Sadəcə Sevgi

 
Sadəcə Sevgi

Gözlərini yavaş-yavaş açmağa başladı... Günəşin gur işığı gözlərini qamaşdırdı. Əlinin tərsini gözünə tutub havada saxladı işığın qarşısını almaq üçün. Bütün bədəni daşdan idi,sanki çökmüşdü çəmənliyə... Digər əlini gəzdirməyə başladı otluğun üzərində. Gücnən dikəldi...Əllərini arxada carpazlaşdırıb arxaya söykəndi... Başını qaldırıb göyə baxmağa başladı... Gün işığı altında par-par parıldıyan iki damla göz yaşı axmağa başladı yanaqlarıyla... Neynəmişdi o? Düşündükcə utancından qıp-qırmızı olurdu yanaqları... Bu zaman göz yaşları alovlana-alovlana iz buraxırdı üzündə... Ayağa qalxdı... Asta-asta,səndələyə-səndələyə getməyə başladı... O vurulmuşdu... Amma kimə? Artıq başqasının olan bir sevgiliyə... Ah necə də axmaq idi o... Necə ürəyini yandırmışdı qadağan olmuş sevgiyə...

Sadəcə Sevgi

Uzanmışdı ona verilən daş kimi yataqda o... Otağın tavanındakı deşikdən gözünə işıq şüası düşürdü. Amma o qədər dərin fikirlərə dalmışdı ki, narahat eləmirdi belə onu.. O bunu necə eliyə bilmişdi. Bağlı olduğu halda necə vurulmuşdu o qızcığaza... Axı o evli idi... Çox sıxılmışdı düşüncələrdən. Boğulurdu sanki... Durdu yatağınnan çıxdı çadırınnan. Yavaş-yavaş sirkin qurulduğu ərazidən çıxaran dəmir darvazaya tərəf getməyə başladı.. Çatdığı zaman duruxdu yerində... Gözləri bəzəndi büllur yaş damlalarıyla. Qarşısında dayanmışdı qadağan olunmuş sevgisi. Qız da baxırdı dərin baxışlarla ona... İkisi də bitmiş, tükənmiş görünürdü... Getdikcə yaxınlaşırdılar bir-birinə... Qız qaçıb qucaqlamaq öpmək istəyirdi onu... Amma... Amma olmazdı... Olamazdııı... Çarəsizcə hıçqıraraq ağlayırdı için-için.
Az qalmışdı ona çatmağa... Amma yenə duruxub qaldı yerində... Arxadan incə əllər qucaqladı onun belini...


Sadəcə Sevgi

---Sevgilim hardasan səhərdən səni axtarıram: dedi oğlana qadını.... Sarsdı arxadan gələn o səs onu... Dondu qaldı yerində... Amma sarsılmayan qız idi.Hələ də gəlirdi ona tərəf. Onun o siması ümidsizliyə təhrik eliyirdi oğlanı. Gülürdü qızcığaz. "Salam"-dedi oğlanın qadınına:
---Xanım... Sizə bir söz deməliyəm (Mənim sevgimin qarşısında dayanan ilahə.)
Cavabi oğlan verdi yerinə...
---Buyur... Nəsə istəmişdin?
---Artıq mənim zamanım çatdı getməliyəm.(Getməliyəm... BAcarmıram. BAcarmıram artıq hər gün sənə baxaraq ürəyimdə yandırmağa bu sevgiini... Bacarmıram)
---Niyə?(Nə danışırsan... Getmə... Tərk etmə məni...Sənsiz dözə bilmərəm bu həyatın qəddarlığına.. Getmə ürəyimin yeganə sahibi. Yazığın gəlsin mənə)


