Axmaq oğrular

 
Axmaq oğrular

5-ci yer: bir amerikalı bank yarmaq qərarına gəlir. “Bank of Amerika”ya gələrək depozit blankının üzərinə “bu qarətdi, bütün pulları paketə qoy” cümləsini yazır. Xəzinəyə yaxınlaşanda nədənsə şübhələnərək birdən dayanır. “Bəlkə kimsə onun yazdıqlarını görüb, bəlkə artıq polisə xəbər verib”, – deyə düşünən qarətçi bankdan çıxır və yolun o biri üzündəki Wells Fargo bankına girir. Əlindəki blankı operator xanıma uzadanda yazının savadsızlıq dərəcəsini görən qız qarətçinin ağlının səviyyəsini müəyyənləşdirir. Blankı geri uzadıb deyir: “Bunu qəbul edə bilmərəm, çünki blankın üzərində “Bank of Amerika” yazılıb. Siz ya tələbinizi yeni blanka yazmalı, ya da üzbəüzdə yerləşən banka qayıtmalısınız.”
Əhvalı pozulan qarətçi bankı tərk edir, xanım isə polisə zəng vurur. 5 dəqiqədən sonra onu tuturlar. Bilirsiniz harda? Bəli, “Bank of Amerika”da.

4-cü yer: Miçiqanda məhkəmə zamanı uyuşdurucuların saxlanması və istifadəsinə görə ittiham olunan Kristofer Yansen bildirib ki, polis əməkdaşı əlində order olmaya-olmaya onu yoxlayıb. Prokuror cavab verib ki, Yansenin gödəkcəsinin cibi qəribə şəkildə qabardığı üçün polis orada tapanca olmağından şübhələnib, bu halda isə heç bir order lazım deyil. “Bu cəfəngiyyatdır, mən elə indi də həmin gödəkcədəyəm və burda tapanca gizlətməyə yer yoxdur.” Bu sözlərlə Yansen əynindəki gödəkcəni çıxarıb hakimə uzadır. Hakim isə onun cibindən kokainlə dolu paket tapır.
Məhkəmə iclasında məcburi fasilə elan olunub, çünki hakim düz beş dəqiqə ərzində dayanmadan gülüb.

3-cü yer: Oklaxoma ştatı: silahlı basqına görə ittiham olunan Denis Nyuton vəkildən imtina edir və özü özünü müdafiə etməyi qərara alır. Müdafiə heç də pis alınmırdı, lakin hakim basqın olunan mağazanın menecerini şahid qismində dəvət etdikdə, qadın ittiham olunanı tanıyır və onun günahkar olduğunu deyir. Denis yerindən sıçrayaraq qadını yalançılıqda günahlandırır və “Gərək sənin boş başına elə mağazada bir güllə çaxaydım” deyir və buraxdığı səhvi başa düşərək tez əlavə edir “təbii ki orda olsaydım”.
Bundan sonra müttəhimə “otuz illik həbs” hökmünü kəsmək üçün hakimə cəmi 20 dəqiqə vaxt lazım olub.

2-ci yer: Detroyt ştatında: küçədə gəzişən cavan oğlan polis patrulunun başına yığışan uşaqları görüb onlara yaxınlaşır. Burada polis əməkdaşları patrul maşınına quraşdırılmış yeni kompyuteri nümayiş etdirirdilər. Kompyuterin necə işlədiyini oğlana göstərmək üçün qanun keşikçisi onun sürücülük vəsiqəsini götürüb məlumatı bilgisayara köçürür. Bir neçə dəqiqədən sonra cavan oğlanı həbs edirlər, çünki kompyüter onun iki il əvvəl Missuri ştatının Sent-Luis şəhərində baş verən oğurluqda təqsirli olduğunu göstərir.

1-ci yer : qalib: iki qarətçi əlində tapanca səsyazma mağazasına soxulur. Onlardan biri tapanca ilə ətrafdakıları hədələyərək “yerindən tərpənəni vuracam” deyə qışqırır. Bu zaman ikinci qarətçi kassaya yaxınlaşıb pulları tələb etmək istəyir. Birinci qarətçi düşünmədən öz sözünü yerinə yetirir – yoldaşını güllələyir.


Geri dön

nilayka

  • 21 fevral 2011 21:34
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
elaaa ox sag ol

--------------------

Ulya

  • 15 oktyabr 2010 12:30
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
superdi cox sagol

Azeri_Tukaw

  • 11 oktyabr 2010 02:55
  • Məqalə: 0
  • Şərh: 88
  • Bal:
{awards}
qewex idi love

--------------------
Жизнь-хороший учитель.Но она так дорого берет за ошибки.

Mr_Unlimited

  • 11 oktyabr 2010 00:46
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
axirinci zordu[b][/b]

Azeri_Gozeli

  • 11 oktyabr 2010 00:05
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
elaaa ox sag ol

--------------------

Dj_Tural

  • 10 oktyabr 2010 23:21
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
tewekkurler

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 32
Cəmi: 44

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}