Sevgilinizi tanıyın

 
  • 11.10.2010, 13:39
  • Bölmə: Sevgi
  • Müəllif: Ghost
Sevgilinizi tanıyın

Onunla yolda tanış olmuşam. İlk baxışdan ona vuruldum desəm, yanılaram. Çünki tanışlığı həvəssiz qəbul etdim. Onun təkidi ilə telefon nömrəmi verdim. Rəfiqələrim məni bu addımda cox qınadılar. Bir ağızdan hamı deyirdi ki, «o, sənə jiddi münasibət bəsləməyəjək». Çünki cox qızlar təsadüfi tanışlıqlara inanmırlar. Mənsə həm özümü, həm də qızları da inandırmağa çalışırdım ki, ilk baxışdan o, həmyaşıdlarından çox fərqlənirdi. Bir də yadıma düşdü ki, o, mənim nömrəmi əl telefonuna yazdı. Elə axşamüstü ondan zəng gəldi. Mən rəfiqələrimə də sübut etdim ki, xoşbəxtliyi axtarmaqla deyil, o, özü səni tapır. Əgər oğlanın necə insan olduğunu bilmək istəyirsənsə, sənin nömrəni hara qeyd etdiyini yadına sal…

* Nömrəni əlinə kecən bir parça kağıza yazırsa, demək, onun adam arasında özünü aparmağı əhvalından asılıdır. O, həm də pintidir. İlk qarşısına çıxdığı qızla tez ünsiyyət qurub, tez də bu münasibəti korlaya bilər. Amma o, əsl kompaniya adamıdır. O, səni darıxmağa qoymaz. Belə insanlardan ehtiyat etmək lazımdır. Çünki o, sənə heç vaxt ciddi münasibət bəsləməyəcək.

* Oğlan sənin nömrəni cib dəftərçəsinə yazırsa, demək, onun özünə görə qanunları var. O, hər bir hərəkətini düşünülmüş şəkildə edir. Dəqiq və etibarlıdır. Lakin bu tip oğlanlar qadınlara darıxdırıcı və maraqsız görünürlər. Münasibətə gəldikdəsə, o, ilk baxışdan məhəbbətə inanmır. Qarşısındakı qızı tanımasa, onunla ciddi münasibət qurmağı ağlından da keçirməz.

* Nömrəni əlinə yazmaqda vərdiş edən kişilər hər qarşısına çıxan qadına evlənmək təklifi edir. Amma o, ciddi münasibətdənsə, yüngül flirti üstün tutur. O, hər şeylə maraqlanan hövsələsizdir. Seçdiyin oğlan «həyatda alınmayan iş yoxdur, varsa da mənə görə deyil» prinsipi ilə yaşayır. * O, nömrəni əlindəki qəzetə, biletə və ya hər hansı sənədə yazmaqdan çəkinmir. Elə bu hərəkəti onun ürəklə atdığı yeganə addımdır. Çünki bu tip kişilər nə istədiklərini özləri də bilmirlər. Nədəsə ortaq məxrəcə gəlib, qəti qərar verməkdə çətinlik çəkirlər. Amma buna baxmayaraq, onlar həmişə aza Qane olmurlar. Əgər belə kişi ilə münasibəti sürdürmək istəyirsənsə, münasibətinizdə hakimliyi öz əlinə al.

* O, tanış olduğu qızın nömrəsini siqaret qutusuna qeyd edirsə… Bu cür kişilər özlərini qadına göstərməyi xoşlayırlar. Onlar həmişə cəmiyyət arasında olmağı, ətrafdakıların diqqəti cəlb etməyi, qadını valeh etməyi sevirlər. Sevdiyi qıza olan hissləri bu cür kişiləri elə kor edir ki, ətrafdakıların fikri onları qətiyyən maraqlandırmır.* Sənin nömrəni mobil telefonuna qeyd edirsə, demək, o, münasib yer tapan kimi sənə mütləq zəng edəcək. Çünki belə oğlanlar rahatlığa üstünlük verirlər. Amma münasibəti təkcə telefonla davam etdirməyin. Çünki əlaqələriniz virtual ola bilər.


* Bəzən isə kişilər nömrəni ümumiyyətlə qeyd etməyib, əzbərlədiklərini deyirlər. Belə oğlanlar bu cür hərəkəti ilə başqalarından fərqləndiklərini göstərmək istəyirlər. Onlarla tanışlıq mərhələsi münasibətdən daha maraqlıdır. Əgər sən həqiqətən də onun xoşuna gəlmisənsə, demək, o, nömrəni yadda saxlayıb, sənə mütləq zəng edəcək. Onu da unutma ki, belə oğlan qızların sevimlisi olub, onları darıxmağa qoymur.
Fikirlərivizi bildirməyi unutmayın..


Geri dön

nilayka

  • 21 fevral 2011 21:55
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
mene maraqsiz gelir bu movzu+,yenede twk

--------------------

Ulya

  • 15 oktyabr 2010 12:40
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
olanda taniyaram

Legenda_Girl

  • 11 oktyabr 2010 23:21
  • Məqalə: 1
  • Şərh: 32
  • Bal:
{awards}
olan da taniyiram mutleq deyil indiden taniyim

sevgi_meleyim

  • 11 oktyabr 2010 20:58
  • Məqalə: 4
  • Şərh: 107
  • Bal:
{awards}
Maraqlidir, amma men umumiyyetle bele seylere inanmiram. Cunki Sevgi Yoxdur. Tesekkur.

--------------------
Bezi insanlarin Allahi subut etmek istemelerine teeccublenirem. Allahin varligi sabitdir. Sen qullugunla subut etmeye chalish!

Azeri_Gozeli

  • 11 oktyabr 2010 17:00
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
oxumusam bunu cox sag ol

--------------------

Grace_Angel

  • 11 oktyabr 2010 15:38
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler xebere gore....Maraqlidir......

--------------------

sevgi yalandir

  • 11 oktyabr 2010 13:52
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
vallah mence indi insanlari tanimaq cox cetindi uzu basqadi ici basqa

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 78

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 65
Cəmi: 242
 
NIGAR
Xəbərləri: 65
Cəmi: 881
 
Limon qoxusu
Xəbərləri: 60
Cəmi: 83
 
Nergiz__Sirinova
Xəbərləri: 31
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 29
Cəmi: 30
 
Lmzade
Xəbərləri: 28
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}