İngiltərənin “Mançester Siti” komandasının futbolçusu
Karlos Teves yaxın vaxtlarda İtaliyanın “Milan” klubu ilə müqavilə bağlayacaq.
Argentinalı hücumçu ilə anlaşma yarım il müddətinə nəzərdə tutulub.
Bu müddətdə Teves 3 milyon funt qazanacaq. Onunla danışıqların
aparıldığı faktını “Milan”ın köməkçi-məşqçisi Mauro Tassotti də təsdiqləyib.
Qeyd edək ki, “Mançester Siti”nin baş məşqçisi Roberto Mançini Karlos
Tevesin komandada oynamayacağını açıqlayıb.