Məhəmmədhüseyn Şəhriyardan şeirlər

 
Məhəmmədhüseyn Şəhriyardan şeirlər

OLMAZ

Türkün dili tək sevgili, ehsaslı dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.

Öz şerini farsa, ərəbə qatmasa şair,
şeri eşidənlər, oxuyanlar kəsil olmaz.

Pişmiş kimi, şerin də gərək dad-duzu olsun,
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.

Sözlər də cəvahir kimidir, əsli bədəldən
Təşxis verən olsa, bu qədər zir-zibil olmaz.

şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarı köynək qızıl olmaz.

Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,
Daş-daşda doşulmuş dşli ceyran həmil olmaz.

Ansan odu tutsun bu zəlil xalqın əlindən,
Allahı sevərsən, belə insan zəlil olmaz.

Hərçənd Sərabın südü çox, yaş-balı çoxdur
Baı ərşə də çatdırsa, Sərab ərdəbil olmaz.

Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz,
ərbablarımızdan da qarınlar təbil olmaz.

Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dıfı bunu qan ki, ipəkdən qızıl olmaz.

Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə,
Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.

Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair pəxil olmaz.

Türkün məsəli, folkloru dünyada təkdir,
Xan yorqanı, kənd içrə məsəldir, mitil olmaz.

Azər qoşunu qeysəri-Rumi əsir etmiş,
Kəsra sözüdü, bir belə tarix nağıl olmaz.

Bu Şəhriyarın təbi kimi çimməli çeşmə,
Kəvsər ola bilsə, demirəm, Səlsəbil olmaz.

Məhəmmədhüseyn Şəhriyardan şeirlər

BEHCABAT XATİRƏSİ

Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar yenə, olmuş gecə yarı

Gözlər asılı,yox nə qaraltı , nə də bir səs,
Batmış qulağım gör nə döşürməkdədi darı

Bir quş : “Ayığam” –söyləyərək gahdan inildər,
Gahdan onu day yel deyə laylay huş aparı

Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən
Məndən aşağı kimsə yox, ondan da yuxarı

Qorxum budu,yar gəlməyə birdən yarıla sübh,
Bağrım yarılar,sübhüm,açıla tarı!

Dan ulduzu istər çıxa,göz yalvarı,çıxma
O çıxmasa da ulduzumun yoxdu çıxarı

Gəlməz,tanıram bəxtimi,indi ağarar sübh,
Qaş beylə ağardıqca,daha baş da ağardı

Eşqin ki,qərarında vəfa olmayacaqmış,
Bilməm ki,təbiət niyə qoymuş bu qərarı?

Sanki xoruzun son banı xəncərdi soxuldu,
Sinəmdə ürək varsa,kəsib qırdı damarı.

Rişxəndilə qırcandı səhər,söylədi:-Durma,
Can qorxusu var eşqin,ulduzun bu qumarı

Oldum qaragün ayrıları o sarı teldən,
Bunca qara günlərdir edən rəngimi sarı.

Göz yaşları hər yerdən axarsa,məni tuşlar,
Dəryaya baxar,bəllidi,çayların axarı.

Əzbəs məni yarpaq kimi hicranla saraldıb,
Baxsan üzünə,sanki qızılgüldü,qızardı.

Mehrabi-şəfəqdə özümü səcdədə gördüm,
Qan içrə qəmim yox,üzüm olsun sənə sarı.

Eşqi var idi Şəhriyarın güllü, çiçəkli,
Əfsus,qara yel əsdi,xəzan oldu baharı.


Geri dön

H.o.S.t _ FaNaTka

  • 30 noyabr 2011 01:37
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
təşəkkürlər

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

Aynure

  • 29 noyabr 2011 09:30
  • Məqalə: 118
  • Şərh: 436
  • Bal:
{awards}
Cox gozel seirlerdi.xususi tesekkur.

_TUNAR_MAMEDOV_

  • 29 noyabr 2011 01:14
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
twkler gozel seirlerdi.....

--------------------

.♣.Chrysalis.♣.

  • 29 noyabr 2011 00:00
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk seire gore

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

wiki

  • 28 noyabr 2011 23:05
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler

Larek

  • 28 noyabr 2011 22:45
  • Məqalə: 8
  • Şərh: 108
  • Bal:
{awards}
Bu sayit Doğurdanda Başqa Saytlardan ferqlidi.men Teşekkur edirem Dahi Söz Felsefe alimi Şehriyari Tebliq edisiz.Youtube Var Dahi Ustadin Vefati Ordaki millete Baxsaz Dehşete gelersiz.Allah Rehmet elesin Şehriyari.Teşekkurumu bildirirem Bu Xeberi Yazana.

_SVETLANA_777_

  • 28 noyabr 2011 21:19
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dıfı bunu qan ki, ipəkdən qızıl olmaz.

Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə,
Onda ki, nənəm sancılanar, zəncəfil olmaz
tesekkurler

--------------------
<p></p>

......ROMA......

  • 28 noyabr 2011 21:18
  • Məqalə: 4
  • Şərh: 329
  • Bal:
{awards}
wink wink

--------------------
Sevdinsə kölgəyə dönüb hər zaman,
Sən onu hər yerdə izləyəcəksən.
Sevdinsə qəm içib dərd udacaqsan.
Onu unutmağı unudacaqsan.

Alone angel

  • 28 noyabr 2011 20:54
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
tewekkurler

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

.::BaBy_FaCe_WiSe::.

  • 28 noyabr 2011 20:49
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz,
ərbablarımızdan da qarınlar təbil olmaz.


Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dıfı bunu qan ki, ipəkdən qızıl olmaz
.


bu bendlerini cox beyendim coxsagolun...
winked

--------------------

ROmaNTik_BoY

  • 28 noyabr 2011 19:57
  • Məqalə: 1
  • Şərh: 110
  • Bal:
{awards}
ela qeweng sozlerdi

--------------------
biz 2 romantik deli,2 serseri....

111_Shawmn Michaelais_111

  • 28 noyabr 2011 19:46
  • Məqalə: 250
  • Şərh: 1137
  • Bal:
{awards}
Azər qoşunu qeysəri-Rumi əsir etmiş,
Kəsra sözüdü, bir belə tarix nağıl olmaz.

Bu Şəhriyarın təbi kimi çimməli çeşmə,
Kəvsər ola bilsə, demirəm, Səlsəbil olmaz.

--------------------


Sky_ADIU

  • 28 noyabr 2011 19:45
  • Məqalə: 23
  • Şərh: 387
  • Bal:
{awards}
ilk menden.twk

--------------------
Həsrətindən ölməsinə ölmərəm ama.
Hec kimi də sənin qədər sevmərəm, bunu UNUTMA!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 36
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}