətifələr

Uşaq məktəbdən evə gələrək atasına deyir:
- Ata, mən qoca bir nənəyə küçəni keçməsinə kömək elədim.
- Sağ ol, mənim ağıllı balam! Qocalara hörmət etmək lazımdır. Al sənə konfet verim.
Səhərisi uşaq öz yoldaşı ilə gəlir.
- Ata biz qoca bir kişiyə yolu keçməkdə köməklik elədik.
- Sağ olun uşaqlar! Alın sizə konfet verim.
İki gündən sonra uşaq evə bütün siniflə gəlir:
- Biz qoca bir qadının küçəni keçməsinə kömək elədik.
- Bəs nəyə görə siz belə çoxsunuz?
- Qoca müqavimət göstərirdi, küçəni keçmək istəmirdi..
Bu hadisədən sonra nənəm 3 gündən sonra evə qayıtdı..


Geri dön

Ada...07

  • 25 noyabr 2011 15:59
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
Bir necesi coox maraqliydi...

--------------------


anjelina stavilnaya

  • 24 noyabr 2011 20:09
  • Məqalə: 0
  • Şərh: 175
  • Bal:
{awards}
maraqli idi twk. beyendim

angel gunay

  • 24 noyabr 2011 01:08
  • Məqalə: 31
  • Şərh: 843
  • Bal:
{awards}
Maraqlli xeber idi Rauf ...teşekkürler ammasinifdede az mezelensen. Lap yaxsi olar♡♥☆

--------------------
Mən heç vaxt mənə inanan insanı aldatmaram amma mənə inanmiyana da düzünü subut etdirmərəm

BadZero

  • 23 noyabr 2011 17:47
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Parkda skamyada oğlan və qız oturub söhbət edirlər.
Qız: - Oy, nəsə boynumda bir ağrı var.. Oğlan qızın boynuna sığal çəkir. -Aaa, nə yaxşı oldu, ağrı kəsdi. Bir az keçdikdən sonra qız: - Nəsə, başım da ağrıyır.. Oğlan qızın başına da sığal çəkir. -Aaa, yenə də ağrı kəsdi.
Qonşu skamyadakı qoca nənə: -Oğlum, sən yel xəstəliyini də müalicə edə bilirsənmi? wink

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

jalicka..

  • 23 noyabr 2011 17:21
  • Məqalə: 0
  • Şərh: 93
  • Bal:
{awards}
hamisi super idi twk

R_A_P_U_N_Z_E_L

  • 23 noyabr 2011 16:29
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
haha ha cox gulmelidi
tesekkurler xebere gore

FLY TIME

  • 23 noyabr 2011 15:21
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
xebere gore twk..........

Ku-ku

  • 23 noyabr 2011 14:52
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Həkim:
- Ayaqlarınız qaydasındadır. Onlar ona görə qaradır ki, yəqin siz onları çoxdandır, yumursunuz.
Pasiyent:
- Çox sağ olun, həkim. Bu sözləri mənə rayondakı həkim də dedi. Sadəcə qəti addım atmamışdan əvvəl istədim ki, bir paytaxt mütəxəssisləri ilə də məsləhətləşim.

--------------------

:..GIZEMLI..:

  • 23 noyabr 2011 14:24
  • Məqalə: 28
  • Şərh: 3335
  • Bal:
{awards}
Mağazada:
- Pişik neçəyədir?
- 200 manat.
- Aaaaa. Dünən axı bu pişik 50 manata idi.
- Düzdü, amma bu gün o, 150 manatlıq tutuquşunu yeyib.

Təşəkkürlər winked

Molla Nəsrəddindən bir gün soruşurlar ki:
- Molla, ölü aparanda tabutun qabağında olmaq yaxşıdır, ya dalında?
Molla deyir:
- Özünüz bilərsiniz. Harasında olursunuz olun, içində olmayın


feel

... Deryam ...

  • 23 noyabr 2011 14:14
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
wink Çox sağ olun hər biri maraqlı və gülməliydi wink laughing

--------------------

juliyet

  • 23 noyabr 2011 13:41
  • Məqalə: 0
  • Şərh: 39
  • Bal:
{awards}
maraqli idi twk

lyboy qiza atval

  • 23 noyabr 2011 13:31
  • Məqalə: 0
  • Şərh: 84
  • Bal:
{awards}
Parkda skamyada oğlan və qız oturub söhbət edirlər.
Qız: - Oy, nəsə boynumda bir ağrı var.. Oğlan qızın boynuna sığal çəkir. -Aaa, nə yaxşı oldu, ağrı kəsdi. Bir az keçdikdən sonra qız: - Nəsə, başım da ağrıyır.. Oğlan qızın başına da sığal çəkir. -Aaa, yenə də ağrı kəsdi.
Qonşu skamyadakı qoca nənə: -Oğlum, sən gemaroyu mualice ede bilirsen?
eslinde beledir

--------------------
ggfggdghdcghbdghbdghdgbbhd

_TUNAR_MAMEDOV_

  • 23 noyabr 2011 11:37
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
Arvadı ərini oyadır:
- Əzizim, oyan.
- Yenə?
- Yox, əzizim, işə getmək vaxtıdır.
- Şükür Allaha.

twkler cooox maraqli letifelerdi,,

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}