Uşağınız çox yeyirsə

 
Uşağınız çox yeyirsə

Yemək istəməyən uşaqlarda olduğu kimi, çox yeyən uşaqlarda da valideynlər, ilk növbədə, səbəbi özlərində axtarmalıdırlar.

Başqa bir məsələ isə hər uşağın özünəməxsus “doyma nöqtəsinin” olması ilə bağlıdır. Ona görə də, bu cür problemlərlə qarşılaşan valideynlər əvvəlcə uşaqlarının həkimləri ilə görüşməli, əgər həkim razılıq verərsə, pəhriz mütəxəssisinə müraciət etməlidirlər. Digər tərəfdən, uşağınızın nə üçün çox yediyini araşdıra, əgər səbəb fiziolojidirsə, uşaq həkiminə, psixolojidirsə, pedaqoqa və ya psixoloqa müraciət edə bilərsiniz…

Əksər analar uşaqlarının iştahasızlığından şikayət edirlər. Ancaq unutmaq olmaz ki, uşağının çox yeməyindən şikayət edən analar da var. Hər şeydən əvvəl deyək ki, bu “çox” sözü valideynlərə görə yox, uşağa və ya uşaq həkiminin rəyinə görə müəyyən edilməlidir. Yemək istəməyən uşaqlarda olduğu kimi, çox yeyən uşaqlarda da valideynlər, ilk növbədə, səbəbi özlərində axtarmalıdırlar. Başqa bir məsələ isə hər uşağın özünəməxsus “doyma nöqtəsinin” olması ilə bağlıdır. Ona görə də, bu cür problemlərlə qarşılaşan valideynlər əvvəlcə uşaqlarının həkimləri ilə görüşməli, əgər həkim razılıq verərsə, pəhriz mütəxəssisinə müraciət etməlidirlər. Bəs, çox yeyən uşaqlar üçün başqa nə etmək olar? Aşağıda bütün bunları maddə-maddə sıralamağa çalışaq…
Uşağınız hələ çox kiçikdirsə, yəni özünü ifadə edə bilmirsə, onu bu işdən çəkindirməyə çalışın. Təbii ki, bunu yeməkləri uşağınızın əlindən almaqla yox, gizlətməklə həyata keçirin. Yox, əgər uşağınız böyükdürsə, yəni özünü ifadə edə bilirsə, onun “vəziyyətlə barışmasına” nail olun. Digər tərəfdən, uşağınızın nə üçün çox yediyini araşdırın. Əgər səbəb fiziolojidirsə, uşaq həkiminə, psixolojidirsə, pedaqoqa və ya psixoloqa müraciət edin. Bir şeyi də unutmaq olmaz ki, valideyn uşağın yeməyinə necə gəldi müdaxilə etməməlidir. Çünki hər uşağın fiziki imkanları fərqlidir. Əgər uşağın yeməyinə nəzarət etməkdən söhbət gedirsə, bu, pəhriz mütəxəssislərinin məsləhəti ilə həyata keçirilməlidir. Digər tərəfdən, həyata keçirdiyiniz bu tədbirlərdən tez nəticə gözləmək də təhlükəlidir.

Tarixdə bəşər həyatını dəyişən, insanın məişətində ciddi “redaktələr” edən möhtəşəm kəşflər var. Odun kəşfi, çörəyin kəşfi, kağızın kəşfi, kitabın kəşfi, mühərrikin kəşfi, elektrikin kəşfi, radionun kəşfi, telefonun işıq üzü görməsi, televizorun insan həyatına girməsi, bəşərin kosmosa ayaq açması… və nəhayət kompyuter texnologiyası. Xüsusilə də, sonuncunun, yəni kompyuter texnologiyasının kəşfi insan həyatına o qədər ciddi təsir göstərib, o qədər dəyişikliklər edib ki, artıq hər səhər yeni bir şey eşitməyə adət etmişik. Hətta bir çoxumuz texniki imkanlara yetişməkdə belə ciddi çətinliklər yaşayırıq. Elə bu sürətli yenilənmələrin fonunda həyatımızın kitab kimi çox mühüm amili müvəqqəti də olsa, axra plana atılıb. Ancaq bir həqiqət var ki, həyat nə qədər yenilənir-yenilənsin, mühit nə qədər dəyişir-dəyişsin, yemək vücudumuzun, oxumaq isə mənəviyyatımızın ən mühüm ehtiyaclarından biri olaraq qalacaq. Ona görə də, həyatımızda kitaba daha geniş yer ayırmalı, onunla davranışı tərbiyə vasitəsinə çevirməli, uşaqlarımıza, gələcək nəsillərə kitab sevgisi aşılamalıyıq.

