Nüsrət Kəsəmənli'dən şeirlər

 
Nüsrət Kəsəmənli'dən şeirlər

Allahdan istəyim

Diz çöküb qarşında dua edirəm.
Ucalardan uca bilirəm səni.
Saxla öz yanında ruhumu,Allah,
Bir də bu dünyaya gətirmə məni.

Sirli röyalarım dağılacaqsa,
Arzum gözlərimdə boğulacaqsa,
Əzabım mənimlə doğulacaqsa,
Bir də bu dünyaya gətirmə məni

Namərdi mərdinən cox olacaqsa,
Alim ac, gədalar tox olacaqsa.
Yaranmışlar bir gün yox olacaqsa
Bir də bu dünyaya gətirmə məni

Bu yalan dünyanın tərs aynası var,
Sevincə bənzəyən cox bəlası var
Təkrar görməyimin nə mənası var?
Bir də bu dünyaya gətirmə məni

Gördüm bu dünyanı,quru qəfəsdir,
Sən bizə verdiyin ibrətli dərsdir.
Bir dəfə peşman olmuşam,Bəsdir!
Bir də bu dünyaya gətirmə məni...

Nüsrət Kəsəmənli'dən şeirlər

Son sözün

Qəlbim öz səhvinə çoxmu yanacaq;
Niyə bəs qədrini bilmədim onda?!
Axır qiymətini tapdım mən ancaq,
Səni itirmişdim onu tapanda…


Getdin…bu gedişdən nə düşdü mənə?
Neçə lal hıçqırıq gözlərimdədir.
Ilk sözü dodağın demişdi mənə,
Son sözü yaşaran gozlərin dedi.


Gərək bu günümü görəydin özün
Həsrətin yaş gəlib yaşımın üstə.
Bir ac qağayıya dönüb son sözün
Hərlənir tufanlı başımın üstə…


Hər ürək bir ocaq,hər ürək nəğmə
Nəğməm alışıbdır,tüstülənibdir.
Mənə elə gəlir her kövrək nəğmə
Sənin son sözünə bəstəlenibdir…


Indi məhəbbətim həsrət dənizi,
Orda dalğaların yarışı başlar.
Tutular göylərin mavi dənizi
Sonra da son sözün yagışı başlar

Nüsrət Kəsəmənli'dən şeirlər

Səndən sonra

Ozunle aparmIsan
Gunlerimin rengini
Keder mene benzeyir
Qem kovrelir sen kimi
Indi basa dusmusem
Sensiz her seyim heder
Senden sonra hec kesi
Sevmedim senin qeder



Sevgi dolu baxIslar
Seklinden baxIr mene
Doneceksen bilirem
Sen evvel-axIr mene
Men ele bilirdim ki
Her sey soyuyub geder
Senden sonra hec kesi
Sevmedim senin qeder



Icimde tufan kimi
CaglayIr xatireler
Goz yaslarIm qurumur
AglayIr xatireler
Men kederden doymusam
Menden doymayIr keder
Senden sonra hec kesi
Sevmedim senin qeder


O qeder yaxIn iken,
Bu qeder uzaq olduq
Yorulduqmu sevgiden
Biz yarI yolda qaldIq
Men ezablar icinde
Sen ozun menden beter
Sen ozun de hec kesi
Sevmedin menim qeder

Nüsrət Kəsəmənli'dən şeirlər

Şeir

Mənə qadan alım demə, əzizim,
Mən sənin başına dönə bilərəm.
Sənsiz qəm alovlu yanan ocağam,
Ağlama, yağışdan sönə bilərəm.

Mən Günəş gözləyən puçuram hələ,
Özüm öz dərdimdən qaçıram hələ.
Ulduzdan ulduza uçuram hələ,
Çağırsan torpağa enə bilərəm.

Qıfıl axtarıram mən açar kimi,
Imdad gözləyirəm bir naçar kimi.
Hələ ki, susuram günahkar kimi,
Bir gün üsyan edib dinə bilərəm.

Deyəsən Tanrıya yetişdi duam,
Hələ ki, cavabsız qalıbdı sual,
Küsmüsən, beləcə küsülü də qal,
Barışsan, sevincdən ölə bilərəm.

Nüsrət Kəsəmənli'dən şeirlər

Bağışla

Bir sözümlə ürəyinə toxundum,
Yalvardığım, sözlərimə bağışla,
İstəyirsən gəl dilimdən as, ancaq,
Səni sevən gözlərimə bağışla.

Hara getsə, sizə tərəf yol alan,
Yalnız sənin atəşinə qalanan,
Evinizə pərvanətək dolanan
Naxış-naxış izlərimə bağışla.

