Kim bilir… Bəlkə də…

 
Kim bilir… Bəlkə də…

Gedirsən… Bilirdim gedəcəyini… Həm də ilk gəldiyin gündən… İlk dəfə “səndən heç yerə getməyəcəyəm” dediyin zamandan…

İlk dəfə “sən hər şeysən,səni heç birə şeyə dəyişmərəm” dediyin zaman əslində mən bilirdim gedəcəyini… Eşq budur,deyəsən?! Getmə deyə bilmədiyim kimi, gəlmə də deyə bilmədim… Deyə bilməzdim…Bir az da olsa mənim olmağın, bir az da olsa məndə qalmağın bəs idi mənə bəlkə də… Heç mənim olmamağındansa… Bəlkə də bəs idi mənə yalan olduğunu bilərək verdiyin sözlərlə yaşamaq… Bir az da olsa eşqi səninlə dadmaq…

Bilmirəm…Bəlkə də bilirdim, ancaq imkansıza inanmışdım… Getməmə ehtimalına qapılmışdım… Bəlkə də getməyini istəmədiyim üçün idi… Bütün bildiklərimi, bütün inandıqlarımı unutmaq istədim və açdım qapılarımı bəlkə də… Kim bilir…

Yaşamadığım bir şeyi dadmaq istəmişdim bəlkə də səninlə…Bir günə bir ömür sığdırmaq istəmişdim… Heç beləsini yaşamamışdım… Bəlkə də onun üçün açdım qapılarımı bütün cəsarətimlə… Xoşbəxt sonla bitməyəcəyini bilə-bilə…

Sevdiyini bilirdim… Gedərkən belə, ürəyində olacağımı bilirdim… Bəlkə də əfsanə olmaq istəmişdim…Xatırlayırsanmı, hər dəfə sənə “əsl sevgilər qovuşmur, bax Leyli-Məcnun qovuşmadı” deyəndə, gülürdün mənə, “biz qovuşacağıq” deyirdin…İki nəfər sevəndə, qovuşmursa, bax o əfsanə olur…Biz də əfsanələrə qarışdıq, birdənəm…

Kim bilir, sonum ol istəmişəm bəlkə də…Sənsiz səni yaşamaqdansa…Səni heç bilmədən, səni heç dadmadan bir ömür yaşamaqdansa, sənli keçən qısa bir zamanın ardından son olmaq istəmişəm bəlkə də…

Sən uzaqlaşarkən, hər atdığın addımda yox olmaq istəmişəm bəlkə də…
Bəlkə də heç nə istəmirdim… İstədiyim bircə şey sadəcə sən idin…Sən də getdin…

Desəm ki, peşmanam, inanma… Mən səndə özümü tapdım və elə səndə də itirdim… Bəlkə də mən sadəcə səndə yox olmaq istəyirdim…Kim bilir… Bəlkə də…

Kim bilir… Bəlkə də…


Geri dön

_RONALDO_

  • 9 mart 2011 20:06
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
xebere gore tewekkurler

--------------------

Yusif

  • 27 noyabr 2010 19:33
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
coox saaag ol

Ulya

  • 15 oktyabr 2010 12:48
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol maraqli xebere gore

Grace_Angel

  • 12 oktyabr 2010 16:18
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkur edirem xebere gore baciw.....Maraqlidir.....

--------------------

Afran007

  • 11 oktyabr 2010 23:40
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
belay

Legenda_Girl

  • 11 oktyabr 2010 23:08
  • Məqalə: 1
  • Şərh: 32
  • Bal:
{awards}
Bir gun geler ele bir gunde geder gedene qal demezler deyenler ise zeif insanlar olur qurur sevgidende ustun olmalidir

Azeri_Gozeli

  • 11 oktyabr 2010 22:28
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
coox saaag ol

--------------------

sevgi yalandir

  • 11 oktyabr 2010 22:17
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 51

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}