Kiminin alnı, Kiminin səcdəsi

 
Kiminin alnı, Kiminin səcdəsi

Səcdə etmək - Allah-Təalaya təslimiyyətin ən aydın görüntüsüdür

Başını sanki Uca Rəbbin ayaqları altına qoyurmuş kimi yerə qoymaq, enə bildiyi qədər enmək, əyilə bildiyi qədər əyilməkdir. Səcdə etmək - zahirən ən aşağıya əyilmək kimi görünsə də həqiqətdə ən yüksəyə yüksəlməkdir. Allah qarşısında əyilmək - ucalmaqdır. Namaz möminin meracıdır. Merac elə bir yülsəlişdir ki, ağıl belə onu tam dərk etməyə yetməz. O məqamda təslim olmaq, göstərilən yerdən baxmaq və göstəriləni görmək insana elə bir həzz duyğusu yaşadır ki, sözlə ifadəsi mümkün deyil. Ona görə də deyirlər ki, bu haqda danışılmaz, danışanlar bilməyənlərdir, elə bizim kimi.

Kiminin alnı, Kiminin səcdəsi

1 Kiminin alnı var, səcdəsi yoxdur, kiminin səcdəsi var, alnı yoxdur. Bir az mücərrəd səsləndi, eləmi? Onda açıqlayaq: Yetmiş, səksən il bu yer üzündə elədən-belə, belədən-elə dolaşır. Bu yaşında belə cavan oğlan kimi gümrahdır, nə dişi ağrıyır, nə başı. Oğul-uşağı, var-dövləti, kef-əhvalı, hamısı yerbəyerindədir. Allah ona istədiyi hər şeyi verib. Amma Allahın verdiyi bu qədər nemət qarşısında bir dəfə də olsun “Allah” deyib alnını yerə qoymayıb, səcdə nədir bilmir.

Adam da var, yerindən qalxa bilmir, əzələləri tutmur, qaşığı ağzına apara bilmir. Ən böyük arzusu nədir, bilirsinizmi? Durub hamı kimi yeriməkmi? - Xeyr! Əlini-qolunu yelləyərək toyda oynamaqmı? - Xeyr! Övladını qucağına götürüb üz-gözündən öpməkmi? - Yenə də xeyr! Ən böyük arzusu alnını yerə qoya bilməkdir, “Allah” deyib əyilə bildiyi qədər əyilə bilməkdir. Allah qarşısında əyilə bildiyin qədər əyilmək ucala bildiyin qədər ucalmaqdır.

Kiminin alnı, Kiminin səcdəsi

“Namaz möminin meracıdır” buyurur Allahın sevimli Peyğəmbəri Həzrəti Məhəmməd (s.ə.s.). Merac nədir, bilirsinizmi? - yüksəlməkdir, özü də elə bir məqama yüksəlmək ki, Həzrəti Cəbrayıl belə bir məsafədə dayanır və “burdan o tərəfə bir addım atsam, yanaram” söyləyir. Alnını yerə qoymaq əslində Allahın hüzuruna yüksəlməkdir.

Allah bizə bizim boynumuzun şah damarından da yaxındır. Amma bu heç də o demək deyil ki, biz də bizə bizim boynumuzun şah damarından daha yaxın olan Allaha yaxınıq.

“Bəndənin Allaha ən yaxın olduğu məqam səcdə məqamıdır”. Bunu da Allahın sevimli Peyğəmbəri Həzrəti Məhəmməd buyurur.

Kiminin alnı, Kiminin səcdəsi

Yol kənarında oturmuş birisi dayanmadan dua edir: “Ey mərhəməti sonsuz olan Allahım! Sən mənə padşahlara, sultanlara vermədiyin neməti vermisən. Sənə nə qədər şükür etsəm, yenə azdır”. Yoldan keçən birisi onun söylədiklərindən təəccüblənir:

- Qardaşım, gözün görmür, ayaqların səni götürmür, əllərin tutmur. Birisi səni yedirməsə, acından ölərsən. Hansı gününə şükür edirsən? O hansı nemətdir ki, Allah-Təala padşahlara, sultanlara verməyib, sənə verib?

İşıqsız gözlərini üfüqə zilləyən həmin könül əri görün necə cavab verir:

- Allah-Təala mənə bu dünyanın bir sınaq, bir imtahan yeri olduğunu öyrətdi. Mən bu dünyada hər şeyin fani olduğunu, hər şeyin ötəri, keçəri olduğunu yaxşı bilirəm. Biz hər gün bu dünyadan bir addım uzaqlaşır, axirətə bir addım yaxınlaşırıq. Mən bu halımdan məmnunam. Allah məni belə yaradıbsa, demək, mənim imtahanım bu halıma görədir. Mən bu halımdan da, Allahımdan da çox razıyam, çox məmnunam, Onun hər əmri başım, gözüm üstünədir. Mən bu dünyaya könül vermədim, bütün duyğularımla Allahıma yönəldim. Mən Allahımı tanıyıb , Onu sevəndən sonra bu fani dünyanın yalançı cazibəsindən baxsam, nə xeyri, baxmasam nə zərəri?

