Gunahlardan Arınmağın Yolları

 
Gunahlardan Arınmağın Yolları


Günahdan uzaqlaşmağın yolları

Əgər bəşərin atası Adəm əleyhissəlam səhv (zəllə - red.) edibsə, onun övladlarının da günah qazanması təəccüblü deyil. İnsanın təbiətən günaha mübtəla olması labüddür. Allah-təalanın gözəl adları (əsmail-husna) öz mənalarını əks etdirməlidir.
Allah-təalanın gözəl adlarını zikr edərkən, bir daha aydın olur ki, insan günah etməməli, onu qazanmamalıdır. Allahın gözəl adlarından biri də Qaffar, Əfuv, Təvvabdır. Əgər insan məsum olsaydı, günah qazanmasaydı, Allah kimi bağışlayardı, kimi əfv edərdi, kimin tövbəsini qəbul edərdi? Deməli, insanın məsum, pak olması bu gözəl adlara ziddir. Onları öz mənasından kənarlaşdırır. Buna görə də hədisdə Rəsullullah (s) buyurur: "And olsun Allaha! Əgər günah edib bağışlanmağınızı istəməsəniz, Allah sizi aradan götürüb əvəzinizə günah edib bağışlanmalarını istəyən bir qövm gətirər. Allah da onları bağışlayar".
Allahın gözəl adları öz mənalarını əks etdirsin, itirməsin. Bağışlayan Allah bağışlasın, əfv edən Allah əfv etsin, tövbəni qəbul edən Allah qəbul etsin. Ona görə də günahların insandan hasil olması təbiidir. Qeyri-təbii isə insanın günahlara davam etməsidir, Allaha qayıtmamasıdır. Bax, bu fəlakətdir.
Allah-təala insandan hasil olan günahların bağışlanması üçün yollar təyin edib. O yollardan birincisi - tövbədir. Tövbə insanın günahlarını yuyub aparır, necə ki, pak su çirkdən təmizləyir. Əgər günahkar kəs həqiqi tövbə etsə, Allah onun tövbəsini qəbul edər. Günahdan tövbə edən kəs günahı olmayan kimidir.
Allah-təala müşrik, zinakar, qafillər haqqında belə buyurur: "Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir! Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə və Allahın rizasını qazanmış halda dönər!" ("Furqan" surəsi, 70-71).




Allah başqa bir ayədə: "Allah günahından tövbə edənləri, təmiz və pak olanları sevər!", - buyurur ("Bəqərə" surəsi, 222).Tövbə gərək öz təsirini göstərsin, etdiyi günahdan insan uzaqlaşmalıdır. Buna görə peşmançılıq hiss etməlidir.
Salehə qadın Rahibə əl-Ədəviyyədən soruşurlar: "Əgər tövbə etsəm, Allah tövbəmi qəbul edər? Dedi: "Əksinə, ey cahil!". Əgər Allah sənə tövbə etməyi nəsib etsə, onda sən tövbə edərsən! Allahın tövbəni nəsib etməsi bəndənin tövbə etməsindən qabaqdır. Sonra salehə qadın bu ayəni oxuyur: "Allah onlara tövbə etmək üçün tövbə nəsib etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir və rəhmlidir! ("Tövbə" surəsi, 118).
Günahlardan paklanmaq üçün ikinci yol - istiğfardır, yəni Allahdan etdiyi günaha görə bağışlanmağını istəməkdir. Qurani-Kərimdə istiğfar çox vaxt tövbə ilə bərabər ifadə edilir.
Allah-təala buyurur: "Ey camaatım! Rəbbinizdən bağışlanmağınızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu, peydərpey yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. Günahkar olaraq üz çevirməyin!" ("Hud" surəsi, 52).Lakin istiğfar bəzən tövbə ilə bərabər sadalanmır. Bəzən insan tövbə etmir, amma etdiyi günaha görə Allahdan bağışlanmasını istəyir. İstiğfar sözünün mənası Allahdan bağışlanmasını istəməkdir. Nə üçün insan Allahdan bağışlanmasını istəməsin? Axı Allah-təala bağışlayandır!




Hədisi-qüdsidə Allah öz bəndələrinə deyir: "Ey mənim bəndələrim! Siz gecə və gündüz günah edirsiniz! Mən günahların hamısını bağışlayıram! Məndən bağışlanmağınızı istəyin. Mən də sizi bağışlayım!".
"Nisa" surəsinin 110-cu ayəsində Allah-təala buyurur: "Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər".
Allah-təala müttəqiləri belə vəsf edir: "Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin. O müttəqilər ki, bolluqda da, qıtlıqda da mallarını yoxsullara xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb tövbə edərək günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini bildikdə bir daha ona qayıtmazlar. Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!" ("Ali-İmran" surəsi, 133-136).
Bu ayələr müttəqiləri vəsf edir. Müttəqilər nə peyğəmbər, nə məsum, nə də mələklər deyil. Onların günaha batması mümkündür. Lakin mütəqilərin digər qism insanlardan fərqi onların tezliklə Allaha dönüb bağışlanmalırını istəmələridir. Onlar Allahı zikr edir, rəhmətinə sığınırlar.
Bütün peyğəmbərlər Allahdan bağışlanmalarını istəyiblər. Adəm və Həvva haqqında Allah-təala buyurur: "Adəm və Həvva: "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!"- dedilər ("Əraf" surəsi, 23).




