İnsanlar haqqında

 
İnsanlar haqqında

Yaradılmışların hər biri elə yarandığı dövrdən
etibarən ona doğru gedir, yolun o biri tərəfində ölüm gözləyir hər kəsi.


Ondan qurtulmaq mümkün olmadığı kimi, onun haqqında düşünməmək belə mümkün deyildir. Elə bir canlı, hər hansı bir fərd tapa bilməzsən ki, ölümün varlığını bilə-bilə onun haqqında bir anlıq belə fikirləşməsin, düşünməsin “ölüm” adlı bir sonluğun mövcudluğunu.
Axı necə, necə ola bilir ki, insan oğlu bu qara qüvvənin varlığını dərk edə-edə ona biganə qalır, onu bir ömür boyu iztiraba döndərib özünə əzab vermir, istər az, istər çox, istər kədərli, istər sevincli yaşamaq istəyir, ancaq yaşamaq. Əcəl qapımızı döydüyü zaman insan üçün bir saniyə belə yüz illər qədər qiymətli və heç bir ölçüyə gəlməyəcək qədər şirin və əlçatmazdır. Nədəndir bu təzadın sirri görəsən, nədəndir ölümün bizə hər an, hər saniyə yaxınlaşdığını duya-duya, yaşamaq, yaratmaq, bir sözlə bizə verilən bu ömür payının heç bitməsini istəməyərək yaşamaq marağı, yaşamaq arzusu?

İnsanlar haqqında

Bir dəfə gəlir dünyaya insan və bu gün bir daha heç bir zaman təkrarlanmayacaq. Əvəzedilməzdir bu gün. Ondan başqa hər şey təkrarlanacaq. Ad günləri, bayramlar, işləmək, xülasə, eyni sevinc, eyni kədərlər. Ancaq bir şey təkrarlanmayacaq, yalnız bir şey… doğum günü. Bu gün həyat yolunda bizə verilən ən böyük, ən şirin ərmağandır. Acısı, qəmi olmağına rəğmən, kim doyub ki ondan. Bu gözəllikdən danışılan zaman bir məfhumun xəyala gətirilib, göz önündə azacıq canlanması belə yaradılışın qəlbini titrədir, onun cismini qan-tərə qərq edir, həyəcanlandırır.

Bu məfhum ölümdür. Ölümdən öncə əcəl döyür qapımızı, əcəl zənginin sədası gəlir qulaqlarımıza. O, bizlərdən, özümüzdən asılı olmayaraq, elə zamanda yaxamızdan tuta bilər ki, nə bilim, ən sevimli çağımızda sevincimizi burnumuzdan gətirər, bizi bədbəxtliyə düçar edə bilər. Ruhumuzun dərinliklərinə işləyib ümidimizi sındıra bilər. Əcəl…qaçılması mümkün olmayan yeganə məfhum. İstər şərqdə ol, istər qərbdə, istər yerdə ol, istər marsda, haqlayacaq o səni, mütləq haqlayacaq və haqladığı zaman sənin yaşamına son qoyacaq, bu son sənin ölümün olacaq. O ölüm ki,sən onu fikirləşirdin, qorxurdun ondan.

İnsanlar haqqında

Ancaq haqladı səni, yaxaladı. Sənə verilən ömür payı qırıldı. Bu günün sabahı gəlməyəcək, kölgən belə səni izləməyəcək bir daha, sənə hamıdan daha yaxın olan, sənin yaşama mexanizmin olan ürək belə səndən əl çəkəcək, döyməyəcək bir daha və sən olmamış kimi olacaqsan. Bunu da dərd etməyə dəyməz ki, bu yoxluq sənə acı verməyəcək. Çünki sən bir heç olacaqsan, yer üzündə ən xırda molekullar, ionlar olacaq, ancaq bir sən, yalnız sən olmayacaqsan. Bax budur ölüm, bax budur əcəl!

Elə budur insanı yandıran, qəmləndirən. Bunu öz-özündə həzm edə bilmir insan, danışmaq istəmir bu barədə. Nədənsə paxıllığı tutur yaradılışın bu cür məhv olmasına. Düşünündə ki, ölümündən, bəli,məhz sənin ölümündən sonra həyat davam edəcək, günəş hər səhər yer üzünü salamlayacaq, ulduzlar parlaqlığı ilə sayrışacaq, dənizlərdə dalğalar coşub-çağlayacaq, quşlar ötəcək, bir sözlə təbiət öz əlvanlığı ilə insanları, ümumiyyətlə bütün canlıları məftun edəcək, necə qısqanmayasan bu gözəlliyi? Bax budur insanın acizliyini göstərən! Bunun sübutu isə ölümdür.

İnsanlar haqqında

Ancaq yenə təkrar edirəm, ölümün var olmasını anlaya-anlaya yaşamaq istəyirik və yaşaya-yaşaya da hər an ona doğru getdiyimizi anlayırıq. Belə isə sual doğur. Nədən yaşayırıq? Nədən bu həqiqəti dərk edə-edə yaşamaq istəyirik? Çünki yaşamaq arzusu, ölümə olan nifrət nisbətində daha böyükdür, daha qüvvətlidir.
Belə isə yaşasın yaşamaq arzusu ilə yaşayanların varlığı!


Geri dön

C.I

  • 14 fevral 2012 20:49
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
twk..........

--------------------

..:MeleK kiz:..

  • 26 noyabr 2011 11:10
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox maraqli xeberdi

R_A_P_U_N_Z_E_L

  • 24 noyabr 2011 13:03
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

Ku-ku

  • 24 noyabr 2011 10:31
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkkkkkkk

--------------------

angel_men

  • 24 noyabr 2011 05:29
  • Məqalə: 22
  • Şərh: 109
  • Bal:
{awards}
oxumadim xebere gore twk!!!!!!!!!!!!!!!!!!!!!

--------------------
rock-pop-host-justin bieber love ::::: ::::::::::::::

_TUNAR_MAMEDOV_

  • 24 noyabr 2011 02:10
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
Bu məfhum ölümdür. Ölümdən öncə əcəl döyür qapımızı, əcəl zənginin sədası gəlir qulaqlarımıza. O, bizlərdən, özümüzdən asılı olmayaraq, elə zamanda yaxamızdan tuta bilər ki, nə bilim, ən sevimli çağımızda sevincimizi burnumuzdan gətirər, bizi bədbəxtliyə düçar edə bilər. Ruhumuzun dərinliklərinə işləyib ümidimizi sındıra bilər.


cooox sag ol,,, cooox maraqli movzudu..

--------------------

ASMIYA

  • 24 noyabr 2011 00:46
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
COX GOZEL BEYENDIM.

--------------------


.♣.Chrysalis.♣.

  • 23 noyabr 2011 23:31
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
TWK OXUDUM

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

lyboy qiza atval

  • 23 noyabr 2011 22:28
  • Məqalə: 0
  • Şərh: 84
  • Bal:
{awards}
ne deyim axi

--------------------
ggfggdghdcghbdghbdghdgbbhd

BadZero

  • 23 noyabr 2011 22:19
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
təşəkkür xəbərə görə

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

_SVETLANA_777_

  • 23 noyabr 2011 21:34
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
<p></p>

Alone angel

  • 23 noyabr 2011 21:25
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
xebere gore twkler

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

Music Star

  • 23 noyabr 2011 21:19
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
Thankssssssssss

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 29

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}