Borc verərkən diqqət edin !

 
Borc verərkən diqqət edin !


Özünüzə çox yaxın hiss etdiyiniz və qəlbini qıra bilməyəcəyiniz birisi sizdən borc istəsə nə etməlisiniz? Diqqət etməli olduqlarınız......
1. Borc verməyin
Ailə üzvlərinə və dostlara borc verərkən verəcəyiniz pulu borc kimi fikirləşməyin. YADDAN ÇIXARIN. Geri almağı gözləmədiyiniz bir miqdarı verin ki, geri almasanız üzülməyəsiniz və bunu özünüzə dərd etməyəsiniz. Sabah axşam “Nə vaxt geri alacağam?” fikirləşməyiniz yaxınınızla əlaqənizi korlaya bilər. Fikirləşin ki, hər dəfə qarşılaşdıqda ağlınıza borc gəlir(ya da daha pisi... O elə hiss edir!)

2. Əgər vermək istəmirsinizsə səmimi olun
Pul vermək istəmirsinizsə və ya vəziyyətiniz imkan vermirsə(qarşı tərəf verə biləcəyinizi fikirləşsə belə)...və nə edəcəyinizi də bilmirsiniz. Utanmayın. SƏMİMİ olun.
a. Vermək imkanınız yoxdur:
Öz vəziyyətinizi, maliyyə imkanlarınızı, planlarınızı ona başa salın, əgər istəsə ona başqa cür yardım edə biləcəyinizi deyin. Pulla əlaqəsi olmayan yollarla kömək edin. Yaddan çıxarmayın, pul yardımları ən rahat yoldur. Həyatda puldan vacib olan və paylaşa biləcəyiniz VAXT. Misal üçün: bir müddət həmin adamı gedəcəyi yerlərə maşınınızla aparın (yolda da söhbət edin, dərdləşin). Övladlarına baxın... Borclarla mübarizə aparan dostunuzla hər həftə 1 saat keçirin, borcu ən tez zamanda ödəyə bilməsi üçün planlar qurun. Əmin olun ki, sizin bu rəftarınız onu çox sevindirəcək.
b. Vermək istəmirsiniz:
Əvvəllər borc verib, lakin geri qaytara bilmədiyiniz və ya bu işdə pis təcrübə qazandığınız üçün prinsip aparıb, borc verməyə bilərsiniz. Açıq şəkildə başa salın, hisslərinizi bölüşün.


3. Əgər verirsinizsə, açıq danışın
Yardım etmək üçün borc verməyə qərar verdinizsə, açıq və dəqiq olmaq ən yaxşısıdır. Əvvəlcə hər şeyi açıq şəkildə danışıb, söhbəti bağlayın. Söhbət oradaca başlasın və bitsin, uzanmasın.
Pulun nəyə lazım olduğunu öyrənin, geri qaytarmaq haqqında plan qurun və bunu edərkən ödəmələri hansı şəkildə istədiyinizi açıq deyin. Borcunuzu 1 neçə aya bölüb, hissə-hissə qaytarmağını istəyə bilərsiniz, bununla da borcu alan adam pulu tam şəkildə tez bir zamanda geri qaytarma təzyiqini hiss etməz.
Hər nə qədər ailə üzvləri və yaxın dostlarla, belə bir vəziyyətin yaranmasını istəməsəniz də, borca verdiyiniz pulun sərmayə hesabınızdan çəkdiyinizi və bunu dilə gətirib, ziyana uğradığınız pulu geri istəyə bilərsiniz.


4. Yazılı şəkildəBorc haqqında razılığa gəldikdən sonra danışıb razılaşdırdıqlarınızın kağız üzərində təsdiqlənməsinin faydası var. Yazıda danışdığınız hər şeyin yer almasına və borc verdiyiniz şəxsin də təkrar oxuyub, həmfikir olduğuna əmin olun. Hər şeyin belə açıq və aydın şəkildə izah olunması gələcəkdə münasibətlərin korlanmasının qarşını alır.
Yanınızda üçüncü şəxsi də şahid kimi apara bilərsiniz, bəlkə də razılığın kağız üzərində təsdiqlənməsini o sizə tövsiyə edə bilər və ya danışarkən bütün detalları bir ağ vərəqdə qeyd edib, sonda da qarşılıqlı olaraq bir-birinizin əlini sıxıb, imzalayın. Bunlar dostlar, ailə üzvləri arasında qulağa qəribə gəlsə də, yaddan çıxarmayın, bunu münasibətinızə zərər gəlməməsindən ötrü edirsiniz.

