Artıq özümdən də yoruldum

 
Artıq özümdən də yoruldum

Hər bir düyünü tək-tək həll etməyə çalışdıqca əllərimlə, yeni
düyünlər meydana gəlir sanki, heç həll edilməyəcəkmişcəsinə..

Bu dəfə hər şey daha çətindir...

Əslində çətin olan nə sənsən nə də həyat. Çətin olan mənəm...

Artıq çətin gəlirəm özümə.. Yoruldum...

Bir daha düşsəm, qalxa bilməyəcəyimi hiss edirəm.
Bəlkə uzadacaqsan əlini amma, bu dəfə mən tuta bilməyəcəyəm, bilirəm...

Gözümün bəbəyində, ürəyimin ən gizli yerindəsən sən.
Heç kimə göstərmirəm səni, hətta bəzən özümdən belə gizləyirəm.

Ağılım sənsiz bilsin ürəyimi...

Yoxluğun içimi ağrıdır.
Buna baxmayaraq qal istəyirəm, içimdə bir yerlərdə.

Sanki səni çıxarıb atsam, tamamilə itəcəkmiş kimi gəlir sənə dair nə varsa.

Sənə aid olan izlər silinib yox olacaqmış kimi, sənli sözlər
yaza bilməyəcəkmiş kimi qələmim bir daha..

Hər tutunmaq istədiyimdə sənə, dibsiz quyulara çəkilir ruhum.
Çıxmağa çalışarkən gücüm tükənir get-gedə.
Bir gün əsaslı bitəcək, fərq edirəm..

Bütün mahnılarım, məhbus olub sənsizliyə,
qışqırığa çevrilirlər içimdə.
Ürəyimlə qışqırıram, sən eşitmirsən, sən bilmirsən..

Bir zamanlar gecələrimi işıqlandıran gözlərin, indi qaranlığa çağırırlar məni.
Bağlayıb gözlərimi, xülyalarımda tapıram səni.
Açdığımda yenə gedirsən. Və mən yenə qaranlıqlara oyanıram.

Üşüyürəm...

Məni üşüdən nə ayazları qışın, nə də təkliyim.
Yoxluğun üşüdür məni, bir tərəfdən yanarkən ürəyim..

Görə bilməzsəm gözlərini, heç işıqlanmayacaq günlərim..
Tuta bilməzsəm əllərini, heç istilənməyəcək ürəyim...

Artıq özümdən də yoruldum


Geri dön

......ROMA......

  • 28 noyabr 2011 22:05
  • Məqalə: 4
  • Şərh: 329
  • Bal:
pis deyi eladi

--------------------
Sevdinsə kölgəyə dönüb hər zaman,
Sən onu hər yerdə izləyəcəksən.
Sevdinsə qəm içib dərd udacaqsan.
Onu unutmağı unudacaqsan.

Delya_91

  • 27 noyabr 2011 19:21
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Beyendiyinize sevindim canlarim benim love

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

HaYaT_GuZeL

  • 27 noyabr 2011 11:42
  • Məqalə: 234
  • Şərh: 1880
  • Bal:
{awards}
Əslində çətin olan nə sənsən nə də həyat. Çətin olan mənəm...

Artıq çətin gəlirəm özümə.. Yoruldum...

Offf.Mən də yoruldum özümdən ):.Təşəkkürlər,əla yazı idi ):

R_A_P_U_N_Z_E_L

  • 26 noyabr 2011 18:16
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

Dusha_Moya))

  • 26 noyabr 2011 18:00
  • Məqalə: 0
  • Şərh: 464
  • Bal:
{awards}
feel stalo qrustno..

.♣.Chrysalis.♣.

  • 26 noyabr 2011 17:08
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
Məni üşüdən nə ayazları qışın, nə də təkliyim.
Yoxluğun üşüdür məni, bir tərəfdən yanarkən ürəyim..

Görə bilməzsəm gözlərini, heç işıqlanmayacaq günlərim..
Tuta bilməzsəm əllərini, heç istilənməyəcək ürəyim...

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

_SVETLANA_777_

  • 26 noyabr 2011 15:36
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
TESEKURLER

--------------------
<p></p>

FIDAN15

  • 26 noyabr 2011 13:09
  • Məqalə: 0
  • Şərh: 199
  • Bal:
{awards}
twk xebere gore

DEMET_AKALIN

  • 26 noyabr 2011 12:53
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
BU HEYATDA KESKE SOZU OLMASAYDIIIIIIIIIIIIII

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

Мой Мир

  • 26 noyabr 2011 12:23
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
Ürəyimlə qışqırıram, sən eşitmirsən, sən bilmirsən.. recourse
cox gozel yazidir Twk edirem duyqulandime sad

--------------------
∞♥

Russiya_girl

  • 26 noyabr 2011 12:04
  • Məqalə: 2
  • Şərh: 781
  • Bal:
{awards}
Məni üşüdən nə ayazları qışın, nə də təkliyim.
Yoxluğun üşüdür məni, bir tərəfdən yanarkən ürəyim..

Görə bilməzsəm gözlərini, heç işıqlanmayacaq günlərim..
Tuta bilməzsəm əllərini, heç istilənməyəcək ürəyim...

ela sozderdi cooox beyendim yeri var

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 62
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}