Şeytanın Tələsi və Abid

 
Şeytanın Tələsi və Abid


"Biharul ənvar kitabında "Üsuli Kafi kitabından İmam Sadiq əleyissalamdan belə bir məzmunda bir rəvayət nəql olunub:
Keçmiş zamanlarda bir abid var idi. Həmişə Allaha ibadət və itaət etməklə məşğul idi. O qədər ibadətdə çalışqan idi ki, şeytan onu süst edə bilmədi. Qışqırıb uşaqlarını ətrafına topladı. Dedi:
- Bu abidi yoldan çıxarda bimirəm. Siz bunun üçün bir çarə bilirsinizmi? Biri dedi:
- Mən ona şəhvət vəsvəsə edərəm və o da gedib zina edər.
Dedi:
- Bunu xeyri yoxdu. Çünki onda qadına əslən meyl yoxdu. Bir başqası dedi:
- Onu ləzzətli yeməklərdə aldadaram.Haram yeyər, şərab içər və həlak olar. Dedi:
- Bunun da xeyri yoxdur. Çünki, neçə il çəkdiyi zəhmətlərin nəticəsində yemək hissi onda ölüb. Üçüncü şeytan dedi:
- İbadət yolu ilə, həmən olduğu yolla onu aldadaram. Dedi:
- Bəli müqəddəslik yolu ilə bir iş görə bilərsən.
Bu iclasın nəticəsi bu oldu ki, kiçik şeytanın özü bu işi yerinə yetirməyə məmur oldu. Şeytan insan şəklinə girib yerlə-göy arasında abidin müqabilində namaz qılmağa başladı.
Abid onun namazda əslən yorulmadığını görüb təəccübləndi. Öz-özünə "Gedim görüm bu məqama yetişmək üçün nə əməl etmişdir dedi. Şeytanın başı namaza qarışmışdı və əslən abidə etina etmirdi. Namazın birini qurtaran kimi o birisini başlayırdı. Axırda abid ona and verdirib "təkcə bir sualım var, cavab ver deyərək dilləndi. Şeytan dayndı. Abid soruşdu.
- Bu məqama yetişmək üçün nə etmisın?
Şetan dedi:
- Mənim bu məqama yetişməyimə səbəb günah oldu. O günaha batdıqdan sonra tövbə etdim. Indi isə hər vaxt o günahı yadıma salıram, tövbə edirəm və ibadətim daha da güclənir. Sənə də məsləhət görürəm ki, bu məqama çatmaq üçün get zina et və sonra tövbə et.
Abid dedi:
- Nə cür zina edim? Əslən bunun yolunu bilmirəm və həm də pulum yoxdur.
- Şeytan iki dirhəm ona verib pozğun qadın olan məhəlləni ona göstərdi. Abid dağdan enib şəhərə gəldi. Camaatdan o qadının evini soruşdu. Camaat elə güman etdi ki, abid onu nəsihət etmək üçün gəlib. Onun evini tapdıqda pulu ona verib haram iş görməyi xahiş etdi.
Burada ALLAHın lütfü abidin köməyinə gəldi və onu hidayət etməsini o qadının ürəyinə saldı. Qadın abidin üzünə baxdı. Gördü ki, onun üzündən zahidlik və iman yağır və bura gəlməsi adi hal deyil. Ondan soruşdu:
- Necə oldu ki, bura gəldin? Abid dedi:
- Sənin nəyinə lazım, pulunu al razı ol. Qadın dedi:
- Əgər həqiqəti deməsən razı olmayacağam.
Axırda abid çarəsiz qalıb başına gələnləri danışdı. Qadın dedi:
- Ay Abid! Baxmayaraq ki, mənim zərərimədi, amma bil ki, səni yoldan çıxarıb bura göndərən şeytandı. Abid dedi:
O mənə söz verdi ki, onun məqamına çatacağam, heç də sənin dediyin kimi deyil. Dedi:
- Ey Abid, hardan məlumdur ki, zina etdikdən sonra tövbə edə biləcəksən və ya tövbən qəbul olacaq. Bundan əlavə cırılmamış parça yaxşıdır yoxsa cırılıb sonradan tikilən parça?! Səni aldadan şeytandır.
Abid yenə qəbul etmədi. Axırda qadın dedi:
Mən burda dayanmışam. Sən qayıt, əgər gördün oradadır və ibadətə məşğuldur, təzədən qayıt gəl, yox əgər görsən ondan bir əsər -əlamət yoxdur, bil ki, şeytan olub.
Əlbəttə, oğru tanınan kimi qaçar. Mömin şeytanın vəsvəsəsini başa düşən kimi şeytan qaçar. Qayıtdığı zaman gördü ki, heç kəs yoxdur. Başa düşdü ki, bu məlun onu tora salmaq istəyirdi.
Buna xatir də o pozğun qadına dua etdi. Deyirlər həmin gecə o qadının ömrünün axırı idi və dünyadan getdi. O zamanın Peyğımbərinə (s.ə.s) vəhy olundu ki, onu basdırmağa getsin. Peyğəmbər (s.ə.s) buyurdu:
-İlahi bu qadın pozğunluğu ilə mərufdur. Vəhy gəldi:
-O mənim evimdən qaçmış bir bəndəni qaytardı və mənim bəndəmin nicat tapmasına səbəb oldu. Biz də ona nicat verdik.
Moizənin çox qiyməti var. Kim günahkar bəndəni günahdan saxlaya bilsə, tövbə etdirsə ALLAHa şükr edəndir. Bunun əvəzini verər və onu hidayət edər.
Bir yandan da iblisin hiylələrindən heyranam. Öz süstlüyümə baxıb aqibətimizin nə olacağı haqda fikirləşirəm.
Buradan sağlam gedəcəyik ya yox?! Əgər ALLAHın fəzli köməyimizə gəlsə bizim nicat tapmağımıza ümid var.


Geri dön

.♣.Chrysalis.♣.

  • 29 dekabr 2011 22:10
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
TWK EZIYYETE GORE

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

music_angel

  • 1 sentyabr 2011 13:32
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

R.M_FaNaTka

  • 21 iyul 2011 00:19
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twkler

--------------------

qapqara

  • 15 mart 2011 13:19
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
allah heckesi tek qoymasin.emeyi olanlara allah razi olsun

only-girl

  • 16 fevral 2011 17:45
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
maraglidi twk

--------------------

Ulya

  • 15 oktyabr 2010 12:29
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

Azeri_Gozeli

  • 11 oktyabr 2010 17:29
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah bizi seytanin telesinen uzaq elesin Amin cox sag ol

--------------------

Grace_Angel

  • 10 oktyabr 2010 23:18
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xebere gore...ALLAH RAZI OLSUN...!!!

--------------------

Ghost

  • 10 oktyabr 2010 22:26
  • Məqalə: 658
  • Şərh: 185
  • Bal:
{awards}
Twk!

Afran007

  • 10 oktyabr 2010 22:14
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
fellow

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 39
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}