Yol ötən adam heç bir şey söyləyə bilmir. Udqunur, “Allah köməyin olsun” deyib yoluna davam edir.

Kiminin alnı, Kiminin səcdəsi

İbadətin ruhu ixlasdır, yəni ancaq və ancaq Allahın əmri olduğu və Allahın məmnunluğunu, təqdirini qazanmaq üçün yerinə yetirilməsidir. “İxlas” dediyin elə “xalis” deməkdir, yəni qarışıqsız, tərtəmiz. Yəni sənin ibadətinə dünya sevdası, dünya düşüncəsi zərrə qədər də qarışmır, bulaşmır. İbadət Allah üçün olduğundan qarşılığı da ancaq Allahdan dilənər. Dünyanın sənin ibadətinə dəyər verməsini gözləmək əslində ibadətin dəyərini azaltmaqdır. İbadət - qulun Allaha yönəlməsidir, Allahla qul arasında rabitədir. Üçüncü, dördüncü şəxsə bu arada yer yoxdur. İftitah təkbiri, yəni namaza başlayan adamın əllərini qulaqlarının dibinə qoyaraq, “Allahu Əkbər” deməsi həm də o anlama gəlir ki, artıq dünyanı önümdən götürüb arxama atdım, Allahla mənim aramda heç bir şey qalmadı.

Dili Quran surəsi oxuya-oxuya fikrində kiminləsə alış-veriş edən hüşudan kənardır, yəni kimə yönəldiyini, o anda nə işlə məşğıl olduğunu unutmuşdur.

Kiminin alnı, Kiminin səcdəsi

Evlərinin önündən Rəsulullahın (s.ə.s.) keçdiyini görən gənc Onu evlərinə dəvət edir və deyir ki, atası evdə ibadətlə məşğuldur. Rəsulullah (s.ə.s.) bir qədər dayanır və onu dəvət edən gəncə təbəssüm edərək: “Atan bazarda alış-verişlə məşğuldur” ,- buyurur. Allahın sevimli Peyğəmbəri yoluna davam edir və həmin gənc içəri girib, atasının namazı tamamlamasını gözləyir, Peyğəmbərlə aralarında olan söhbəti danışır. Atası da böyük bir yanğıyla əlini dizinə vurur: “Mən başı küllü namaz qılsam da fikrim bazarda idi, müştəri ilə bir malın alış-verişini düşünürdüm”,- deyir.

Allah bildirəndə sevdiyi Peyğəmbərinə də, digər qullarına da onun görmədiyi, bilmədiyi mətləbləri bildirir.

Kiminin alnı, Kiminin səcdəsi

Birisi namaz qılır, amma bir az tələsir. Tədili-ərkan deyilən namazın bölümlərini tez tamamlayır, tələsərək keçir. Bu zaman ora bir başqası gəlir. Namaz qılan adam o andaca sürətini yavaşıdır və ibadətini ağır-ağır, uyğun bilindiyi ritmdə davam etdirir.

İnsan öz ibadətini üz-üzə dayandığını düşünməli olduğu Uca Rəbbə görə deyil, otağa girən hansısa insana görə tənzimləyirsə, demək hələ namazın nə olduğunu anlamış deyil. Allahdan həya etməyib, bəndədən çəkinirsə, bu, axirət düşüncəsinin deyil, dünya sevdasının görüntüsüdür.

Kiminin alnı, Kiminin səcdəsi

Bəzən ibadət insana bir qədər özündən razılıq, məmnunluq duyğusu (təkəbbür deməyin ağır olacağından qorxduğumuz üçün bu ifadələri seçdik- Ə. Ç.) verə bilər. “Mən qıldım”, “mən elədim” deyirsən. Amma işin ən xeyirli tərəfi o ibadəti yerinə yetirə bilməyi də Allaha borclu oldunu etiraf etməkdir.

Deyirlər ki, uca Peyğəmbərimiz namazdan sonra “əstəğfürullah” söyləyərmiş. Bu da məhz həmin həqiqətə işarədir, yəni hər xeyrin Allahdan gəldiyinin təsdiqidir. “Mən qıldım, mən elədim” düşüncəsindən qurtarıb, “bunu Allah mənə nəsib etdi, məni bu xeyir işə Allah bir vasitə, bir səbəb seçdi” məntiqinin, daha doğrusu həyat tərzinin ifadəsidir. Yəni “”mən bu namazı qıldım” düşüncəsindən sıyrılıb, “ey namaz qılmağı biz bəndələrinə əmr buyuran, Rəbbim, bu əmri yerinə yetirə bilməyi də bu quluna nəsib etdiyin üçün Sənə sonsuz şükürlər olsun!” kimi bir təvazö atmosfərinə dalmaqdır, xeyir içində xeyir, xəzinə içində xəzinə tapmaqdır.