Sadəcə Sevgi

---Artıq şəhərdən xəbər gəldi... Valideynlərim yeni mənzilə yerləşiblər... Hər şey qaydasındadı dedilər və çağırdılar məni geriyə... (Bacarmıram sevgili... Bacarmıram...İndi də sənə baxıb,hər şeyi gizlətməyi bacara bilmirəm... Sarılmaq istəyirəm sənə, qucaqlamaq istəyirəm səni.. Amma olmaz... Əzab çəkirəm buna görə... Getməliyəm anla məni..)
Titrək bir səslə oğlan:
---Hə....Yaxşı onda...(Getmə nə olar...Tək buraxma məni...Yalvarıram...)
---Nə vaxt gedirsən:-deyə soruşdu oğlanın qadını.
---Bu axşam maşın gələcək...(Bacarmıram...Sizin kimi bir ilahənin üzünə gülüb sevgisini əlindən almağı...Günahkaram mən...Günahkaaaaaar.)
---Həəə,-gülərək dedi qadın...Gəl görüşək onda...
Dedi və qucaqladı qızcığazı qadın...Sonra isə yüngülcə itələdi qızı oğlana tərəf...


Sadəcə Sevgi

---Səndə görüş bəlkə görmədik onu yenə...
Donub qalmışdı yerində oğlan... Yavaş-yavaş yaxınlaşdı qıza... Çiyinlərindən tutdu onun,ürkdü bu zaman qızcığaz..Qəhər boğurdu ikisini də... Çəkdi özünə tərəf... Qucaqladı əlindən sürüşüb gedən o mələyi... Sıxdı möhkəm-möhkəm... Ağlayırdı ikisi də...Üzlərində ümidsiz təbəssümlə...Buraxmaq istəmirdi onu.. İnanmaq istəmirdi eşitdiklərinə... Yavaş-yavaş buraxmağa başladı qızı... Oğlanla qadın uzaqlaşanda qız ovucunda bərk nəsə bir cisim hiss elədi... Açdı əlini, mələk medalyonlu bir boyunbağı gördü əlində qızcığaz... Çevrildi və asta-asta getməyə başladı burda qaldığı evciyə... Otağın qapısı açdı girdi içəri... Bu an... ELə bu an... Tab gətirmədi əsəbləri diz çökdü qışqıra-qışqıra, hönkürtü ilə ağlamağa başladı.... Əlacsız idi...Yazıq idi...


Sadəcə Sevgi

Heç kimlə görüşmədi sonra, yığdı çantasını. Maşın gəlmişdi artıq..Mindi maşına bağladı qapısını... Hərəkətə gəldi maşın... Və yenə batdı fikirlərlə dolu bataqlığa...
Onun burda son günü idi... Qayıdırdı yenə köhnə xatirələrlə və darıxdırıcı günləri ilə dolu köhnə şəhərinə.Ümid edirdi geri qayıdanda yenə də keçəcəklər həmin yerin qarşısından. Və keçdilər... Baxırdı dərin kədər dolu baxışlarla hər zaman oturduğu yerlərə. Bu gün orda son günü idi.. Ömürlük ayrılığa qovuşmuşdu o... O bilirdi yaşadıqları günah dolu anlar, hislər idi...Amma qoruya bilmirdi ağlını o düşüncələrdən...


Sadəcə Sevgi

"Mən gedirəm..." Qarşıla məni çirkli zamanlarla,ağrı dolu xəyallarla,keçmişimin keşikcisi köhnə şəhər.. Al yenə meni tikanlarla dolu qoynuna... Yenə o yerlərə, həyatımı söndürən o evə.. Saxla gələn 1 ilə... Ağlada-ağlada,əzabla və göz yaşlarıyla... Düşünürəm nə üçün axtardıqlarım hər zaman uzaqda, olanlarım və ürəyimi bulandıranlarım həmişə kirpiklərimə yapışmış olur... Hər zaman ağlamaqla keçirlər gözümün qabağından... Sıyıra-sıyıra kor eliyərək məni həyatın rəngli sevincli günlərinə...
"Mən gəlirəm... "Gəlir sənin ən sevdiyin yeməyin... Sevgiyə həyata ümid dolu "ürəyin"... Qarşıla məni bizlərdə olmuyan, səndə olan qızıl boşqablarla, bıçaqlarla...Deş yenə ürəyimi!!! İç qanımı qışqırda-qışqırda... Öldür məni dəfələrlə... Sənin yanında özümü ölümsüz həyatını, əzablarla dolu gəlincik kimi hiss eliyirəm... Al...


