Mənə görə eşq

 
Mənə görə eşq

Bir insanın qarşısındakından eşqin tərifini istəməsi qədər axmaq bir şey ola bilməz. Çünki adama görə dəyişənlik göstərən və yalnız həmsöhbətiylə üst-üstə düşə bilən bir duyğudur bu... Mənim üçün eşq; bəzən oxuduğum kitablarda və ya seyr etdiyim filmlərdə mənə iç çəkdirən və "Onsuz da beləsi, ya filmlərdə olar ya da kitablarda..." dedirdən, bu dünyada gerçək mənada yaşayanların ya belə filmlərə ya da kitablara mövzu olacaq qədər az olduğuna inandığım bir şeydir... Əksəriyyətlə oxuduğum kitablardakı eşqlər, məni məst edər. Oxuduğum hər bir söz, gözlərimdən içimə sızar və ürəyimə işlər...
Eşqin asan olmadığını və bir dəfə olduğunu düşünərəm... Bəzən qısacıq dar zamanlarda yaşanmış eşqlərin bir ömür boyu təsirini itirməz. Həyatınızdan çıxıb getsə belə eyni şəkildə yerini götürəcək bir adam daha çıxmaz qarşınıza... Çünki bir ömürü dolduracaq qədər sıx yaşanmışdır.
Eşq, səbir istər, əmək istər, fədakarlıq istər. Bir dəfə özünə ola biləcək hər şəkildə dəbdəbəli bir şəkildə eşqini elan edən bir adamın əlaqəsinə qarşı, gənc qızın bu vəziyyətdən gözlərinin qamaşıb ağılının qarışması üzərinə, xalasının ona söylədiyi sözü indi də xatırlayıram. Ona demişdi ki:
"Görünüş, səni aldatmasın qızım. Bunlar, bir yanılma ola bilər. Bir gənc qızın ürəyi, böyük çətinliklərdən sonra qazanılmalıdır... Asan olan, çətin qazanılandan daha az qiymətli olmuşdur..."
Gənc qız, nəticəsində qulaq ardı etdiyi bu xəbərdarlıqlara aldırmamanın qarşılığını kədərli hadisələrlə ödədi. Amma həyat, hər vaxt ona olduğu kimi ikinci bir şans vermir...

Mənə görə eşq

Sevdiyimiz insanı hər gördüyümüzdə, ritmimiz dəyişər, ürəyimiz sürətlə çarpar, qan axışımız sürətlənər, yanaqlarımızı atəş basar... Nitqimiz tutular, danışa bilmərik. Əlimiz ayağımız, bir-birinə dolaşar... İnanılmaz bir həyəcan basar bizi... Gecələri başımızı yastığa qoyduğumuzda, bizi yatırtmayan son dərəcə canlı bir yuxudur... Artıq tək başına daşıya bilmərik. Mütləq ki bunu onunla paylaşmalıyıq.
Çox təəssüf ki eşq, hər vaxt ədalətli olmur. Bəzən bir ömür boyu susmağın lazımdır. Yalnız öz başına yaşayıb içində saxlamaq məcburiyyətində qalırsan. Qadağan şəhərin sərhədlərindən uzaq dayana bilmək, şərəfli bir davranışın əziyyətidir... Bəzən, o anda söylədin söylədin. Sonrasında bir baxmısan, zamanı olmayan küləklər, sizi ayrı-ayrı diyarlara sovurmuş... Bəzən də; səbirlə gözləməyin lazımdır. Bəlkə də illərcə, amma imtina etmədən, inancla... Bəzən də bəlkə də qarşı tərəfində paylaşdığı duyğuları heç etiraf edə bilməmək, dərin peşmanlıqlar böyüdər sol yanınızda...

Eşq - insanın ağılını başından almamalı, tam əksinə insanın ağılını başına gətirməli. İnsanın həyatını müsbət istiqamətdə dəyişdirməli, gözəlləşdirməlidir. Çünki eşq gözəldir, çünki eşq gözəlləşdirir.
Bir də, eşqin rəngini qırmızı olaraq kim təyin etdi görəsən? Çünki qırmızı, gözalıcı, təhlükəli və başdan çıxarıcıdır. Ehtiraslı, yandırıcı və cürətkardır. Halbuki eşq, rənglərin qarışığıdır. İçində həyata dair hər rəngi saxlayar.


Eşq sonsuzdur... Eşq bitməzdir!

Mənə görə eşq


Geri dön

Мой Мир

  • 26 noyabr 2011 16:48
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
Eşq sonsuzdur... Eşq bitməzdir!
vaoooooooo ne guzel soz ama kaski bele olsa heqiqetende twk canim

--------------------
∞♥

lubov

  • 25 noyabr 2011 12:10
  • Məqalə: 0
  • Şərh: 580
  • Bal:
{awards}
tshk smile

Ku-ku

  • 25 noyabr 2011 09:38
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
tewekkurler

--------------------

Dinar Mamedova

  • 25 noyabr 2011 07:38
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
cox gozel yazidi ellerin derd gormesin

--------------------

GlamouR_

  • 25 noyabr 2011 01:09
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
xeber maraqli idi.tewekkur

--------------------

.♣.Chrysalis.♣.

  • 25 noyabr 2011 00:13
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
Eşq sonsuzdur... Eşq bitməzdir!

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

FLY TIME

  • 24 noyabr 2011 23:20
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
xebere gore twk.......

_TUNAR_MAMEDOV_

  • 24 noyabr 2011 22:07
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
Bir insanın qarşısındakından eşqin tərifini istəməsi qədər axmaq bir şey ola bilməz

twkler maraqli idi....

--------------------

GUL YAGMURU

  • 24 noyabr 2011 21:08
  • Məqalə: 20
  • Şərh: 369
  • Bal:
{awards}
boyuk mena kesb eden sozlerdi..esqi men dusundyum kimi anlatmisiz..
ama esq mence agli basdan cixarir,bununla bacarmaq,hisslerini kontrol etmey cetindi..
tesekkur xebere gore...

--------------------
Esl qehremanliq heyatda mubarize aparib
qalib gelmekdir..

Music Star

  • 24 noyabr 2011 21:07
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
maraqli idi tskler

--------------------

VARLI OGLAN

  • 24 noyabr 2011 20:57
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
tesekkur wink

Elvin007

  • 24 noyabr 2011 20:27
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
xebere gore twk

--------------------
▼►►Proqramming◄◄▼

R_A_P_U_N_Z_E_L

  • 24 noyabr 2011 19:39
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

..:MeleK kiz:..

  • 24 noyabr 2011 19:27
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox gozel yazidi

angel angel

  • 24 noyabr 2011 19:16
  • Məqalə: 1
  • Şərh: 371
  • Bal:
{awards}
ewq sonsuzdur,ewq bitmezdir

tewekkurler super xeberdi

wiki

  • 24 noyabr 2011 19:13
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler,qewengdir

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 28
Cəmi: 45

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}