Kiminin alnı, Kiminin səcdəsi

Bu yazını əslində başqa cür yazmağı düşünmüşdüm. Sivasda yaşayan, əzələ xəstəliyi üzündən bizim bildiyimiz kimi normal ibadət edə bilməyən, “dünyada ən böyük arzum alnımı yerə qoyub, Allahıma səcdə etməkdir” deyən Fatma Tatlı adlı gənc qızın dünyasından bəhs etmək istəyirdim. Amma başladığım andan fikir necə götürdüsə, bir də yazının sonunda Fatma xanımı xatırladım. Nə deyim axı... Bəlkə də Fatma xanım bu zamana qədər bir dəfə də alnını yerə qoyub səcdə edə bilməyib, bəlkə heç bu dünyada ona səcdə səadəti nəsib də olmayacaq. Bu, Allahın bildiyi işdir, nəsib edərmi, etməzmi özü bilər. Amma biz ona inanmışıq ki, səcdə edən təkcə bədən deyil ki... Səcdə onda səcdə olur ki, öncə sənin ruhun səcdə edir, könlün səcdə edir, niyyətin səcdə edir, ardınca da bədənin onları təkrarlayır. Ruhu səcdə halında olanların bədəninin əyilməməsi (daha doğrusu, əyilə bilməməsi) ən böyük istək ola bilər, amma zərrə qədər də dərd deyil.

Kiminin alnı, Kiminin səcdəsi

Allahın verdiyi hər nemətin bir bədəli, qarşılığı var. Alnın şərəfi səcdəyə varmaqladır. Alın səcdəylə nurlanır. Ruhu səcdəyə varanların Allah ruhunu da, alnını da nura çevirər. İnşallah, Fatma bacımız da bu duyğusu, bu imanı ilə mərhəməti sonsuz olan Allah-Təalanın rizasına qovuşar.

Bu dünyada kiminin alnı var, kiminin səcdəsi. Allah-Təala (c.c.) hər birimizə səcdə ilə şərəflənmiş, nurlanmış alın nəsib eləsin. Vəssalam.


Geri dön

......ROMA......

  • 27 noyabr 2011 23:57
  • Məqalə: 4
  • Şərh: 329
  • Bal:
wink wink

--------------------
Sevdinsə kölgəyə dönüb hər zaman,
Sən onu hər yerdə izləyəcəksən.
Sevdinsə qəm içib dərd udacaqsan.
Onu unutmağı unudacaqsan.

Aynure

  • 26 noyabr 2011 19:19
  • Məqalə: 118
  • Şərh: 436
  • Bal:
{awards}
Cox tesekkurler xebere gore.Allah sevgisin gelin itirmeyek.

... Deryam ...

  • 26 noyabr 2011 18:53
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
İnşallah ALLAHIMIZIN sevimli bəndələrinən ola bilərik .

--------------------

Zoluwka

  • 26 noyabr 2011 18:39
  • Məqalə: 77
  • Şərh: 1207
  • Bal:
{awards}
Allah razi olsun!!)

--------------------
♀+♂=ღ

Ada...07

  • 26 noyabr 2011 18:22
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
Allah razi olsun bele qozel xeberi bizimle paylawdiz...

--------------------


_TUNAR_MAMEDOV_

  • 26 noyabr 2011 18:12
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
Səcdə etmək - Allah-Təalaya təslimiyyətin ən aydın görüntüsüdür

ALLAH RAZI OLSUN ...gozel movzudu..

--------------------

R_A_P_U_N_Z_E_L

  • 26 noyabr 2011 18:06
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

V_I_P

  • 26 noyabr 2011 17:44
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
tewekurlerrrr....

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

FIDAN15

  • 26 noyabr 2011 17:13
  • Məqalə: 0
  • Şərh: 199
  • Bal:
{awards}
MARAQLI IDI TWK

Dusha_Moya))

  • 26 noyabr 2011 17:01
  • Məqalə: 0
  • Şərh: 464
  • Bal:
{awards}
Sona kimi diqqətlə oxudum..bilmirəm müəllif özünsən ya kim, amma çox gözəl yazılıb, bizimlə paylaşdığın üçün Allahım razı olsun səndən..Amin..

.♣.Chrysalis.♣.

  • 26 noyabr 2011 16:53
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
Allah razi olsun maraqli idi twk

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Music Star

  • 26 noyabr 2011 16:20
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 447
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}