Ruzi və günah

 
Ruzi və günah

Allahu-Təala bütün mövcudatlardan ehtiyacsızıdr. Şübhəsiz ki, kim günah iş görüb zülm etsə cəhənnəmə layiqdir. Yalnız hər bir insan gərək öz gözəl əməlləri ilə Onu sevindirməli və nemətlərinə isə şükr etməlidir. O nemətlərdir ki, sayı, dəyəri, hesabı, qiyməti bilinməz və dərk edilməzdir. O gözəl nemətlər Allahu-Təalanın insanlara verdiyi ruzidir. İslamda ibadət insanın həyat və fəaliyyətini, bütün anlarını əhatə edir. İslam baxımından Allaha xatir görülən hər bir xeyirli iş ibadətdir.

Bir gün Peyğəmbər(s.ə.v)-in ən yaxın səhabəsi olan Əbuzər, Rəsulullahın yanında idi. Peyğəmbər ona buyurdu: Ey Əbuzər! Əgər bacarsan yemək-içməyini və yatmağını da Allaha xatir et.

Demək yemək də, içmək də, işləmək də, geyinmək də dinin qanunlarına əsasən düzgün uyğun olmalı, elm və mərifət qazanmaq üçün Allahu-Təaladan kömək istənilib, Ona xatir əməl edilməlidir ki, həyatda Ona xatir olan hər bir gözəl şey ibadətdir.

Peyğəmbər(s.ə.v) digər bir hədisdə buyurmuşdur: Əgər kimlər gecə yatan zaman dörd kəlməni söyləməsə, həmin şəxs zəlalətdə olar. "

Ruzi və günah

Bu dörd kəlmələrdən biri də ruzi barəsindədir ki, bunu yalnız Allah-Təalaya şükr etmək vasitəsiynən söyləmək mümkündür. Həmin kəlimə belə deyilir: Allah, Sənə şükürlər olsun ki, mənim ruzilərimi Sən verirsən və kimlərəsə möhtac etmirsən. Əgər insan hər hansı bir ruzinin; suyun, yeməyin, işləməyin və bu kimi digər nemətlərin istifadə edilməsində böyük rolu olan Tanrıya şükr etməzsə, həmin şəxs qiyamət günü böyük haqq-hesabata çəkiləcək.

Çünki bir hədis də var ki, bir şəxs Həzrəti Əli(ə)-ın yanına gəlib sual eyləyib soruşur: Ya Əli! Allahu-Təala qiyamət günü bütün insanlardan necə sorğu-sual edəcək? Həzrət buyurdu: Allahu-Təala insanlara bəxş etdiyi ruzilər qədər sorğu-sual edəcək.

Demək qiyamətin daha da yaxınlaşmağının səbəbi, insanların ruzilərə qarşı israfçılığı, saymamazlığı, etinasızlığı və şükürsüzlüyüdür ki, bu gün bir çox insanlar Allahın biz insanlara verdiyi ruziləri düşünmür. Şəhidlər şəhidinin ağası və Kərbəla sultanı İmam Hüseyn(ə) buyurur: Əgər kim günah etmək istəyirsə, onda Allahın ruzilərini yeməsin.
Bu ecazkar hədisdə də göründüyü kimi hər bir şey zülmçülük, güclülük, yaxşılıq, insanlıq, elmlilik və bu kimi digər şeylər yalnız Allahu-Təala tərəfindən insanlara verilir. Demək bundan əlavə bizim hər bir bədən üzvümüzü yaradan Allaha şükr etməkdən savayı, ibadət edib, oruc tutub, Allahı çox yad və zikr etsək belə, onda Allahın razılığın yalnız bir hissəsindən də az miqdarda əldə etmiş olarıq.