Özün yazdın ürəyimə adını,
Sən göstərdin məhəbbətin dadını,
İncikliyin atəşini, odunu
Külə dönmüş gözlərimə bağışla..

Nüsrət Kəsəmənli'dən şeirlər

Yazırıq sevgidən

Yazırıq sevgidən ,
Yazırıq ancaq
Elə sətirlrdə alışırıq biz .
Məhəbbət olubdur oyun oyuncaq ,
Hansı məhəbbətdən danışırıq biz .

Odlara qalanmaq ötəri hissdir ,
Kəlmələr biçimli ,
Sözlər biçimli ...
Çoxları diplomsuz mütəxəsisdir ,
Eh , ürək aldatmaq bir su içimi .
Sevimmi ?!
Tərəddüd qət edə bilmir ,
Bəzən itiririk inam , ümüdi .
Ürək var duyğular fəth edə bilmir ,
Ürək var həndəsi fiqur kimidir .
Bir qəlbə girəndə boyalı sözlər ,
Görən öz sözünü ürək dedimi ?!
Axtarır ,
Axtarır ,
Axtarır gözlər ;
İşləyən bir saat kəfkiri kimi .

Təbəssümlər saxta , söz qiymətlidir ,
Yalanı yalanla alqışlayırlar .
Çoxları könüldən səxavətlidir ,
Hər qıza bir könül bağışlayirlar ....

Elə məhəbbətdən yazırıq ancaq
Elə sətirlərdə alışırıq biz .
Məhəbbət olubdur oyun - oyuncaq ;
Hansı məhəbbətdən danışırıq biz?!..

Nüsrət Kəsəmənli'dən şeirlər

Qadın ürəyi

Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.

...Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.

Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o.
Bahar da olar o, qış da olar o,
Damladır, ümmandır qadın ürəyi.

Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə
Ən gözəl dərmandır qadın ürəyi.

Onu alçaldan da, ucaldan da biz,
Dərd verib, vədəsiz qocaldan da biz.
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandır qadın ürəyi.

Bəzən gül tək solar acı bir sözdən,
Ağlayar xəlvəti, gülsə də üzdən
Bəzən uşaq kimi bir ürəksizdən
Məhəbbət umandır qadın ürəyi.

Bir namərd əlindən zəhər içəndə,
Keçirər ömrünü o, yas içində.
Bəzən ən qiymətli libas içində,
Nalədir, fəğandır qadın ürəyi.

Sənsiz əl çəkərəm arzudan, kamdan,
Nə çıxar sevgisiz-sənsiz ilhamdan?
İncitsən, dözərəm, Tofiq Bayramdan
İncimə, amandır, qadın ürəyi!

Nüsrət Kəsəmənli'dən şeirlər

İradəsizlik

Zəng etməyəcəm sənə,
Əvvəl telefon nömrəsini
unudacağam,
Sonra səni.
Barmaqlarımın yaddaşınnan
siləcəyəm saçlarının yumşağlığını.
Gəlməyəcəm sizə tərəf;
Bəhanə edəcəyəm
yolların uzağlığını...
Qovacağam yaddaşımnan
xırmannan sərçə qovan kimi
sarıdimdik xatirələrini.
Qərəzli arzulartək
ürəyimdə boş qoyacağam yerini.

Zəng etməyəcəm sənə,
Əli qiynunda qalacağ
lal telefonun.
Şüşə gözlərdən
kədərli rəqəmlər boylanacağ sənə.
Kədərlə baxacağsan
sükutun hədəsinə.
Hər gecə yuxulu gözlərində
birgünlük ümid öləcək;
Yuxuna qorxulu
şübhələr töküləcək,
Balıncın yarısı üşüyəcək....
Zəng etməyəcəm sənə,
Boşaldı cibimin
2 qəpiklik yükü,
Avtomat telefonların
azalacağ bir sakini.
İki yeri boş qalacağ
arxa sırasında kinoteatrların
Adını tapmayacağsan arasında yeni yazdığım sətirlərin.

...Bu günün də
sənsiz axşamı gəldi,
Evdəsənmi,görəsən?
Telefonun yanındamı
dayanmısan yenə sən?
Səsim isidərmi otağınızı,
Mənnən yeni qeybətlər
edibmi qonşu qızı?!
Boylanırsanmı yenə
mənim gəldiyim yola...
Yordu "bəlkə"lər məni,
-Xaloğlu,
bəlkə,2 qəpiyin ola?..

