Ölüyə yas saxlamaq

 
Ölüyə yas saxlamaq

Yas mərasimi.

İslam dininə sitayiş edirik, amma dinin bəyənmədiyi adətləri yaşadırıq. O adətlər ki, milli mentalizimə zərərdən başqa heç nə vermir. Onlardan ən məşhuru, ən papulyarı yas mərasimidir.

Əslində bunları özlərini din xadimləri adlandıran izah etməlidirlər ki, yas mərasimləri İslama ziddir. Heç İslam dinində yoxdur ki, geniş yas mərasimində molla da kömək olsun. Özlərini dinin dayaqları adlandıran kəslər yalnız öz mənafeləri naminə bu adəti yaşadaraq, millətin pərdələnmiş gözlərini açmaq istəmirlər. El arasında yaxşı deyiblər: "Mollanı və müğənnini xalq saxlayır."

İndi nəzər salaq görə nədən ibarətdir bu yas mərasimi.

Ölünün öz xərclər - insan ölməyə peşman olur:
Ölü üçün şəhərdə yer pulu almaq. Bu qiymət 5000 və hətta 30 min civarında da olur. Daha sonra isə tibbi arayış üçün verilən pul. Yəni həqiqətən belə bir adam rəhmətə gedib. Daha sonra qəbir daşları. Əksəriyyət xərc-borc edib dəbdəbəli məzarlar və ya daha da keyfiyyətli mərmərdən başdaşı hazırladırlar. İş o yerı çatıb ki, mikrofabriklər ucuz daşdan qəbr daşı düzəltmirlər. Halbu ki, İslam dini bu cür hallara qarşı olsa da yeni biz edirik. Daha sonra isə qəbrin ətrafına mərmərdən hasar düzətdirmək, oturacaqlar qoydurmaq və daha nələr.

Matəm iştirakçıların xərcləri:
Molla nə qiymət dedisə ev sahibi verməyə məcburdur. Başqa yolu yoxdur. Qiymət isə 500-1000 manat arası dəyişir. Və hətta ev sahibinin cibindən asılı olaraq 1000 manatdan da çox alan olur. Daha sonra ölüyuyanın xərci. Sonra isə ölünün daşıyan maşının xərci. Ölünün matəm ehsanı üçün çadıra və digər lazım olan ləvazimatlara, JEK idarəsinə verilən pullar.

Ehsan xərcləri:
İslam dinində ölüyə 3, 7, 40 və ya 50 saxlamaq qanunu və ya adəti yoxdur. Amma edirlər yenə. Təbii ki, bunların hər bir günündə ehsan və ya başqa dildə desək matəm məclisi olur. Amma heç də matəm abu-havası olmur. İsti çay, qoğal, konfet, şirniyyat və mürəbbə məclisin ilkin başlanğıcıdır. Daha sonra isə təndir çörəkləri, plov, isti yeməklər və bozbaş süfrənin nazi nemətidir. Xurmalar, meyvələr, meyvə içkiləri isə süfrənin əsas dad verənləridir. Qışın soyuğunda portağal, mandarın və digər tapılmayan meyvələri süfrəyə qoyanlar da var. Gələn ölünü unudub, başı yeməklərə qarışır.

Yuxarı başda oturub, saqqalına sığal çəkən və dilinə Quranın müqəddəs kəlmələrini gətirən mollalar başa salmırlar ki, ay balam olmaz belə, olmaz! Onların nəyinə lazımdır din? Pullarını alacaqlar və qoltuxlarına bir qazan yemək vurub yola düşəcəklər.

İslam dini bütün bunların əleyhinədir. İslam dinində qaydalar necədir indi mən sizə izah edərəm:

Dinimizə görə dünyadan köçən insan üçün 4 işin görülməsi vacibdir. Bunlar vəfat edən şəxsin şəri qaydalara uyğun şəkildə yuyularaq qüsl verilməsi, kəfənlənməsi, mərhum üçün cənazə namazının qılınması və nəhayət, mərhumun torpağa tapşırılmasıdır. Bundan əlavə, mərhum üçün ilk günlərdə ardıcıl, sonrakı dövrdə cümə axşamları Quran ayələrinin oxunması, ehsan verilməsi savab niyyətilə edilən vacib olmayan əməldir. İslam dininə görə mərhumu yad etmək və onun üçün duaları oxumaq əsasən məsciddə edilməlidir. Sonra imkan daxilində çay süfrəsi vermək savabdır, lakin vacib deyil. Kiminsə imkanı çatmayanda bunu zorla etməsi heç də İslamda yaxşı qarşılanmır. İslam dini həddindən artıq israfçılığı qətiyyətlə pisləyir. İslam dinində həmçinin dəbdəbəli qəbirlər günahdır və qəbir üstündə şəkil çəkdirmək də yol verilməzdir. Qəbr illər keçdikcə torpağa qarışmalı və tədricən yox olmalıdır. Ondan heç bir nişanə qalmamalıdır.

Sizcə bu adətin olması düzgündürmü?


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:33
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

Allah razi olsun

--------------------

nilayka

  • 21 fevral 2011 21:33
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
eladi cox maraqli idi cox sag ol

--------------------

Ulya

  • 15 oktyabr 2010 12:36
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol .ellerine sagliq

sevgi yalandir

  • 11 oktyabr 2010 21:50
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
hmmmmmmmmmm twk

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Azeri_Gozeli

  • 11 oktyabr 2010 17:12
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
eladi cox maraqli idi cox sag ol

--------------------

Azeri_Tukaw

  • 11 oktyabr 2010 02:41
  • Məqalə: 0
  • Şərh: 88
  • Bal:
{awards}
ilk werh menden geldiyine gore bunuu ancaq diye bilerem ki o xerci cekdin cekmedin onsuzda geden donesi deyil, bezen goruruk ki asobuda bu bizim milllete mexsusdu qebrin usdune qizili herflerle yazirlar debdebeynen qebir usdu edirler yeniki bunu saqlinda elemek olennen sonra ora qizildan heykel ucalt MENASI YOXDUR 1 soznen. movzu ucun ise TWK...

--------------------
Жизнь-хороший учитель.Но она так дорого берет за ошибки.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 19
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}