Maraqlı hekayələr

 
Maraqlı hekayələr

İKİ FİNCAN SU
Qədim zamanlarda bir hökmdar var idi. Bu hökmdar çox varlı idi. O, var-dövləti ilə öyünməkdən böyük həzz alırdı. Hara getsə, öz var-dövlətindən danışırdı. Hökmdarın ağıllı bir vəziri var idi. Böyük də, kiçik də onu çox sevirdi...
Bir gün hökmdar vəziri ilə söhbət edəndə, “Sən dünya görmüş bir adamsan. Hamının sənə böyük hörməti var. Bilmək istəyirəm, görəsən, mənim var-dövlətim haqqında nə düşünürsən?” , - deyə soruşdu. Vəzir diqqətlə hökmdara baxıb dedi: “Fərz edin ki, ucsuz-bucaqsız bir səhradasınız. Susuzluq sizi əldən salıb. Hiss edirsiniz ki, artıq ölüm də çox uzaqda deyil. Bu vaxt sizə bir fincan su versələr və əvəzində var-dövlətinizin yarısını istəsələr, verərsinizmi?” Hökmdar, “Əlbəttə ki, verərəm“, - deyə cavab verdi. Vəzir davam etdi: “Fərz edək ki, susuzluğunuz yenə artdı. Taqətdən düşdünüz. Yenə sizə bir fincan su versələr və əvəzində var-dövlətinizin yarısını istəsələr, verərsinizmi?”. Hökmdar bir qədər fikirləşib, “Təbii ki, verərəm”, -dedi. Artıq son sözü demək vaxtı idi: “Madam ki belədir, onda bu var-dövlətlə öyünməyə dəyməz. Çünki onun qiyməti iki fincan sudan artıq deyil”...

Maraqlı hekayələr

MANEƏ
Qoca kiçik bir gölün kənarında oturmuşdu. Bu vaxt bir itin qəribə hərəkətlər etdiyini gördü. İt gölün kənarına qədər gəlir, sonra nə isə görüb geri çəkilirdi. İtə diqqətlə nəzər yetirən qoca onun suyun üzərindəki əksindən qorxub geri çəkildiyini gördü. İt nəhayət susuzluğa dözə bilməyib özünü gölə atdı və doyunca içməyə başladı. Qoca üzünü yanında oturan dostuna tutub:
- Əslində çox adi görünən bu hadisədən nə dərs götürdüyümü bilmək istəyirsənmi? – dedi, - Bir insanın məqsədi ilə arasındakı maneə çox vaxt öz içində böyütdüyü şübhələr və qorxulardır. Yəni insan əslində öz “maneələrini” özü yaradır. Bu “maneələri” aşanda isə məqsədinə çatar...
- Əslində ikinci dərs bundan daha mühümdür. Yəni, insan nə qədər bilikli olursa olsun, susuz qalmış bir itdən də nə isə öyrənə bilər...

Maraqlı hekayələr

FİNCAN DƏSTİ
Qapı döyüldü. Açdım. Qarşımda cırıq palto geymiş iki uşaq dayanmışdı. Uşaqlardan biri: “Köhnə qəzetiniz var?” – deyə soruşdu. İşim olduğu üçün əvvəlcə “yox” demək istədim, ancaq birdən gözüm onların ayaqqabılarına sataşdı. İkisi də köhnə ayaqqabı geymişdi və ikisinin də ayaqları su içində idi. Uşaqları içəri çağırdım. Onlar da heç bir söz demədən içəri keçdilər. Yaş ayaqları xalçanın üzərində iz salmışdı. Bir tərəfə keçib səssizcə oturdular. Uşaqları isti çaya və mürəbbəyə qonaq etdim. Sonra da onlar üçün yeməyə bir şey hazırladım. Onlar buxarının yanında qarınlarını doyurmağa başladılar, mən isə işimi görmək üçün mətbəxə qayıtdım. Ancaq qonaq otağındakı səssizlik diqqətimi cəlb etdi. Bir anlıq başımı içəri uzatdım. Balaca qız gözlərini qırpmadan əlindəki fincana baxırdı. Məni görən kimi: “Xanım, siz varlısınız?” – deyə soruşdu. Təəccüblə: “Yox. Varlı deyiləm” – deyə cavab verdim. Qeyri-ixtiyari gözlərim köhnə ev ayaqqabılarıma sataşdı. Qız əlindəki fincanı ehtiyatla nəlbəkiyə qoydu və: “Sizin fincanlarınız dəstdir” – dedi. Onun səsində sanki bir həsrət var idi və bu həsrət adi həsrətə bənzəmirdi. Bəlkə də bu həsrət isti bir evin, isti bir yuvanın həsrəti idi.
Bir azdan onlar qəzetlərini də götürüb özlərini soyuq küçənin ağuşuna atdılar. Təşəkkür belə etmədən uzaqlaşdılar. Əslində buna heç ehtiyac da yox idi. Bir anlıq fincanlarıma baxdım. Sanki onları ilk dəfə idi ki, görürdüm. Onlar doğurdan da dəst idilər...
Balaca qızın baxışlarını heç cür unuda bilmirdim. Mətbəxə keçdim. Sobanın üzərində bişən isti yeməyə baxdım. Sonra evimizi, həyat yoldaşımı düşündüm. Əslində onlar da elə fincanlarım kimi “dəst” idilər.
Bu fikirlərlə qonaq otağına keçdim. Oturacaqları buxarının yanından götürüb yerinə qoydum. Uşaqların xalçanın üzərindəki ayaq izlərini silmək istədim. Ancaq sonra fikrimdən daşındım. Artıq bu izləri silməyəcəkdim. Heç olmasa, necə varlı olduğmu unutmamaq üçün.

Maraqlı hekayələr


Geri dön

nice_angel

  • 22 iyul 2011 23:57
  • Məqalə: 18
  • Şərh: 736
  • Bal:
tewekkurler

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

nilayka

  • 20 fevral 2011 18:47
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
maraqlidi cox saq ol

maraqlidi cox saq ol

--------------------

Ulya

  • 15 oktyabr 2010 12:53
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
winked

Yusif

  • 12 oktyabr 2010 18:17
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
maraqlidi cox saq ol dosi

Ulya

  • 12 oktyabr 2010 16:05
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Grace_Angel,
sevgi yalandir,
Azeri_Gozeli,
sevgi yalandir,
love

Grace_Angel

  • 12 oktyabr 2010 16:04
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkur edirem xebere gore....Maraqlidir.....

--------------------

sevgi yalandir

  • 12 oktyabr 2010 15:44
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
dogurdanda maraqlidir tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Azeri_Gozeli

  • 12 oktyabr 2010 15:17
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Ulya bacis superr elerine saliq birdenesen love

--------------------

sevgi yalandir

  • 12 oktyabr 2010 14:16
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurer

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}