Linkolnun son istəyi

 
Linkolnun son istəyi

Deyl Karnegi yazırdı: “Mən 10 il Avraam Linkolnun həyatını öyrənmiş və “Naməlum Linkoln” adlı kitabını yazmışam və üzünün köçürülməsinə 3 il vaxt sərf etmişəm. Hesab edirəm ki, Linkolnun şəxsiyyətini və ailə həyatını mümkün qədər dəqiq və ətraflı öyrəndim”.

Avraam Linkoln 1865-ci il aprelin 15-də səhər Butun ona atdığı güllə ilə ağır yaralandı. Linkoln Ford teatrı ilə üzbəüz yerləşmiş otaqlardan birində ölüm ayağında yatırdı. Çarpayı üzərində Roza Bonyorun məşhur “At yarmarkası” rəsminin ucuz reproduksiyası asılmışdır. Hərbi nazir Stenton can verən Linkolnun çarpayısı önündə dedi: “Burada dünyanın nə vaxtısa gördüyü ən qüsursuz rəhbəri yatır”.“Arvadımı yanıma buraxmayın”. Linkolnun bu xahişinə səbəb nə idi?

Karnegi yazırdı: Evlənmə Avraam Linkonun həyatında daha böyük faciə idi. Öldürülməsi yox, evlənməsi. Butun atəş açmasından sonra Linkoln öldürüldüyünü dərk etməyə macal tapmadı, lakin 23 üç il hər gün öz oyundaşı, hüquqşünas Herndonun “uğursuz ailənin acı bəhrələri”nin təsvirini görüb-götürürdü. Missis Linkoln deyingənliyi ilə ərinin canını boğazına yığıb özündən çıxarmışdır.

Qadın ərindən daim narazılığını bildirir və onu həmişə tənqid edirdi – onun fikrincə, ərində heç nə lazım olduğu kimi yerində deyildi. O, belini bükərək yöndəmsiz yeriyir, addım atarkən hindular kimi ayaqlarını dizdən qatlamırdı. Qadın gileylənirdi ki, ərinin yerişində elastiklik, hərəkətlərində incəlik yoxdur. Ərinin duruşunu təqlidini çıxarıb tələb edirdi ki, yeriyən zaman Lekcinqton pansionunda madam Mantelin öyrətdiyi kimi ayaqlarını yerə möhkəm bassın.

Avraam Linkolnun iri qulaqları başında düzbucaq şəklində durması arvadının xoşuna gəlmirdi. Ərini hətta danlayırdı ki, burnu düz şəkildə deyildir, alt dodağı qabağa çıxmışdır, özü də vərəm xəstəliyinə tutulmuş kimi görünür, əlləri və ayaqları həddən artıq iri, başı isə balacadır.

Avraam Linkoln və missis Meri Todd Linkoln hər cəhətdən bir-birinə zidd idi. Onlar daim bir-birini əsəbiləşdirirdilər.

Senator Albert C.Beveric, ən görkəmli linkolnşünas yazırdı: “Missis Linkolnun qulaqbatırıcı səsini küçənin o tərəfində eşitmək olardı, yaxınlıqda yaşayanların hamısı isə onun qəzəbinin fasiləsiz partlayışından xəbərdar idi. Onun qəzəbi öz ifadəsini çox vaxt təkcə sözdə tapmırdı – qəzəbli nəzakətsizlikləri barəsində çoxlu tamamilə doğru əhvalatlar bizə gəlib çatmışdır”.

Bu əhvalatlardan biri belədir. Linkoln və arvadı toydan dərhal sonra Sprinqfildə pansionerlər saxlayan missis Ceykob Erlinin yanına köçdülər. Bir dəfə səhər nahar edərkən Avraam nə isə elə bir hərəkətə yol verdi, arvadı çox əsəbiləşdi. Onun məhz nə etdiyini indi də heç kəs bilmir. Miss Linkoln qudurğanlıqla bir fincan qaynaq qəhvəni ərinin üzünə əndərdi. Özü də digər pansionerlərin gözü qarşısında.

Linkoln arvadına heç nə demədi. Missis Erli yaş dəsmalla onun üzünü və paltarını silənədək təhqir edilmiş kimi sakitcə oturdu.

Arvadının bütün öcəşmələri, qaxıncları və quduz hücumları Linkolnda yalnız arvadına olan münasibət hisslərini dəyişdirdi. Bunlar məcbur edirdi ki, Avraam Linkoln uğursuz nigahına təəssüflənsin və mümkün qədər arvadından uzaq olsun.

Sprinqfilddə on bir nəfər vəkil yaşayırdı. Onlar qraflığın müxtəlif yaşayış məntəqələrində məhkəmə iclaslarında iştirak etmək üçün atla hakim David Devisin arxasınca gah bu, gah da digər şəhərə gedərdilər.

Başqa vəkillər həmişə şənbə günü Sprinqfildə qayıdıb həftənin axırını öz ailələri ilə keçirərdilər. Lakin Linkoln belə etmirdi. O, evə getməyə qorxurdu, yazın üç ayını səfərdə olurdu. Sprinqfildə heç vaxt yaxınlaşmırdı.

O, hər il belə edirdi. Əyalət mehmanxanalarında yaşamaq şəraiti çox vaxt həddindən artıq pis olurdu. Əlverişsizliyə dözməyi öz evində yaşayıb missis Linkolnun daimi öcəşmələrinə və onun qəzəbinin cilovsuz hücumlarına məruz qalmaqdan üstün tuturdu.

Bəli bütün bunlardan sonra Linkolnun arvadının üzünü görmək istəməməyi təbii idi.


Geri dön

nilayka

  • 21 fevral 2011 21:48
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
cox sagol maraqli xebere gore

--------------------

Yusif

  • 27 noyabr 2010 19:30
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Tewekkurler

Ulya

  • 15 oktyabr 2010 12:50
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol maraqli xebere gore

Grace_Angel

  • 12 oktyabr 2010 16:12
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler....

--------------------

sevgi yalandir

  • 12 oktyabr 2010 14:39
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler sag ol

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Azeri_Gozeli

  • 12 oktyabr 2010 14:01
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler cox sag ol

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 60
Cəmi: 77

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}