Adamın adamı-Zaur Baxşəliyev

 
Adamın adamı-Zaur Baxşəliyev

Məmləkətimizdə hara tərpənsən gərək adamın ola. Hətta "tolkuçka"da arvad tumanı satsan belə, gərək adamın ola ki, "uçaskovı" tez-tez gəlib sənə "ilişməsin". Amma bu günlərdə adamın adamını elə bir yerdə gördüm ki, dəli olmaq həddinə çatdım və özüm-özümə sual verdim - hətta burda da?

ATV-də yayımlanan "Onun yarısı" verilişinə bir neçə dəfə sona qədər baxmağa cəhd etmsəm də, alınmayıb. Bir az baxan kimi bu verilişdə iştirak edənlərin özünə qarşı hörmətsizliyinə mat qalmışam. Görəsən, adam özünü bu qədər aşağılamaq üçün hansı proseslərdən keçir?

Ən dəhşətlisi bu verilişdə ərə getməyə gələn qızların bəzisinə naməlum səbəblərdən Zaurun qahmar çıxmasıdır. Sən demə, Zaur da adamın adamı olmağı bacarırmış. O, ötən həftə iştirakçı qızlardan birini çox qəribə tərzdə müdafiə etdi. Əslində özünün də nə istədiyini bilməyən bu iştirakçı çox varlı olduğunu deyir, gah kasıb oğlan, gah varlı oğlan axtardığını söyləyirdi. Görəsən, qızın minlərlə tamaşaçının qarşısında ağzına gələni danışması hansı mentalitetdə, hansı adətdə olub? Yəqin bu da Zaurun mentalitetidir, özünəməxsusdur. Lakin bu da ağrılı deyil, o, Zaurdur, kimi müdafiə edər, nəyə görə müdafiə edər, öz işidir. Çünki dövlətimiz ona ATV boyda imkan yaradıb ki, ürəyi istədiyini desin və eləsin.

Amma bu verilişdə ağıldankəm bir qıza saatlarla yalvaran oğlanın sabah hansısa ailəyə başçılıq edəcəyinə, ata olacağına, ər olacağına inana bilmirsən. Yeri gəlmişkən, ata deyərkən mən əsl ATAnı nəzərdə tuturam. Yəni Allah bütün yaratdığı canlılara artma qabliyyəti verib. Doğmaq və ya doğuzdurmaq hələ ata-ana demək deyil. Ќəzərə alaq ki, bəzən ata-ana uşağını, artımını küçəyə, zibilliyə də atır. Onu da nəzərə alaq ki, "Onun yarısı", "Toy olsun" verilişləri gənclərimizə pulsuz paylanan tiryəkdir, narkotikdir. Bu, əslində təkcə gənclərimizə deyil, elə cəmiyyətimizə pulsuz, parasız sırınan bihuşdarıdır.
Oxucuların çoxunun evində yaşlı qadınlar var, yəni nənlərimiz. Vaxtilə nəvəsinə corab, əlcək toxuyan nənələrimiz indi telekanallarda nümayiş olunan Meksika, Braziliya seriallarına, "Onun yarısı"na, "Toy olsun"a baxırlar. Babalarımız, yaşlı kişilərimiz səviyyəsiz söz yığını olan meyxana yarışmalarını izləyirlər. Tanıdığım onlarla qarı var ki, baxdığı seriallardan ilhamlanıb nəvəsinə Ancelina, Kross adları verməyə cəhd edirlər.