Kitabların anası

Qurani-Kərim Allahın (c.c.) bəşər oğluna göndərdiyi kitabdır. Quran həyat rəhbəridir, ən gözəl təlimlər toplusudur, ən gözəl bilgilər məcmusudur. Qurani-Kərimə qədər də Allah Adəm oğluna kitablar göndərdi və hər birində də həqiqəti necə kəşf etməyi öyrətdi, dünyada və axirətdə necə xoşbəxt olmağı öyrətdi. Ona görə də, kitab anlayışında bir ucalıq, bir müqəddəslik var. Min ildən artıqdır ki, İslam aləmində kitab dedikdə ilk olaraq ağla Quran gəlir. Quran bütün kitabların anası, bütün elmlərin məcmusudur.

Oxumaq düşünməyi öyrədir

Quran insanı oxumağa və düşünməyə dəvət edir. Oxumaq və düşünmək əslində insanın mənəvi dünyasının formalaşmasında iki ən mühüm amildir. Elmi əsaslarla isbat edilib ki, bir kitabı oxumaq bir filmə tamaşa etməkdən daha çox düşüncə materialı verir. Sən bir filmə baxanda istər-istəməz rejissorun, operatorun, rəssamın və daha kimlərin ortaq düşüncəsinin məhsulu kimi ortaya çıxmış qənaətə, nəticəyə tamaşa etmiş olursan. Yazını oxuyanda isə artıq nə rejissor var, nə operator var, nə rəssam var, nə də bir başqası, sənin şəxsi təfəkkürün, şəxsi düşüncən onların hamısını əvəz edir. Oxumaq düşünməyi inkişaf etdirdiyi kimi, düşünmək də sənin təsəvvürünü genişləndirir, fantaziyanı gücləndirir.

Oxumaq nitqi gözəlləşdirir

Adam var, səslə oxuyur, adam da var, ürəyində oxuyur. Kitab oxumağın ən mühüm faydalarından biri də nitqin inkişafına güclü təsir göstərməsidir. Əgər başqalarına mane olmursunuzsa, səslə, özü də qiraət qanunlarına uyğun oxuyun. Gözünüz yazıya baxdıqca siz həm yeni sözlər öyrənərək leksik imkanlarınızı genişləndirəcək, həm də nitq qabiliyyətinizi gücləndirəcəksiniz. Hər hansı mətni qiraətlə oxumaq adamın nitqini gözəlləşdirir. Mətndə vurğunun yerinin dəqiqləşdirilməsi və oxu zamanı irəli sürülən məsələnin xüsusi olaraq qabardılması nitqin aydınlaşmasında və tələffüzün gözəlləşməsində çox mühüm amillərdəndir. Fikrin qısa və dolğun ifadəsi üçün bədii ədəbiyyat oxumaq çox faydalıdır. Mütəxəssislər xüsusi olaraq vurğulayırlar ki, on yaşına qədər uşaqlara nağıllar, hekayələr, bir sözlə, fantaziyanı, təxəyyülü inkişaf etdirən mətnlər oxutmaq bir tərəfdən onun söz ehtiyatını artırırsa, bir tərəfdən də düşüncə üfüqlərini genişləndirir. Təkərləmələr, düzgülər, sanamalar isə hər şeydən əvvəl dəqiq və sürətli nitqin formalaşmasına xidmət edir. Xalqın ruhundan, yaddaşından süzülüb gələn bu nəzm parçaları oxuyana milli duyğular aşılayır. Mətnə diqqət edin:
Əlimi bıçaq kəsibdi,
Dəstə bıçaq kəsibdi,
Yağ gətirin, yağlayaq,
Bal gətirin, ballayaq,
Dəsmal gətirin, bağlayaq.
Dəsmal dəvə boynunda,
Dəvə Şirvan yolunda,
Şirvan yolu gil bağlar,
Dəstə-dəstə gül bağlar…
Bu mətndə dilin rəvanlığı və axıcılığı elə ilk andan diqqəti cəlb edir. Bu cür mətnlər oxucunu bir anda dağdan arana, yaydan qışa aparır, ancaq oxucu bu rəvanlıqda, bu axıcılıqda məntiq axtarmır, fikrin birdən-birə niyə bu qədər dəyişdiyini soruşmur. Çünki özü dilin o yağ kimi axarında, bal kimi şirinliyində axıb gedir, fikrin onu hara apardığından daha çox necə apardığına, necə uçurduğuna heyran kəsilir.

