Azərbaycan beş ildə 39 yeni döyüş təyyarəsi alıb

 
Azərbaycan beş ildə 39 yeni döyüş təyyarəsi alıb

Büdcədən müdafiəyə ayrılan vəsaitlərin hər il artımı artıq Azərbaycan Silahlı Qüvvələrinin təminat və təchizatının möhkəmlənməsi və yeniləşməsi ilə özünü göstərməkdədir.

Son iki ildə keçirilən hərbi təlimlər və hərbi paradda nümayiş olunan müasir silah və hərbi texnikalar, eləcə də bir sıra beynəlxalq təşkilatların açıqladığı hesabatlar da bunu deməyə əsas verir.

Aparılan araşdırmalara görə, son 5 ildə Azərbaycan əsas üstünlüyü Hərbi Hava Qüvvələrinin parkının gücləndirilməsi və mövcud texnikaların modernizasiyasına yönəldib. Baxmayaraq ki, bu dövrdə düşmən Ermənistan da əsas diqqəti hava hücumundan müdafiə sistemlərini möhkəmlətməsinə yönəldib. Bunun qarşılığında HHQ-nin imkanlarını önəmli dərəcədə artıran Azərbaycan tərəfi Cənubi Qafqaz regionunda ən böyük hərbi aviaparka malik olmaqla yanaşı, düşmən cəbhəsinin dərinliklərində hədəfləri təyin etmək, məhv etmək üçün texniki potensiala yiyələnib. Eyni zamanda milli pilot-uçuş heyəti formalaşdırılıb.

Ukrayna, Gürcüstan və Belarusdan təyyarələr

BMT-nin Silahlar Registrinə hesabat təqdim edən ölkələrin məlumatları, eləcə də Azərbaycanın açıqladığı hesabatlar da ötən beş ildə rəsmi Bakının hava üstünlüyünü artırmaq cəhdlərini təsdiqləyir. Təbii ki buna paralel olaraq hava hücumundan müdafiə sistemləri də inkişaf etdirilir.

ABŞ-ın Avropa Komandanlığının (EUCOM) bəzi məlumatlarına görə, 2004-2006-cı illərdə EUCOM-un yardımı ilə Azərbaycan HHQ-nin bir aerodromu modernləşdirilib. Hans ki, bu aerodromdan eyni zamanda NATO-nun Avropadan Əfqanıstana uçan təyyarələri də istifadə edə bilir. Amerikalı zabitlərin bildirdiyinə görə, artıq Azərbaycanın bir aerodromu AWACS və “Hercules” təyyarələri qəbul etmək imkanındadır.

Ötən dövrdə HHQ-nin yeniləşdirilməsi proqramını həyata keçirən Azərbaycan yeni döyüş təyyarələri, helikopterlər və pilotsuz aparatlar sifarişi verməklə yanaşı, mövcud parkın böyük hissəsinin modernizasiyasını həyata keçirib. BMT-nin Silah Registrinin məlumatına görə, rəsmi Bakı son 5 ildə xaricdən ümumilikdə 39 döyüş təyyarəsi və 11 ədəd zərbə helikopterini satın alıb. Registrdəki bilgilərə görə, bunun 12-si Su-25, 12-si L-39, 15-i isə MiQ-29 təyyarələridir. Bundan başqa, ötən dövrdə rəsmi Bakı HHQ üçün Ukraynadan 11 ədəd Mi-24 helikopteri alıb, həmçinin inventarındakı Mi-24 helikopterləri məşhur “Eurokopter” şirkətinin Cənubi Afrika Respublikasında təsis etdiyi ATE şirkəti tərəfindən modernizasiya olunub.

Son 5 ildə satın alınmış döyüş təyyarələrinin 7-si Gürcüstan, 5-i Belarus, qalanları isə Ukrayna istehsalıdır. Modifikasiyalarına görə, alınmış təyyarələrdən 6-sı Su-25, 1-i Su-25UB, 14-ü MiQ-29, 1-i Miq-29UB və 12-si L-39 təlim-döyüş təyyarəsidir.
Qeyd edək ki, ötən dövrdə DSX, Daxili Qoşunlar və digər qurumlar tərəfindən alınmış helikopterlər və təyyarələr bura aid edilməyib.

Ekspertlər Azərbaycanın son illər HHQ-yə böyük diqqət ayırmasını bir neçə amillə izah edirlər. Məsələn, Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru İldırım Məmmədov hesab edir ki, HHQ Silahlı Qüvvələrin elitar növlərindən sayılır və ölkənin gücünü nümayiş etdirən əsas qüvvələrdəndir: “Aviasiya tək döyüşlərdə piyadalara, hücuma keçən qüvvələrə dəstək vermir. Eyni zamanda uzaq məsafələrdə, çətin şəraitlərdə döyüş aparır, ölkənin hava və su sərhədlərinin də mühafizəsini yerinə yetirir. Bu baxımdan Azərbaycan aviasiyasının qarşısına qoyulan hədəfi tək Qarabağla məhdudlaşdırmaq olmaz. Azərbaycanın Xəzər akvatoriyasının mühafizəsini də bura aid etmək lazımdır”.