Gənc qızlarımız isə telekanallarda "mavi" stlistlərin qadınlarımızı it kökünə salmalarını izləyib, öz üzərlərində bunu tətbiq etməyə çalışırlar. Bu arada yeniyetmə oğlanlarımız Faiq Ağayevə, Nadir Qafarzadəyə oxşamağa can atırlar. Bu gəncləri hər 6 aydan bir təmir adıyla dağıdılan yolların yaratdığı işgəncələr o qədər də narahat etmir. Bu qocaları təqaüdlərinin çox azlığı da ilgiləndirməz. Onlar bu narahatlığı ancaq xəstələnib dərman alanda və ya pampersə ehtiyacları olanda yaşayırlar.
Və ya işdən evə yorğun gələn gənc atanı, telekanalda nümayiş etdirilən 200 minlik avtomobili Cavanşir Məmmədovun necə alması ilə bağlı suallar o qədər məşğul edir ki, o, artıq uşaqpulunun Milli Məclis tərəfindən yasaq olunmasının səbəbini düşünə bilmir.


Geri dön

......ROMA......

  • 27 noyabr 2011 21:59
  • Məqalə: 4
  • Şərh: 329
  • Bal:
wink wink

--------------------
Sevdinsə kölgəyə dönüb hər zaman,
Sən onu hər yerdə izləyəcəksən.
Sevdinsə qəm içib dərd udacaqsan.
Onu unutmağı unudacaqsan.

Dusha_Moya))

  • 25 noyabr 2011 20:33
  • Məqalə: 0
  • Şərh: 453
  • Bal:
{awards}
Əgər öz fikirlərindisə, yalnız alqışa layiqsən,, yox əgər sənin yazın deyilsə, fərq etməz bunu yazan gözəl düşünən beyindir, bu şərhsizdir..Mən şəxsən Zaura sidqi qəlbdən nifrət edirəm, həqiqətən də Azərbaycan hara gedir, niyə gedir bilmirəm, bildiyim bir tək şey odur ki, gələn nəsil indidən insanı vahimələndirir..indiki cavanların dərs, elm, kitabdan başqa hər şeyi düşünüb, saatlarını kompyuter arxasında keçirməsi, yalanın həqiqətdən çox olması, mərdliyin deyil, namərdliyin dəbə minməsi məni şəxsən qorxudur.. nə deyim, Vallahi o verilişə çıxan heç bir kişiyə hörmətim yoxdu..qadını yenə başa düşmək olar, bizdə qızların ailə qurması çətin məsələdir, lakin kişiyə nə deyim?? məgər Azərbaycanda ailə qurmaq istədiyi xanımı oğlan və ya ailəsi seçmir?? yəni kişinin ailə qurmağı daha realdır, nəyin ki, qadının..nə var pulsuz toy edib, nələrisə əldə edəcək, özünü bu ucuz reklama satır..nə isə ..tşkr..LiKe! fellow ))

.♣.Chrysalis.♣.

  • 25 noyabr 2011 20:11
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
TWK COX MARAQLI MELUMAT IDI

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

_TUNAR_MAMEDOV_

  • 25 noyabr 2011 19:31
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
eziyyete gore twkler...

--------------------

R_A_P_U_N_Z_E_L

  • 25 noyabr 2011 19:25
  • Məqalə: 36
  • Şərh: 2964
  • Bal:
{awards}
tesekkurler xebere gore

... Deryam ...

  • 25 noyabr 2011 17:25
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
Baba nənələr verlişə çıxıb özünə ......axtarırsa mədəniyətdən danışmaq pis çıxır
Mavi stilistlər wink dəhşət........
dünya dağılırda az qalıb , bir az silkələmək lazımdı camaatı oyansınlar və güzgüyə baxsınlarfellow

--------------------

bakugan

  • 25 noyabr 2011 17:11
  • Məqalə: 0
  • Şərh: 42
  • Bal:
{awards}
dtrfqeyfhrt7ty4tyw45

Su Perisi

  • 25 noyabr 2011 17:09
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
{awards}
menim zaurdan zehlem gedir

--------------------

Enerelen

  • 25 noyabr 2011 17:09
  • Məqalə: 108
  • Şərh: 967
  • Bal:
{awards}
mən özümü oxşadsam nadirə yox faiqə yox sadəcə hansısa sevdiyim bir insana(məhşurluğunun fərqi olmadan)oxşadaram ....zaura gələndədə ki mən deyirəm zaur ATV nin 15 - 20 ildən sonrakı prezidentidi.....axı o səviyyəsizlər kralıdı o olmalıdıda prezident .....bu dünyanın qanunudu kişilər,qeyrətlilər,öz şotuna qalxan oğlanlar olur hörmətsiz....zaur kimi yaltağ,vicdansız,pula satılanlar olur ideallarımız...(((hayıffff recourse .......