5. Uyğun şəkildə davranın
Və sonda ailə üzvləri və dostlara borc vermək haqqında fikirlərinizdə, rəftarınızda uyğunluq olsun. Əsasən da ətrafınızda borca ehtiyacı olan tanıdığınız qohumların, tanışların da sizdən bu şəkildə borc istəyə biləcəklərini hesablayın.


6. Borcunuzu geri qaytarmadıqda, onu GÜNAHLANDIRMAYIN, UTANMAYIN;Yenə səmimi, açıq şəkildə başa salın. Bu pula ehtiyacınızın olduğunu deyin.
Əgər:
a. "Qaytara bilmirəm" deyirsə, uzun bir vaxta, aybaay hissə-hissə verməsini təklif edin, bu həm sizi, həm də qarşı tərəfi rahatladacaq. Amma ən əsası MÜNASİBƏTİNİZ rahatlaşacaq, qaydasına düşəcək.
b. "Qaytarmıram" deyirsə, əvəzetmə yolunu seçin. Sizə bir malını verə bilər. Ya da nəğd vermək sıxıntısı varsa, sizin ödəməli olduğunuz pulu kredit kartına qoya bilər.
Əsas da ailə-uşaq sahibisinizsə, qarşıdakı şəxsə bu pulun ailənizin, uşaqlarınızın ehtiyacı olduğunu başa salın. Əgər hələ də başa düşmürsə... ediləsi bir şey qalmır. Onları sevin və əfv edin. Bir gün dərk edəcəklər
.


Geri dön

......ROMA......

  • 28 noyabr 2011 00:06
  • Məqalə: 4
  • Şərh: 329
  • Bal:
wink fellow

--------------------
Sevdinsə kölgəyə dönüb hər zaman,
Sən onu hər yerdə izləyəcəksən.
Sevdinsə qəm içib dərd udacaqsan.
Onu unutmağı unudacaqsan.

Elvin007

  • 26 noyabr 2011 20:13
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
pis deyil xeber ucun twk fellow

--------------------
▼►►Proqramming◄◄▼

Aynure

  • 26 noyabr 2011 19:26
  • Məqalə: 118
  • Şərh: 436
  • Bal:
{awards}
Men borc vermisem bir nefere,helede xeber yoxdu.

lovely boy

  • 26 noyabr 2011 18:59
  • Məqalə: 16
  • Şərh: 389
  • Bal:
{awards}
Bir defe borc versen bil ki, o adam senden yene borc isteyecek..Cox uz vermek olmaz o adamlara..TWK EDIREM XEBERE GORE

--------------------

_TUNAR_MAMEDOV_

  • 26 noyabr 2011 18:17
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
melumat ucun twkler....


--------------------

R_A_P_U_N_Z_E_L

  • 26 noyabr 2011 18:10
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

V_I_P

  • 26 noyabr 2011 17:50
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
tewekurlerrrr....

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

FIDAN15

  • 26 noyabr 2011 17:23
  • Məqalə: 0
  • Şərh: 199
  • Bal:
{awards}
ayallah pula bax

Dusha_Moya))

  • 26 noyabr 2011 17:23
  • Məqalə: 0
  • Şərh: 464
  • Bal:
{awards}
Borc veriləsi pulum yoxdu onsuzda wink ))

.♣.Chrysalis.♣.

  • 26 noyabr 2011 16:58
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
hmm maraqlidi twk

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

jalicka...

  • 26 noyabr 2011 16:38
  • Məqalə: 0
  • Şərh: 703
  • Bal:
{awards}
MARAQLI XEBERDI TWK

--------------------
Seni bulmaktan once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil sana
Hep yeniden baslamak isterim

Els007

  • 26 noyabr 2011 15:20
  • Məqalə: 227
  • Şərh: 532
  • Bal:
{awards}
ilk sherh menden maraqli idi twk fellow

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 32

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}