Məsumların Nurlu Kəlamlarından (401-420)

 
Məsumların Nurlu Kəlamlarından (401-420)

Hədis 401:
İmam Sadiq (ə) buyurur: “Həqiqətən, xalqın ən çətin bəlalar görəni peyğəmbərlər, sonra onların ardınca gedənlər, sonra isə tərtiblə məqamına görə Allaha yaxın olanlardır.”

Hədis 402:
Həzrət Məhəmməd (s) buyurur: “Ümmətim üçün iki şeydən daha çox qorxuram: nəfs istəyi və uzun-uzadı olan arzular.”

Hədis 403:
İmam Sadiq (ə) buyurur: “Pis xasiyyətli adam özünə əzab verir.”

Hədis 404:
İmam Sadiq (ə) buyurur: “Hətta ona qarşı zülmkar olan ata-anasına düşmən nəzərlə baxan kəsin namazını Allah qəbul etməz.”

Hədis 405:
İmam Sadiq (ə) buyurur: “Mö`mini məzəmmət edən kəsi Allah dünya və axirətdə məzəmmət edəcəkdir.”

Məsumların Nurlu Kəlamlarından (401-420)

Hədis 406:
İmam Sadiq (ə) buyurur: “Dua etməyi unutmayın, çünki dua hər dərdin dərmanıdır.”

Hədis 407:
İmam Sadiq (ə) buyurur: “Həqiqətən, rahatlıq vaxtı edilən dua, bəla vaxtı olan ehtiyacları aradan aparar.”

Hədis 408:
İmam Sadiq (ə) buyurur: “Allaha edilən hər bir dua, Məhəmməd və ali-Məhəmmədə salavat göndərmədikcə, səmaya qalxa bilmir.”

Hədis 409:
İmam Sadiq (ə) buyurur: “Rastlaşdığın hər bir adama salam vermək təvazökarlıqdandır.”

Hədis 410:
İmam Riza (ə) buyurur: “Peyğəmbərlərin silahından yapışın. Soruşuldu ki, bu silah nədir? Buyurdu: Dua!”

Məsumların Nurlu Kəlamlarından (401-420)

Hədis 411:
Həzrət Əli (ə) buyurur: “Allahın ona verdiyindən razı olan insan xalqın ən ehtiyacsızıdır.”

Hədis 412:
Həzrət Əli (ə) buyurur: “Allahın yanında ən ağır günah odur ki, şəxs günahını yüngül saya.”

Hədis 413:
Həzrət Əli (ə) buyurur: “Allah üçün ən pis (mənfur) şəxs qeybət edən adamdır.”

Hədis 414:
Həzrət Əli (ə) buyurur: “İnsanların ən acizi dua etməkdə aciz olandır ( dua etməyənlərdir).”

Hədis 415:
Həzrət Əli (ə) buyurur: “Xataların (səhvlərin) ən böyüyü dünya sevgisidir.”

Məsumların Nurlu Kəlamlarından (401-420)

Hədis 416:
Həzrət Əli (ə) buyurur: “Xalqa daha çox xeyir verən kəs xalqın ən fəzilətlisidir.”

Hədis 417:
Həzrət Əli (ə) buyurur: “İmanın ən möhkəm bağı Allaha görə dostluq və Allaha görə düşmənçilikdir.”

Hədis 418:
Həzrət Əli (ə) buyurur: “Başqalarına eyib bildiyini özünə də eyib bil.”

Hədis 419:
Həzrət Məhəmməd (s) buyurur: “Allahın ən sevdiyi iş dili saxlamaqdır.”

Hədis 420:
Həzrət Məhəmməd (s) buyurur: “Allah qarşısında ən yaxşı yemək çox adamın oturduğu süfrədəki yeməkdir.”


Geri dön

Repery

  • 29 noyabr 2011 14:10
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
ALLAH razi olsun xeberi bizle bolusduyun ucun

--------------------

Alone angel

  • 28 noyabr 2011 20:03
  • Məqalə: 0
  • Şərh: 3061
  • Bal:
{awards}
tewekkurler

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

Ada...07

  • 28 noyabr 2011 15:39
  • Məqalə: 46
  • Şərh: 2750
  • Bal:
{awards}
Bele deyerli xeberi bizimle boluwduz, Allah sizden razi olsun...

--------------------


R_A_P_U_N_Z_E_L

  • 28 noyabr 2011 15:24
  • Məqalə: 36
  • Şərh: 2964
  • Bal:
{awards}
tesekkurler xebere gore

.♣.Chrysalis.♣.

  • 28 noyabr 2011 15:17
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TWK

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

......ROMA......

  • 28 noyabr 2011 15:16
  • Məqalə: 4
  • Şərh: 329
  • Bal:
{awards}
wink wink

--------------------
Sevdinsə kölgəyə dönüb hər zaman,
Sən onu hər yerdə izləyəcəksən.
Sevdinsə qəm içib dərd udacaqsan.
Onu unutmağı unudacaqsan.

_SVETLANA_777_

  • 28 noyabr 2011 15:05
  • Məqalə: 109
  • Şərh: 1518
  • Bal:
{awards}
ALAH RAZI OLSUN ELLERINE SALIX BEYENDIM

--------------------
<p></p>

Ahli-Shia313

  • 28 noyabr 2011 14:56
  • Məqalə: 43
  • Şərh: 178
  • Bal:
{awards}
coxsagolun.ALLAH RAZI OLSUN,bizi imam Huseyn(a.s) aganin heqiqi ezadarlarindan qerar versin.Gelin bu Meherrem ayinda chaliwaq az gunah eliyek,mumkunse hech etmiyek.esasda ozume deyirem.

--------------------
Каждый день Ашура, Вся земля Кербела!

Zoluwka

  • 28 noyabr 2011 14:45
  • Məqalə: 77
  • Şərh: 1198
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♀+♂=ღ

romantik_awk

  • 28 noyabr 2011 14:22
  • Məqalə: 35
  • Şərh: 3237
  • Bal:
{awards}
TWK YARADAN YARADDIQLARINA KOMEK OLSUN

--------------------

FLY TIME

  • 28 noyabr 2011 13:49
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
{awards}
xebere gore twk........

111_Shawmn Michaelais_111

  • 28 noyabr 2011 13:42
  • Məqalə: 250
  • Şərh: 1093
  • Bal:
{awards}
canim Allah razı olsun .

--------------------


BadZero

  • 28 noyabr 2011 12:01
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
Allah razı olsun qardaşım

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Ku-ku

  • 28 noyabr 2011 10:44
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
Allah razi olsun minetdaram

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 13
Qonaqlar: 58
Cəmi: 83

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 110
 
MiSS HaPPy)
Xəbərləri: 12
Cəmi: 21
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 672
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 3
 
 
{slinks}