Hərbi ekspert hesab edir ki, artıq Azərbaycan Cənubi Qafqaz bölgəsində tam hava üstünlüyünə malikdir. Ekspertin sözlərinə görə, hərbi əməliyyatlar başlanacağı təqdirdə Ermənistanın cəbhə xəttindən uzaq bölgələrində yerləşən və Azərbaycan üçün təhdid yaradan hədəfləri məhv edə bilər.

“Azərbaycan bölgədə şəriksiz aviasiya üstünlüyünə malikdir. İnternetdə azərbaycanlı pilotların göstərdiyi tryuklar, uçuş hərəkətlərini izləmişəm. Deyə bilərəm ki, azərbaycanlı pilotlar çox yüksək səviyyədə hazırlanırlar” - deyə, Rusiyanın “Aviator” Cəmiyyətinin eksperti Nikolay Vişnevski bildirib.

Ekspertin sözlərinə görə, azərbaycanlı pilotların Türkiyədə və digər NATO ölkələrində təhsil alması onların ən müasir texnologiyaları mənimsəməsinə yardımçı olur. Azərbaycan HHQ-nin də imkanlarının genişləndiyini qeyd edən ekspertin fikrincə, artıq digər Qafqaz ölkələri Azərbaycanın hava üstünlüyünü neytrallaşdırmaq üçün böyük vəsaitlər sərf etməlidir. Hansı ki, artıq buna nə Ermənistanın, nə də Gürcüstanın maddi imkanları yetərli deyil.

Döyüşə pilotsuz təyyarələr

Cənubi Qafqaz ölkələri arasında ilk dəfə pilotsuz təyyarələri Gürcüstan satın alsa da, Tiflisin aldığı bir neçə pilotsuz kəşfiyyat təyyarəsi 2007-2008-ci illərdə Abxaziya üzərində vuruldu. Sonrakı dövrlərdə Gürcüstanın xaricdən bu tip texnika alıb-almadığı barədə heç bir məlumatlar verilmir.

Rusiyanın köhnə silahlarına sahib çıxan Ermənistan isə bu tip aparatları almaq istəyində olduğunu yalnız 2010-cu ilin ortalarında açıqladı. Hazırda Ermənistan ordusunun inventarında pilotsuz təyyarələrin olması barədə heç bir fakt yoxdur.

İlk dəfə 2008-ci ilin iyun ayında, Bakıda keçirilən hərbi paradda ictimaiyyətə təqdim olunan Azərbaycan HHQ-nin inventarındakı pilotsuz təyyarələr (pilotsuz uçan aparatlar – R.S) əsasən İsrail istehsalıdır. İsrail tərəfinin açıqladığı məlumatlara görə, Azərbaycan ötən dövrdə bu ölkədən 6 ədəd “Orbiter” və “Aerostar” markalı pilotsuz təyyarə alıb, təxminən 10 ədəd “Hermes-450” markalı pilotsuz təyyarənin satın alınması üçün sifariş verib. Amma Türkiyənin istehsalı olan pilotsuz təyyarələrə, o cümlədən türk şirkəti TAİ-nin “Turna” hədəf təyyarələrinin alınması üçün də müzakirələrin aparıldığı açıqlanıb. Həm hava hücumundan müdafiə sistemlərini aldatmaq, həm də digər funksiyaları yerinə yetirmək imkanına malik olan bu aparatların da yaxın bir neçə ildə HHQ-nin inventarına daxil olması gözlənilir.

Azərbaycan mütəxəssisləri real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki təlimlərdə də pilotsuz aparatların tətbiqini həyata keçirməklə qonşulardan bir qədər irəli gediblər. Azərbaycanın istifadə etdiyi bu aparatlarının effektini elə ermənilər özləri də etiraf etməyə məcbur olurlar. Bu yaxınlarda Ermənistanın bir neçə KİV-i Qarabağdakı hərbçilərə istinadən ayrı-ayrı vaxtlarda Azərbaycanın pilotsuz təyyarələrinin cəbhənin şimal və cənubundan Qarabağın dərinliklərinə daxil olaraq kəşfiyyat aparması barədə məlumatlar yayıb. Erməni hərbçilər hətta Azərbaycanın pilotsuz təyyarələrinin Qafan və Gorus ərazilərində uçuşlar keçirdiyini, hava hücumundan müdafiə sistemi bundan xəbər tutub hazırlıq vəziyyətinə gətirilənədək təyyarələrin ərazini tərk etdiyini etiraf ediblər.


Geri dön

nilayka

  • 21 fevral 2011 21:47
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
Tewekkurler xebere gore....

--------------------

only-girl

  • 4 yanvar 2011 17:28
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Təşəkkür

--------------------

Yusif

  • 27 noyabr 2010 19:29
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Tewekkurler xebere gore

Ulya

  • 15 oktyabr 2010 12:50
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
hmmmmmmmmmm

Grace_Angel

  • 12 oktyabr 2010 16:12
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xebere gore....

--------------------

sevgi yalandir

  • 12 oktyabr 2010 14:38
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Azeri_Gozeli

  • 12 oktyabr 2010 14:25
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 31
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}