
Xalq artisti Aygün Kazımova Gökhan Erol ilə duet oxuyub.«Radio verilişlərin birində qonaq olan Aygün xanım, məni «Bir gecəlik» mahnıma vurulduğunu bildirib. Buna görə özümü xoşbəxt hiss edə bilərəm. Aygün xanım mahnını mənimlə birgə ifa etmək istədiyini bildirdikdə isə əla şansımın yarandığını anladım. Artıq dueti yazdırmışıq və dinləyicilər onu radiodalğalarda dinləyərək qiymətləndirə bilər», - deyə türk ifaçı qeyd edib.Xatırladaq ki, A.Kazımova meyxanaçı Namiq Qaraçuxurludan sonra heç kimlə duet oxumayacağını bildirmişdi.