Əhli Beyt (a.s.) Qurani Kərimdə (3-cü hissə)

 
Əhli Beyt (a.s.) Qurani Kərimdə (3-cü hissə)

Əhli Beyt (a.s.) Qurani Kərimdə (3-cü hissə)

Təbliğ və İkmal ayələri

Tarix və mötəbər hədislərin şahidliyinə əsasən İslam Peyğəmbəri (s.a.a.) sonuncu həcc ziyarətindən qayıdarkən, Cəbrayıl (ələyhis-salam) o həzrətə nazil oldu və Əlini (a.s.) öz canişinliyinə təyin etməsi barədə Allah-taalanın əmrini ona çatdırdı. Lakin Peyğəmbər (s.a.a.) bu məsələnin onun bir qrup səhabəsi tərəfindən qəbul edilməsinin ağır olduğunu bilib, bu məsələni başqa bir münasib vaxtda camaata elan etməyi qərara aldı.
Lakin Allah-taala “Təbliğ” (Maidə/67) ayəsini nazil etməklə təkid etdi ki, əgər Peyğəmbər (s.a.a.) bu məsələni hal-hazırda camaata elan etməsə, həqiqətdə öz ilahi vəzifəsini yerinə yetirməmişdir.
"Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanı xalqa çatdır,
onu xalqa çatdırmasan ilahi peyğəmbərliyini yerinə yetirməmiş olarsan.
Allah səni xalqın (fitnəsindən) qoruyacaqdır"
(Maidә surәsi, ayә 67)

Həmçinin ayənin davamında həzrət Peyğəmbərə (s.a.a.) ürək-dirək verərək, onu qarşıya çıxa biləcək hər bir təhlükədən qoruyacağını vəd etdi.

(Bax: Ət-Tibyan fi təfsiril-Quran (Şeyx Tusi), 3/587-588, Təfsiru cəvamiil-came (Şeyx Təbərsi), 1/342, Təfsiru Əbul-Fütuh ər-Razi, 7/62-68, əl-Mizan fi təfsiril-Quran (Əllamə Təbatəbai), 6/496, Təfsirul-Quranil-kərim (Seyyid Şübbər), səh. 143, Təfsiru Furat əl-Kufi, səh. 130, hədis/150, Biharul-ənvar (Əllamə Məclisi), 37/170/49, Təfsirul-Əyyaşi, 1/332/153 və s.)

Odur ki, Peyğəmbər (s.a.a.) hacıların ayrılıb öz vətənlərinə tərəf üz tutduğu “Qədir-Xum” adlı bir məkanda dayanıb əmr verdi ki, dəstədən qabağa düşənlər geri qayıtsın, dəstədən geri qalanlar isə özlərini ona çatdırsınlar.
Sonra dəvələrin palanlarını toplayıb üst-üstə yığaraq minbər düzəltdilər və Peyğəmbər (s.a.a.) həmin minbərə çıxıb geniş bir xütbə oxudu.
Əhli-beyt (a.s.) və əhli-sünnə məzhəblərinin hədis və təfsir alimləri bu xütbənin tam və ya bə’zi hissələrini öz kitablarında nəql etmişlər.
Burada Əhli-beyt (a.s.) məzhəbinin görkəmli alimi Əbul-Fütuh Razinin təfsirinə əsaslanaraq, həzrət Peyğəmbərin (s.a.a.) çıxışının xülasəsini nəql edirik:

Həzrət Peyğəmbər (s.a.a.) “Qədir-Xum” xütbəsində buyurdu:
“Mən sizin aranızda iki ağır şeyi əmanət qoyuram. Onlara itaət etsəniz, heç vaxt düz yoldan azmazsınız. Onlar; Allahın kitabı və mənim yaxınlarım olan Əhli-beytimdir.
Xəbərdar və lətif olan Allah mənə xəbər vermişdir ki, onlar (Kovsər) hovuzunun kənarında mənimlə görüşənədək bir-birindən ayrılmayacaqlar.”
Sonra buyurdu: “İlahi! Görəsən (öhdəmə qoyulan risaləti) çatdırdımmı?”
Daha sonra əlavə etdi: “[Ey camaat]! Mən sizin üçün özünüzdən daha önəmli deyiləmmi?”