Ruzi və günah

Yəqin ki, İmam Hüseyn(ə) kimi şəxsiyyətin hədisinə bizim bir şəkk-şübhəmiz qalmaz, çünki hər hansı bir insan hansı məkana gedib ruzi diləsə, o ruzini də Allah bəxş edəcək. Bəs əgər belədirsə, niyə insanlar Allahu-Təalanın bəyənmədiyi saysız-hesabsız günah əməllərlə məşğuldurlar? Əgər belədirsə niyə biz insanlar, Allahu-Təalanın verdiyi nemətlərindən faydalanırıq və sonda isə naşükürlük edirik? Niyə bəs Allah-Təalaya ibadət etməkdən boyun qaçırıb və 12 ayın içində yalnız 1 ayın, yəni 30 günü olan mübarək Ramazan ayının orucunu Allaha xatir tutmuruq?
Həqiqətən bu müasir zamanda İslam dini çox acınacaqlı vəziyyətdir. İslam dini insanları gözəl əxlaqa tərəf səslədiyi üçün çox insanlar bu yoldan kənardırlar. Düşünmək lazımdır ki, insana verilən ən üstün şey xoş əxlaq və xoş xasiyyətdir. Hədislərdə də var ki, gözəl əxlaq dinin yarısıdır. İslam məktəbi başqa məktəblərdən fərqli olduğu üçün, İslam məktəbində gözəl əxlaq imana əsaslanır. İnsanın əməlləri gözəl olduqca, sonsuz kamala və kamilliyə doğru yüksəlir. Gərək insanın Allahu-Təalaya qarşı məhəbbəti böyük olub və Onu haram buyurduğu işlərdən uzaq ola. Allahu-Təala Qurani-Kərimdə Bəqərə surəsinin 165-ci ayəsində buyurur: İman gətirənlər Allahı daha çox sevənlərdir.

Ruzi və günah

İmanlı insanlar mütləq başqalarından üstündürlər. Allahu-Təala yenə Qurani-Kərimdə Ali-Imran surəsinin 139-cu ayəsində buyurur: Ey iman gətirənlər! Qorxmayın və çəkinməyin, əgər imanınız həqiqi olsa mütləq başqalarından üstün olacaqsınız.
İmanlı insan daim başqalarının qayğısına qalır, camaat namazlarında din qardaşlarının çətinliklərini, problemlərini öyrənib kömək etməyə çalışır, namaz qılarkən bütün insanlar üçün Allah-Təalaya dua edib və yaxud ac olarkən evində rahat şəkildə yata bilməyir, yorğun və əziyyət çəkmiş bir şəxs görərkən: "Bu şəxs mənim rəbbimin xəlq etdiyi insandır və ona köməkçi olmalıyam" deyə çalışıb, hər zaman səy göstərir. Bəs görəsən hər bir şəxs belədirmi?! - sözsüz ki, yox. Əlbətdə İslam dini hər bir insanı bu cür əxlaqi fəzilətlərə və xeyir işlərə dəvət edir. Lakin bir çox insanlar öz şəxsiyyətini, başqa dünyəvi ləzzətləri ilə öz insanlığını unudub...

Çox təəssüflər ki, artıq bir çox insanlar və yaxşı evlər qadınlara pis iş görməkdə kömək edirlər. Görəsən digər bu kimisini də açıqlamaq qalırmı? Gecə evləri və klubları, namusu hər bir fərdin oyuncağı olan, bar və əyləncə klublarındakı Azərbaycan qızlarının bizim öz millətimizin qızı, namusumuz olduğunu görən kimsə düşünürmü?

Ruzi və günah

Həqiqətən üzümüzü yalnız bu qadına tutmalıyıq ki, qadınlar üçün nümunə olmaqda ondan daha üstün bir qadın yer üzündə olmayıb və olmayacaq. Çox həyalı, iffətli, ismətli, İsalmi hicab və geyimə çox ciddi şəkildə nəzər yetirən pak bir xanım o idi. Gərək bütün qadınlar Fatimeyi-Zəhra(ə) kimi xanımlıın məqamını dərk edib, onun həyatından ibrət götürsünlər.