Nuh peyğəmbər haqqında da Uca Allah onun belə dediyini bildirir: "Nuh dedi: "Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən (oğlu Kənan üçün Allahdan kömək istəmişdi) sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram!" ("Hud" surəsi, 47).
İbrahim peyğəmbər də həmçinin Allahdan onu və valideynlərini bağışlamasını istəyir: "Ey Rəbbimiz! Haqq-hesab çəkilən gün məni, ata-anamı və möminləri bağışla!" ("İbrahim" surəsi, 41).
Musa peyğəmbər: "Musa dedi: "Ey Rəbbim! Şübhəsiz ki, mən (bu qibtini vurub öldürməklə) özüm-özümə zülm etdim. Buna görə məni bağışla!". Allah Musanı bağışladı. Həqiqətən, O, bağışlayan, rəhm edəndir!" ("Qəsəs" surəsi, 16).




Bütün peyğəmbərlər, rəbbanilər, salehlər Allaha dua edib bağışlanmalarını istəyiblər. Ağıl sahibləri də həmçinin... Onların duası Qurani-Kərimdə bildirilir. Allah-təala buyurur: "Ey Rəbbimiz, həqiqətən biz: "Rəbbinizə inanın!" - deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib sənə iman gətirdik. İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al!" ("Ali-İmran" surəsi, 193).
Onlar Allaha öz imanları ilə yol axtarırlar, öz imanları ki, vasitə tuturlar. Ən çox istiğfar edən Muhəmməd peyğəmbər (s) olub. Allah ona özü və ümməti üçün bağışlanmasını istəməyi əmr edib. Həmçinin Allah-təala Peyğəmbərimizin əvvəlki və sonrakı günahlarını bağışlayıb. Amma Peyğəmbərimiz öz Rəbbindən bir anlıq da olsun qəflətdə olmayıb. Lakin Peyğəmbər gündə 70 və ya 100 dəfə istiğfar edərdi. Ən çox duaları da istiğfarla zəngindir.
Bəziləri namaz qılmaqla, ümrəyə və həccə getməklə özlərini övliya sayırlar. Onlara istiğfar edin - dedikdə deyir - nədən istiğfar edim? Elə bil günahı yoxdur. İnsan gərək istiğfar etməkdə davam etsin.
Bəzi alimlər belə deyirlər: Quran sizə həm xəstəlikləri, həm də müalicəsini öyrədib. Xəstəliklər günahlardır. Dərmanı, əlacı isə istiğfardır. Ən yaxşı istiğfar dilin qəlblə birləşib bağışlanmasını istəməkdir. İnsan qəlbən və dili ilə bunu etməlidir. Günahın nəticəsini hiss etməlidir. Allaha yalvarmalıdır. Boş dili ilə istiğfar etsə də, qəlbi hazır olmasa da bu da bəyəniləsi əməldir. Allah zərrə qədər görülən xeyir əməli zay etməz. Onun boş dili ilə istiğfar etməsi qeybətdən, xəbərçilikdən, yalandan, insanları məsxərəyə qoymaqdan yaxşıdır.
Mömin kəs Rəbbinin itaətində həmişə özünü təqsirkar görür. İstiğfar insanı günahlardan təmizləyir. Allah-təala yaxşı əməl sahibləri haqqında buyurur: "Onlar gecələr az yatırdılar. Səhərlər isə Allahdan bağışlanmalarını diləyirdilər" ("Zariyat" surəsi, 17-18).


Geri dön

Su Perisi

  • 3 fevral 2012 21:50
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
"Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir! Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə və Allahın rizasını qazanmış halda dönər!" ("Furqan" surəsi, 70-71).


--------------------

.♣.Chrysalis.♣.

  • 29 dekabr 2011 22:09
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
TWK EZIYYETE GORE

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

music_angel

  • 1 sentyabr 2011 13:32
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Ulya

  • 15 oktyabr 2010 12:30
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
Allah razi olsun

sevgi yalandir

  • 12 oktyabr 2010 15:33
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
tewekkurler allah razi olsun

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Azeri_Gozeli

  • 11 oktyabr 2010 00:04
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
Allah her kesin gunahlarindan kecsin Amin!Allah razi olsun cox ag ol

--------------------

Grace_Angel

  • 10 oktyabr 2010 23:15
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler xebere gore....ALLAH RAZI OLSUN...!!!

--------------------

Ghost

  • 10 oktyabr 2010 22:25
  • Məqalə: 658
  • Şərh: 184
  • Bal:
{awards}
Allah razi olsun!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 11
Qonaqlar: 52
Cəmi: 80

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 36
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 23
 
MiSS HaPPy)
Xəbərləri: 10
Cəmi: 18
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 671
 
ஐ Payiz ஐ
Xəbərləri: 5
Cəmi: 8
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 3
Cəmi: 226
 
 
{slinks}