Onlar cavab verdilər: “Bəli.” Peyğəmbər (s.a.a.) buyurdu:
“Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi! Onu sevəni sev və onunla düşmənçilik edənlə düşmən ol! İlahi! Ona kömək edənə kömək ol və ondan öz köməyini əsirgəyəni zəlil et!”
Sonra buyurdu: “İlahi! Özün onlara şahid ol!”
(Təfsiru Əbul-Futuh ər-Razi, 7/62-68)

Əhli-sünnə məzhəbinin alimləri də bu xütbəni gah kamil, gah da qeyri-kamil şəkildə öz kitablarında nəql etmişlər ki, burada onların bəzilərinə işarə edirik:
1- Müslüm ibnil-Həccac ən-Neysaburi (206-261 h. q.) özünün “Səhih” adlı kitabında (“Səhabələrin fəzilətləri” bölümünün “Əli ibn Əbi Talibin (a.s.) fəzilətləri”nə aid hissəsi, 1043-cü səhifə və 2408-ci hədisdə) “Qədir-Xum” xütbəsini Zeyd ibn Ərqəmdən nəql etmişdir. Lakin o, bu xütbənin yalnız bir hissəsini yəni Peyğəmbərin (s.a.a.) “Səqələyn” (Quran və Əhli-beyt) barəsində olan vəsiyyət və tövsiyələrini nəql etməklə kifayətlənmişdir.


Geri dön

Repery

  • 27 noyabr 2011 11:32
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
ALLAH RAZI OLSUN xeberi bizle bolusduyun ucun

--------------------

Aynure

  • 26 noyabr 2011 19:31
  • Məqalə: 118
  • Şərh: 436
  • Bal:
{awards}
Cox sagol Tunar.Allah razi olsun senden.

R_A_P_U_N_Z_E_L

  • 26 noyabr 2011 18:13
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

.♣.Chrysalis.♣.

  • 26 noyabr 2011 17:01
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
Allah razi olsun twk

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

_SVETLANA_777_

  • 26 noyabr 2011 15:20
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
cooooooooooox tesekurler

--------------------
<p></p>

111_Shawmn Michaelais_111

  • 26 noyabr 2011 14:33
  • Məqalə: 250
  • Şərh: 1137
  • Bal:
{awards}
Allah razı olsun yazdıqlarından

--------------------


Repery

  • 26 noyabr 2011 13:54
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
ALLAH razi olsun bizle bolusduyun ucun

--------------------

......ROMA......

  • 26 noyabr 2011 13:54
  • Məqalə: 4
  • Şərh: 329
  • Bal:
{awards}
twk xeber gore

--------------------
Sevdinsə kölgəyə dönüb hər zaman,
Sən onu hər yerdə izləyəcəksən.
Sevdinsə qəm içib dərd udacaqsan.
Onu unutmağı unudacaqsan.

BadZero

  • 26 noyabr 2011 13:15
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

... Deryam ...

  • 26 noyabr 2011 13:07
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Dəyərli və lazımlı xəbərdi , Allah razı olsun

--------------------

FIDAN15

  • 26 noyabr 2011 12:58
  • Məqalə: 0
  • Şərh: 199
  • Bal:
{awards}
twk xebere gore. smile

DEMET_AKALIN

  • 26 noyabr 2011 12:47
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
ALLAH HER KESE YAR OLSUN.AMIN.MELUMATA GORE TESEKKUR

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

Мой Мир

  • 26 noyabr 2011 12:28
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
BISMILLAHI REHMANIR REHIM ALLAH RAZI OLSUN cox saqol deyerli xebere gore minnetdaram...

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 32
Cəmi: 45

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}