Bir nəfər şəxs Hz.Məhəmmədin yanına gəlib soruşur: "Ya Peyğəmbər! Nədənsə ölümü heç sevə bilmirəm. Ölüm adı çəkiləndə hürkürəm. Axirətə ciddi bir meyl duya bilmirəm." Peyğəmbər soruşur: "Var-dövlətin varmı? "
- Bəli var
- Belə isə o dövlətdən axirət üçün xərclə. Görəcəksən ki, axirətə qarşı marağın artacaq, ora meyl hiss edəcəksən.
Peyğəmbər ardınca da belə buyurur: "Çünki insan, mal-dövləti hardadırsa , ordan ayrılmaz istəməz. Sənin isə var-dövlətin buradadır, oraya heç bir şey göndərməmisən. "

Ruzi və günah

Ona görə də gedəcəyimiz yeri əvvəlcədən abadlaşdırmaq lazımdır. Burda bir çox xeyir işlər görüb, orada özümüzə gözəl məkan və mülk qura bilərik. Bu dünyanın da rahatlığını qazana bilərik. Bunlar bizim gözəl imkanımız daxilindədir. Axı o yerdə isə bizim ünvanımız var və bizləri gözləyir. Kiminsə ünvanı xarabalıq, kiminin də ünvanı isə gözəl mülklər, saraylar olacaq. Amma möminlərin niyyəti nə o mülk, nədə ki saraylar da deyil. Mömin hər bir işini hər bir şeyin sahibi olan yalnız Allahın ruzisi üçün yerinə yetirər. Çox təəssüflər olsun ki, bu gün bir çox insanlar hər şeyi ölümü bu üzündə görən və lakin ölümdən o tərəfə hər bir şeyin təsəvvür edilməyən dar düşüncəlilər oraya gedəndə həmin bərbad xarabazarlığa məhkum və peşman olacaqlar. Allah Qurani-Kərimdə buyurur: Onlar etdiyi hərəkətlərinə görə peşman olacaqlar .Əgər bunların heç birini etmək istəmiriksə gəlin əsas məsələ Allahın bizə əmr etdiyi vacibatımızı(namaz) düzgün şəkildə yerinə yetirək, mübarək Ramazan ayının orucunu tutaq və çox mühüm məsələ olan günah işlərdən uzaq olub, imanımızı daha da kamilləşdirib, əhdimizə hər zaman vəfalı və sadiq olaq İnşallah!


Geri dön

C.I

  • 21 yanvar 2012 13:35
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
twk................

--------------------

Zoluwka

  • 1 dekabr 2011 01:47
  • Məqalə: 77
  • Şərh: 1198
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
♀+♂=ღ

_TUNAR_MAMEDOV_

  • 29 noyabr 2011 01:39
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN MELUMAT UCUN... twkler...

--------------------

ASMIYA

  • 29 noyabr 2011 00:53
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
COK GOZEL, MUKEMMEL YAZI, LAZIMLI YAZI. MINNETDARAM.

KESKE HER KES ANLASA NEYIN GEREKLI, NEYIN GEREKSIZ OLDUGUNU.
recourse

--------------------


wiki

  • 28 noyabr 2011 23:12
  • Məqalə: 26
  • Şərh: 1611
  • Bal:
{awards}
tewekkurler

......ROMA......

  • 28 noyabr 2011 21:41
  • Məqalə: 4
  • Şərh: 329
  • Bal:
{awards}
wink wink

--------------------
Sevdinsə kölgəyə dönüb hər zaman,
Sən onu hər yerdə izləyəcəksən.
Sevdinsə qəm içib dərd udacaqsan.
Onu unutmağı unudacaqsan.

BadZero

  • 28 noyabr 2011 20:37
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
TƏŞƏKKÜR xəbərə görə

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Alone angel

  • 28 noyabr 2011 20:16
  • Məqalə: 0
  • Şərh: 3061
  • Bal:
{awards}
tewekkurler

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

ROmaNTik_BoY

  • 28 noyabr 2011 20:05
  • Məqalə: 1
  • Şərh: 108
  • Bal:
{awards}
coxxxxxxx twkler..bele menali sozler olsa daha yaxwi olar

--------------------
biz 2 romantik deli,2 serseri....

.♣.Chrysalis.♣.

  • 28 noyabr 2011 17:35
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
twk maraqlidi

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

angel angel

  • 28 noyabr 2011 17:15
  • Məqalə: 1
  • Şərh: 365
  • Bal:
{awards}
tesekkurler

Ku-ku

  • 28 noyabr 2011 16:47
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
tewekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 45
Cəmi: 70

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 36
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 23
 
MiSS HaPPy)
Xəbərləri: 10
Cəmi: 18
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 671
 
ஐ Payiz ஐ
Xəbərləri: 5
Cəmi: 8
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 3
Cəmi: 226
 
 
{slinks}