Uçub gedən arzular

 
Uçub gedən arzular

Ağlamışdım... İpindən bərk-bərk tutduğum qırmızı şarım əlimdən uçmuşdu. Bütün diqqətim ondaydı. Uçacaqdı, məni də özüylə aparacaqdı. İnsanlara hündürdən baxacaqdım, sevinəcəkdim, əlim buludlara dəyəcəkdi...

Amma şarım mənsiz uçmuşdu. Özüylə bərabər arzularımı aparmışdı.
İpi hələ də sallanıb yellənirdi. Bir az əvvəl hələ aşağıdaydı, tullansaydım tutacaqdım, amma indi gec idi...

Görəsən, quşlar dimdikləriylə şarımın ipindən tuta bilərlərmi?! Yox, tuta bilməzdilər, qırmızı şarım yavaş-yavaş uçur, get-gedə kiçilirdi. Nəhayət, gözdən itdi. Mənsə şarın və onunla gedən arzularımın arxasınca ağlayırdım, qırmızı şarımın necə məyus etdiyinə yanıb-yaxılırdım...

İllər keçdi. “Son Zəng” günü idi, bütün siniflər adları çəkildikcə həyətə çıxaraq göyərçinlər uçurdacaqdı. Bizim sinif isə cəmi 1-2 dənə göyərçin tapdığından, ümidimiz şar uçurtmağa qalmışdı. Bir əlimdə rəngbərəng şarlar vardı, bir əlimdə də ağappaq göyərçin. Rəngli şarlarım bir yerdə dayanmırdı, bir himə bənddilər ki, iplərini əlimdən buraxım, uçsunlar göyə. Ağappaq göyərçin isə qorxurdu, ürəyi çırpınırdı. Ovuclarımın arasında necə titrəyib-əsdiyini hələ də unutmamışam... Özümün məktəbi bitirmək həyəcanım, göyərçinin ovcumda titrəyişi, şarların bir yerdə dayanmaması, ətrafın səs-küyü çaşdırmışdı məni. Birdən eşidilən “11A buyursun” çağırışı daha da həyəcanlandırdı məni... Çölə çıxan kimi uçmağa hazır şarların ipini həvəslə və bir az da acıqla əlimdən buraxdım göyə. Şarlarımdan bu dəfə cəmi birisi uçmuşdu... Elə məyus olmuşdum uçmayanlara görə...

Göyə baxanda, uçan şarın qırmızı olduğunun fərqinə vardım, yenə də məyusluq... Ovuclarımda titrəyən göyərçin isə fit səslərindən daha bərk qorxmuşdu, axır ki, onu da havaya buraxdım və yenə qırmızı şarın arxasınca baxdım...

Bilmək olmazdı, bəlkə ağ göyərçin qırmızı şarımın ipindən tutub gətirəcəkdi mənə...
Yenə gecikmişdim... Bu dəfə göyərçini gec uçurtduğuma görə. Çünki şarın qalxdığı yüksəkliyə indi heç göyərçin də uça bilməzdi...

Uçub gedən arzular


Geri dön

Willow smith

  • 6 dekabr 2011 14:32
  • Məqalə: 52
  • Şərh: 1036
  • Bal:
tewekkurler butun werh yazanlara

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

qayasamedova

  • 29 noyabr 2011 09:05
  • Məqalə: 0
  • Şərh: 55
  • Bal:
{awards}
teshekkurler xebere gore fellow

--------------------
Analarin haqqi odenmez sevmeye omur yetmez....

wiki

  • 29 noyabr 2011 00:05
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
Göyə baxanda, uçan şarın qırmızı olduğunun fərqinə vardım, yenə də məyusluq... Ovuclarımda titrəyən göyərçin isə fit səslərindən daha bərk qorxmuşdu, axır ki, onu da havaya buraxdım və yenə qırmızı şarın arxasınca baxdım...

... Deryam ...

  • 28 noyabr 2011 23:55
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Maraqlı və duyğulu yazıydı .

--------------------

Zoluwka

  • 28 noyabr 2011 16:21
  • Məqalə: 77
  • Şərh: 1207
  • Bal:
{awards}
tesekkurler

--------------------
♀+♂=ღ

sevgi heyatdir

  • 28 noyabr 2011 15:51
  • Məqalə: 0
  • Şərh: 44
  • Bal:
{awards}
tesekkurler xebere gore

--------------------
Iman baglarinin en mohkemi Allah ucun dostluq,Allah ucun dusmenlik,Allah ucun sevgidir!

......ROMA......

  • 28 noyabr 2011 15:38
  • Məqalə: 4
  • Şərh: 329
  • Bal:
{awards}
wink wink

--------------------
Sevdinsə kölgəyə dönüb hər zaman,
Sən onu hər yerdə izləyəcəksən.
Sevdinsə qəm içib dərd udacaqsan.
Onu unutmağı unudacaqsan.

.♣.Chrysalis.♣.

  • 28 noyabr 2011 15:35
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk elaaaa

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

_SVETLANA_777_

  • 28 noyabr 2011 15:24
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
<p></p>

jalicka...

  • 28 noyabr 2011 14:03
  • Məqalə: 0
  • Şərh: 703
  • Bal:
{awards}
twk dostcik

--------------------
Seni bulmaktan once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil sana
Hep yeniden baslamak isterim

nevroz

  • 28 noyabr 2011 13:42
  • Məqalə: 173
  • Şərh: 376
  • Bal:
{awards}
Daha goyde qusda ucmur
Gunes de hec iSig sacmir
Gunahlari cox olanlar
Allaha niye el acmir?

--------------------

_TUNAR_MAMEDOV_

  • 28 noyabr 2011 13:34
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
Göyə baxanda, uçan şarın qırmızı olduğunun fərqinə vardım, yenə də məyusluq... Ovuclarımda titrəyən göyərçin isə fit səslərindən daha bərk qorxmuşdu, axır ki, onu da havaya buraxdım və yenə qırmızı şarın arxasınca baxdım...

twkler cooox gozel idi bu yazi

--------------------

Ku-ku

  • 28 noyabr 2011 11:09
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Bilmək olmazdı, bəlkə ağ göyərçin qırmızı şarımın ipindən tutub gətirəcəkdi mənə...
Yenə gecikmişdim... Bu dəfə göyərçini gec uçurtduğuma görə. Çünki şarın qalxdığı yüksəkliyə indi heç göyərçin də uça bilməzdi...

--------------------

Dinar Mamedova

  • 28 noyabr 2011 10:06
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
ilk sehr menden thanksssssssssssss

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 49
Cəmi: 68

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}