Nəyi oxumaq, nəyi oxumamaq…

Oxunan mətn istər-istəməz oxucuya müəyyən qədər təsir göstərir, əgər oxucu hələ dünyagörüşü tam formalaşmamış bir yeniyetmə və ya bir uşaqdırsa, məsələnin aktuallığı daha da artır. Elə mətnlər var ki, yeniyetmənin fikrini qarışdırır, onun qəti qənaətə gəlməsinə mane olur. Bəzən də uşaq oxuduğu materialın səmimiliyinə inanmır, orada yazılanların real həyatla uzlaşmadığını yaxşı bilir. Ona görə də, uşaq üçün oxu materialı seçərkən ciddi götür-qoy etmək, hansı mətnin hansı qənaət və ya nəticə doğuracağını irəlicədən təxmin etmək lazımdır. Çünki uşaq oxuduğu mətni qəbul etmirsə, bu münasibət nəticə etibarilə sizə də yönələcək. Yeniyetmə daha çox insanlıq duyğusu, həyat sevgisi aşılayan mətnlər oxumalıdır, ideoloji mahiyyət daşıyan yazılar, anlaşılması çətin materiallar uşağı kitabdan bezdirə bilər.

Əvvəl kitabını oxu, sonra filminə bax!

Dünya ədəbiyyatının məşhur macəra romanları var: “Robinzon Kruzonun macəraları”, “Kapitan Qrantın uşaqları”, “Dəfinələr adası”, “Tom Soyyerin macəraları”… Bu əsərlər o qədər maraqlıdırlar ki, oxuduqca oxuyur, düşündükcə düşünürsən. Macəra ədəbiyyatı oxucu üçün, özü də kiçik yaşlı oxucu üçün eyni zamanda çox gözəl səyahət imkanıdır. Uşaq bu kitabları oxuduqca dünyagörüşü inkişaf edir, kitabı tamamlamadan rahat ola bilmir. Bu əsərlər ən çox oxucunun təxəyyülünü, təsəvvürünü inkişaf etdirir. Oxucu kitabdan ayrılandan sonra da oxuduqlarını gözləri qarşısında canlandırır, öz təxəyyül və təsəvvürünün imkanları ilə onları sanki filmə çevirir. Xalq ədəbiyyatımıza daxil edilən bir çox nağıl və dastanlar, S. S. Axundovun, Ə. Haqverdiyevin, A. Şaiqin, Ə. Məmmədxanlının, İ. Əfəndiyevin hekayələri də yeniyetməni düşündürmək baxımından çox qiymətli oxu materiallarıdır. Ancaq, dediyimiz kimi, bu məsələdə kimə nəyi vermək məsələsi çox vacibdir. Belə ki, seçim düzgün olmasa, arzu edilən nəticəni əldə etmək də mümkün olmaz.
Sizə maraqlı bir təklif deyək: Uşaq hansısa bir macəra əsərini və ya hansısa bir romanı oxuyub qurtarandan sonra əgər varsa, ona həmin əsərin kino variantına baxmaq imkanı verin. Uşaq öz təsəvvürünün kino variantı ilə nə qədər uyğun gəlib-gəlmədiyini araşdırsın. Başqa sözlə, rejissorun təsəvvürü ilə öz təsəvvürünü müqayisə etsin. Əmin olun ki, sizin bu eksperimentiniz uşağınız üçün çox faydalı olacaq. Çalışmaq lazımdır ki, uşaq televizordan daha çox kitaba “baxsın”. Çünki görmə yaddaşı heç vaxt oxuma yaddaşı qədər təsirli və dərin ola bilməz.

