ABŞ-da adı açıqlanmayan 42 yaşlı qadın 20 il öncə dondurulan embrionun köməyi ilə ana olub. Qadın ötən əsrdə dondurulan embrionun köməyi ilə sağlam oğlan uşağı dünyaya gətirib. İngiltərənin "Sunday Times" qəzetinin məlumatına görə, 42 yaşlı qadın illərlə süni mayalanma ilə ana olmaq uğrunda mübarizə aparıb. Ancaq onun cəhdləri hər dəfə uğursuzluqla nəticələnib.
Həkimlər başqa bir qadının bir günlük olarkən dondurduğu 5 embrionundan istifadə etməklə ingilis qadının hamilə qalmasına kömək edə biliblər. Qadının bətninə iki embrion yerləşdirilsə də onlardan yalnız biri həyatda qala bilib.
Qeyd edək ki, 2006-cı ildə İspaniyada qadın 13 il dondurulmuş vəziyyətdə qalan embrionun köməyi ilə ana ola bilmişdi.