Nüsrət Kəsəmənli'dən şeirlər

İndi gedəcəyəm

İndi gedəcəyəm, tək qalacaqsan,
Sıxacaq bu çılpaq divarlar səni.
Özün öz evində mənə qonaqsan,
Bir azdan kədərlər qovarlar səni…
Çağırma!
Özünə qayıdar səsin,
Səsin divarlarda sürüşəcəkdir.
Çırpınıb içində bu daş qəfəsin,
Xəyalən əksimlə görüşəcəkdir.

Güzgü yaddaşımda nə qalacaq ki?!
Xumarlı gözlərmi, pərişan telmi?
Yalandan gözünü yumacaqsan ki,
Yatasan…
Tərslikdən yuxun da gəlmir.
Boş qalan stulda görünər yerim,

Otağın bir həsrət adası olar.
Pillələri döyən ayaq səslərim
Ürək döyüntünün sədası olar.
Sükut qanadını üstünə sərib,
Boşalan ürəyin dolacaq yenə.
Külqabı içində baş-başa verib
Ölü siqaretlər qalacaq sənə…

Elə qəmli baxma!
İzin ver gedim,
Sənin biçin yerin, zəmin deyiləm.
Yalın ayağımla həmdəmin idim,
Geyindim…
Mən artıq sənin deyiləm..!


Geri dön

H.o.S.t _ FaNaTka

  • 30 noyabr 2011 01:55
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
təşəkkürlər

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

Dinar Mamedova

  • 28 noyabr 2011 10:03
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
cox gozel seirdi tewekkurler

--------------------

Repery

  • 28 noyabr 2011 07:34
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
bully Yaxsidi twk

--------------------

zoluska

  • 28 noyabr 2011 00:53
  • Məqalə: 1
  • Şərh: 872
  • Bal:
{awards}
iradesizlik serini lap cox beyendim tesekkurler

_SVETLANA_777_

  • 27 noyabr 2011 23:39
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
tesekkurler

--------------------
<p></p>

Alone angel

  • 27 noyabr 2011 22:42
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
tewekkurler

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

_Arzu_

  • 27 noyabr 2011 22:10
  • Məqalə: 0
  • Şərh: 48
  • Bal:
{awards}
Icimde tufan kimi
CaglayIr xatireler
Goz yaslarIm qurumur
AglayIr xatireler
Men kederden doymusam
Menden doymayIr keder
Senden sonra hec kesi
Sevmedim senin qeder

......ROMA......

  • 27 noyabr 2011 21:49
  • Məqalə: 4
  • Şərh: 329
  • Bal:
{awards}
wink wink

--------------------
Sevdinsə kölgəyə dönüb hər zaman,
Sən onu hər yerdə izləyəcəksən.
Sevdinsə qəm içib dərd udacaqsan.
Onu unutmağı unudacaqsan.

... Deryam ...

  • 27 noyabr 2011 20:44
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Ele qemli baxma !
izin ver gedim ....
Cox sevirem bu wairimizin werlerini .Mawallah ne qeder wer vardi ,eziyete gore twk her biri menali ve gozeldi

--------------------

Just For Legend

  • 27 noyabr 2011 20:36
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Beyenirem Nusret Kesemenli yaradiciligini minnettaram

--------------------

Delya_91

  • 27 noyabr 2011 20:23
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Hansisa birini secib yaza bilmedim,cunki Nusret Kesemenlinin weirlerinin hamisi bir-birinden gozeldir.cox sagolun bele gozel xebere gore

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

_TUNAR_MAMEDOV_

  • 27 noyabr 2011 20:05
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
Səndən sonra

Ozunle aparmIsan
Gunlerimin rengini
Keder mene benzeyir
Qem kovrelir sen kimi
Indi basa dusmusem
Sensiz her seyim heder
Senden sonra hec kesi
Sevmedim senin qeder

eziyyete gore twkler... bu seir lap superdi..

--------------------

Sky_ADIU

  • 27 noyabr 2011 19:19
  • Məqalə: 23
  • Şərh: 387
  • Bal:
{awards}
tewekkurler

--------------------
Həsrətindən ölməsinə ölmərəm ama.
Hec kimi də sənin qədər sevmərəm, bunu UNUTMA!

.♣.Chrysalis.♣.

  • 27 noyabr 2011 19:18
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
Deyəsən Tanrıya yetişdi duam,
Hələ ki, cavabsız qalıbdı sual,
Küsmüsən, beləcə küsülü də qal,
Barışsan, sevincdən ölə bilərəm.

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Ku-ku

  • 27 noyabr 2011 18:50
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Indi məhəbbətim həsrət dənizi,
Orda dalğaların yarışı başlar.
Tutular göylərin mavi dənizi
Sonra da son sözün yagışı başlar


ttttttttttttttwwwwwwwwwwwwwwwwwwkkkkkkkkkkkkkkkkkk
kkkkkkkkkkkk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 46
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}