Sadəcə Sevgi

Düşüncələr gəmirirdi onu... Vicdan və üzüntülər.. Son dəfə baxdı o yerlərə... Orda qalan yeganə yadigarı maşının pəncərəsindən yerə damlayan cüt göz yaşları oldu... Düşdüyü yeri sonuna qədər yandıran... "Mən gələcəm... "Ümidlər sonda ölür....
Gözlərindən düşən iki damla yaş. Bu yanğını o çox illər əvvəl ürəyində, yanaqlarında hiss eləmişdi. Yolunu dəyişmək üçün dayanan maşın yenə yola düşdü. Təkandan yaranan külək vurdu qızın üzünə, gözünə. Havada dalğalandı saçları. Yumdu gözlərini,bildirməmək üçün öz zəifliyini digərlərinə... Misafirdi o bu yerdə...Ürəklərə günahla girən dəvətsiz misafir. Bİlirdi lazım deyildi o burda. Tam vaxtında ayrılmışdı buralarda. Qayıtmalıydı yenə keçmişinə. İstəməsə də.


Geri dön

..:MeleK kiz:..

  • 26 noyabr 2011 11:05
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
bacim cox sagol xeber superdi

.♣.Chrysalis.♣.

  • 26 noyabr 2011 00:17
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk maraqli idi

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

_TUNAR_MAMEDOV_

  • 25 noyabr 2011 00:56
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
bir qismin oxudum,,eziyyete gore twkler...

--------------------

yalniz_seninem

  • 24 noyabr 2011 16:13
  • Məqalə: 0
  • Şərh: 45
  • Bal:
{awards}
cox sag ol xebere gore

R_A_P_U_N_Z_E_L

  • 24 noyabr 2011 16:06
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

_SVETLANA_777_

  • 24 noyabr 2011 15:39
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
5+ TESEKKURLER

--------------------
<p></p>

Aynure

  • 24 noyabr 2011 15:34
  • Məqalə: 118
  • Şərh: 436
  • Bal:
{awards}
Super.Tesekkur.

Мой Мир

  • 24 noyabr 2011 15:33
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
Men sevgiye inanmiram... Twk edirem...

--------------------
∞♥

FLY TIME

  • 24 noyabr 2011 15:07
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
mence sadece sevgi deyilen bir wey yoxdur.....amma xeber cox duwundurucu idi...twklar

Ku-ku

  • 24 noyabr 2011 15:03
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Düşüncələr gəmirirdi onu... Vicdan və üzüntülər.. Son dəfə baxdı o yerlərə... Orda qalan yeganə yadigarı maşının pəncərəsindən yerə damlayan cüt göz yaşları oldu... Düşdüyü yeri sonuna qədər yandıran... "Mən gələcəm... "Ümidlər sonda ölür....
Gözlərindən düşən iki damla yaş. Bu yanğını o çox illər əvvəl ürəyində, yanaqlarında hiss eləmişdi. Yolunu dəyişmək üçün dayanan maşın yenə yola düşdü. Təkandan yaranan külək vurdu qızın üzünə, gözünə. Havada dalğalandı saçları. Yumdu gözlərini,bildirməmək üçün öz zəifliyini digərlərinə... Misafirdi o bu yerdə...Ürəklərə günahla girən dəvətsiz misafir. Bİlirdi lazım deyildi o burda. Tam vaxtında ayrılmışdı buralarda. Qayıtmalıydı yenə keçmişinə. İstəməsə də.


--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 41
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 30
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 67
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1144
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}