--------------------
Artıq şeirlərimi, hekayələrimi və b. yaradıcılıq işlərimi paylaşmayacam.Məndən bu kimi işlərimin davamını gözləyən çox az saylı userlərdən üzr istəyirəm.

jalicka...

  • 25 noyabr 2011 16:57
  • Məqalə: 0
  • Şərh: 698
  • Bal:
{awards}
TWK

--------------------
Seni bulmaktan once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil sana
Hep yeniden baslamak isterim

N.M

  • 25 noyabr 2011 16:28
  • Məqalə: 0
  • Şərh: 149
  • Bal:
{awards}
menim Zaurdan zehlem gedir hec oxumadimda

RM_fanatqa...

  • 25 noyabr 2011 16:19
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
antisimpatiyam var on

castle_walls

  • 25 noyabr 2011 15:57
  • Məqalə: 0
  • Şərh: 576
  • Bal:
{awards}
ela xeberdi.Kimlerinse menim kimi fikirleshmesine sevindim.nifret eliyirem men o verlishlere.umumiyyetle hec hovselem catmaz menim bunnara baxmaga verlisin sonuna qeder.Vallah kecen defe mende ele bele oturdum ki baxim gorum neyniyiller.Bir oglan gordum qiza ne bilim gul getirib seir diyirdi etim day tokuldu eee.cixib ozderin biabr eliyiller.Hec verlisin ardina baxmadan kecdim otagima.mence bele verlisler yigisdirilmalidi...Zaura qalib hamini evlendirmey?evlenmeye gelenneri de hemise olmasada arada bir goruruy de....Neye lazim.Men day demey olar ki tvye baxa bilmirem..

--------------------
Bu gunler bizim omrumuzden kecher
Menim son umidim achilan seher
Senin ellerin,menim elimden
Ayrilarag qovushar ebedi goylere..

zoluska

  • 25 noyabr 2011 15:46
  • Məqalə: 1
  • Şərh: 864
  • Bal:
{awards}
duzdur yazan eller var olsun

juliyet

  • 25 noyabr 2011 15:41
  • Məqalə: 0
  • Şərh: 37
  • Bal:
{awards}
duzdu adamin gelek adami ola twk

joyful

  • 25 noyabr 2011 14:56
  • Məqalə: 43
  • Şərh: 951
  • Bal:
{awards}
duz soze ne diyesen.Heqiqetende beledir.Tewekkur.

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.

FLY TİME

  • 25 noyabr 2011 14:30
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
{awards}
zehlem gedir bundan daniwdiqlari da 50-50-ye.....xebere gore twk.......

Music Star

  • 25 noyabr 2011 14:29
  • Məqalə: 107
  • Şərh: 3136
  • Bal:
{awards}
Hm Ne deyim tesekkurler

--------------------

MiLeyla

  • 25 noyabr 2011 14:10
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
onda bele bir qerara gelekki,artiq Azerbaycanda bir nefer bele olsun normal adam qalmiyib!cunki her kesin heyatinda bunlarin hamisida olmasa en azi birine tesaduf etmek mumkundu.

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Ku-ku

  • 25 noyabr 2011 14:07
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
hmmmmmm twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 58
Cəmi: 83

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 67
Cəmi: 733
 
The Shield
Xəbərləri: 66
Cəmi: 83
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 47
Cəmi: 476
 
♔Hе важно∞
Xəbərləri: 36
Cəmi: 207
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}