Səhifə axtarmaq yarışı

Bugünkü gənclik bütün elmi işlərini kompyuterin verdiyi imkanlarla həll edir, istədiyi mətni internetdə tapıb oxuyur. Bu gün kompyuter həyatımızın ayrılmaz bir hissəsidir. Ancaq bu o demək deyil ki, yüz illərdən bəri bəşəriyyətin istifadə etdiyi kitab anlayışı artıq tarixə gömülməlidir. Kitab hələ uzun müddət insanın xidmətində olacaq. Ola bilsin ki, şəkli, forması müəyyən qədər dəyişsin, ancaq olacaq. Kitab – mədəniyyətdir və mədəniyyət daşıyıcısı olan kitab oxucusuna mədəniyyət aşılayacaq. Ona görə də, uşaqlara kitabla davranmaq vərdişi aşılamaq, onlarda oxumaq vərdişini inkişaf etdirmək lazımdır. Bunun üçün müəyyən müsabiqələr, yarışlar keçirmək effektli olur. Uşaqlara müəyyən tapşırıqlar verirsiniz, məsələn filan cümləni kitabdan tapmağı tapşırırsınız və tez tapana da mükafat verirsiniz. Əslində, bu yolla siz uşağa sürətli oxuma vərdişi də aşılamış olursunuz. Düşünüb, bu istiqamətdə bir-birindən maraqlı müsabiqələr keçirə və uşağın kitaba olan marağını artıra bilərsiniz. Tərbiyə məsələsində də kitablar sizin ən yaxın köməkçiniz ola bilər. Ancaq diqqətli olmaq, doğru seçim etmək lazımdır, yoxsa doğru nəticə əldə edə bilməzsiniz.


Geri dön

N_E_L_L_A

  • 11 fevral 2012 16:05
  • Məqalə: 5
  • Şərh: 87
  • Bal:
bababababababbaba

--------------------
http://smayliki.ru/smilies-47.html

......ROMA......

  • 27 noyabr 2011 21:57
  • Məqalə: 4
  • Şərh: 329
  • Bal:
{awards}
laughing

--------------------
Sevdinsə kölgəyə dönüb hər zaman,
Sən onu hər yerdə izləyəcəksən.
Sevdinsə qəm içib dərd udacaqsan.
Onu unutmağı unudacaqsan.

meri

  • 26 noyabr 2011 00:14
  • Məqalə: 0
  • Şərh: 219
  • Bal:
{awards}
Mən güclə yedirdirəm

.♣.Chrysalis.♣.

  • 25 noyabr 2011 20:08
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

_TUNAR_MAMEDOV_

  • 25 noyabr 2011 19:32
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
twkler xebere gore...

--------------------

R_A_P_U_N_Z_E_L

  • 25 noyabr 2011 19:23
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

bakugan

  • 25 noyabr 2011 17:06
  • Məqalə: 0
  • Şərh: 43
  • Bal:
{awards}
qafswfedtqweftuc

jalicka...

  • 25 noyabr 2011 16:51
  • Məqalə: 0
  • Şərh: 703
  • Bal:
{awards}
AXIRA QEDER OXUYA BILMEDIM SEBRIM CATMADI YENEDE TWK

--------------------
Seni bulmaktan once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil sana
Hep yeniden baslamak isterim

FLY TIME

  • 25 noyabr 2011 14:27
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
uwaagim yoxdur ona gore mene lazim deyil amma emeye hormet olaraq twklar...............

Music Star

  • 25 noyabr 2011 14:26
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
RESPECT:))))

--------------------

Ku-ku

  • 25 noyabr 2011 14:08
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
emeye hormet

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 58

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}