Əhli Beyt (a.s.) Qurani Kərimdə (4-cü hissə)

 
Əhli Beyt (a.s.) Qurani Kərimdə (4-cü hissə)

Əhli Beyt (a.s.) Qurani Kərimdə (4-cü hissə)

2- Əl-Hafiz Əbu Əbdür-Rəhman Əhməd ibn Şüəyb ən-Nisai (215-303 h. q.) “Xəsaisu Əmiril-möminin Əli ibn Əbi Talib” adlı dəyərli kitabının müxtəlif hədislərində (məsələn; 9-cu, 78-ci, 96-cı, 99-cu və s. hədislərdə) “Qədir-Xum” hədisinin bə’zi hissələrini nəql etmişdir.

3- Əl-Hafiz Əmr ibn Əbi Asim əz-Zəhhak (vəfat: 287 h. q.) “Kitabus-sünnə” adlı kitabının bir neçə hissəsində (1354, 1355, 1356, 1357, 1360, 1362 və 1370-ci hədislərdə “Qədir-Xum” hədisinin bəzi hissələrini (o cümlədən: Mən hər kimin mövlasıyamsa, Əli də onun mölasıdır) –cümləsini Peyğəmbərin (s.a.a.) səkkiz səhabəsindən (o cümlədən; Əbu Əyyub Ənsari, Cabir ibn Əbdullah, Zeyd ibn Ərqəm, Əli ibn Əbi Talib (ələyhis-salam) və s. -dən nəql etmişdir.

4- Übeydullah ibn Əbdullah ibn Əhməd əl-Hakim əl-Həsəkani (hicri-qəməri ilinin beşinci əsrində yaşamışdır) özünün “Şəvahidut-tənzil” adlı kitabının 245, 247, 249 və 250-ci hədislərində “Təbliğ” ayəsinin (Maidə surəsi, ayə 67) nazil olma səbəbini aydınlaşdıran bəzi hissələrini nəql etmişdir.

5- Əbu İsa Məhəmməd ibn İsa ət-Termezi (209-297-ci h. q.) “Camius-səhih” adlı kitabının 5-ci cildinin 632-ci səhifəsindəki 3712 və 3713-cü hədislərdə Peyğəmbərin (s.a.a.) "Qədir-Xum” –da buyurduğu hədisini nəql etmişdir.
O, 3713-cü hədisdə “Qədir-Xum” hədisini nəql etmiş və onu səhih (mötəbər və qəbul ediləsi) adlandırmışdır.

6- Əl-Hafiz Əbu Əbdullah əl-Hakim ən-Neyşaburi (vəfat: 405 h. q.)“əl-Müstədrək ələs- səhihəyn” adlı kitabının 5-ci cildinin 109-cu səhifəsində “Qədir-Xum” yəni; - (Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır) hədisini Peyğəmbərdən (s.a.a.) nəql edərək, onu səhih və mötəbər bilmişdir.

7- Əli ibn Əhməd əl-Vahidi ən-Neysaburi (vəfat: 468 h. q.) “Əsbabun-nüzul” adlı kitabının 164-cü səhifəsində Əbu Səid əl-Xüdridən rəvayət nəql edərək, “Təbliğ” ayəsinin nazil olma səbəbini “Qədir-Xum” hədisi və Əli ibn Əbi Talibin (a.s.) vilayəti barədə olduğunu bildirmişdir.

8- Əl-Muvəffiq ibn Əhməd ibn Məhəmməd Məkki əl-Xarəzmi (vəfat: 568 h. q.) “əl-Mənaqib” adlı kitabının 155-156-cı səhifələrindəki 183-cü hədisdə, habelə həmin kitabın 154-cü səhifəsindəki 182-ci hədisində “Qədir-Xum” hadisəsi və orada Peyğəmbərin (s.a.a.) söylədiyi xütbənin bəzi hissələrini nəql etmişdir.

9- Əllamə Əlaüddin Müttəqi ibn Hisamüddin əl-Hindi (vəfat: 975 h. q.) “Kənzül-ümmal fi sünənil-əqval vəl-əfal” adlı kitabının birinci cildinin 187-ci səhifəsindəki 953-cü hədisdə Zeyd ibn Ərqəmdən nəql edir ki, həzrət Peyğəmbər (s.a.a.) belə buyurmuşdur:
“Həqiqətən Allah mənim mövlam, mən isə hər bir möminin mövlasıyam. Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi! Onu sevəni sev və onunla düşmən olana düşmən ol.” (Kənzul-ummal (əl-Hindi), 1/188/953)


Geri dön

Alone angel

  • 27 noyabr 2011 21:56
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
tewekkurler

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

.♣.Chrysalis.♣.

  • 27 noyabr 2011 17:06
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk .................

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

_SVETLANA_777_

  • 27 noyabr 2011 15:20
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ELERINE SALIK GOZEL XEBERCUN

--------------------
<p></p>

Ada...07

  • 27 noyabr 2011 14:17
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
Allah razi olsun

--------------------


BadZero

  • 27 noyabr 2011 13:05
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Allah razı olsun Qardaşım

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Ku-ku

  • 27 noyabr 2011 12:54
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

R_A_P_U_N_Z_E_L

  • 27 noyabr 2011 12:47
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

Repery

  • 27 noyabr 2011 12:00
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
ALLAH razi olsun xeberi bizle bolusduyun ucun qaqam

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 27
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 61
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}