Azərbaycan ailələri niyə dağılır?

 
Azərbaycan ailələri niyə dağılır?

26 yaşlı Orxan və 25 yaşlı Nazlı bu ilin mart ayında möhtəşəm çal-çağırla Bakıdakı şadlıq saraylarının birində özlərinə toy çaldırdılar. Bu cütlük dost-tanışları, yaxınları, əzizləri, ən əsası valideynlərinin xeyir-duası ilə yeni həyata başladılar. Orxan da, Nazlı da ali təhsilli gənclərdir, təbii ki, hər ikisi də yaxşı iş sahibidir. Bütün toylarda olduğu kimi bu toyda da hamı “xoşbəxt olun, qoşa qarıyın” deyə gənclərə arzularını çatdırdı. Amma əfsuslar olsun ki, Orxan və Nazlı qoşa qarımağı bacarmadılar. Düz 7 ay sonra gənclər başa düşür ki, onlar bir yerdə yaşaya bilmirlər. Beləliklə, 7 ay bundan öncə sevinclə qurulan ailə, bu gün dağıldı. Bəs səbəb? Axı bu gənclər 20 yaşında evlənməyiblər, imkansız da deyillər, qayınana-qayınata ilə də bir yaşamırlar, bəs nə istəyirlər?
Orxan deyir ki, hər gün Nazlı ilə dalaşırdılar, birinin sözü o birinin boğazından keçmirdi: “Mən axı, nə qədər güzəşt etməliyəm. Həm də o, anasıgilə gedən kimi 180 dərəcə dəyişirdi. Getməyinə icazə verməsəm, telefonla evdə baş verənləri anasına yazırdı. Artıq bir yerdə yaşamağa dözə bilmirdik, biz başqa dünyanın adamlarıyıq və ayrılmağı qərara aldıq”.

Artıq boşanma, ailələrin dağılması Azərbaycanda adi hala çevrilib. Hər gün kiminsə ayrıldığını və ya boşandığını eşidirsən. İnsanlar birgə yaşamağı bacarmayanda, artıq əvvəllki kimi dözümlülük nümayiş etdirmirlər, birdəfəlik ayrılırlar. Əvvəllər boşanan qadına çox pis baxırdılar. Düzdür, indinin özündə də belə qadınlara münasibət Azərbaycan cəmiyyətində də birmənalı deyil. Səbəbi bəlli oldu-olmadı əsas günahkar qadın hesab olunur.

Elə bu yaxınlarda Milli Məclisin Sosial Siyasət komitəsində “Sosial qanunvericilik: reallıqlar və perespektivlər” mövzusunda keçirilən iclasın dinləmələrində komitə sədri Hadı Rəcəbli Azərbaycanda son 6-7 ildə boşanmaların sayının artdığını deyib. O bildirib ki, boşanmaların əsas səbəblərindən biri mülkiyyət məsələləridir. Hadi Rəcəbli əlavə edib ki, gənclər ailə qurarkən həkim müayinəsindən keçməməsi də ciddi problemlər yaradır.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə Azərbaycanda kənd yerlərində rəsmi qeydə alınmış nigahların sayı 37580, boşanmaların sayı isə 2308 olub. Əhalinin hər 1000 nəfərinə görə nigah bağlayanların sayı 9,0, boşananların sayı isə 0,6 təşkil edib. 2011-ci ilin ilk altı ayında nigaha girənlərin sayı 39 803, boşananlar isə 5335 nəfər olub.

Dünya ölklərində isə ən çox boşanma Avropa və Amerika Birləşmiş Ştatlarında baş verir. Daha sonra isə Birləşmiş Krallıq, Kanada, Yeni Zelandiya, Rusiya, Ukraynada da ailələr çox sayda dağılır. Bu ölkələrdə isə hər min nəfərə 3-5 boşanma düşür.

Statistik məlumatlar arasında daha maraqlı olanları da var. Məsələn, elə ailələr var ki, onlar 20, 30, hətta 35 il bir yerdə yaşayandan sonra boşanırlar. Azərbaycan Dövlət Statistika Komitəsi açıqlayır ki, ölkədə ən çox boşananlar 30-34 yaşında olan vətəndaşlardır. Bir ildə bu yaş arasında olanların təxminən 1550-dən artığı boşanıb. Daha sonra isə 35-39, 45-59, 55-59 və yaşı 60-ı ötən kişi və qadınlar ayrılmağa daha çox üstünlük veriblər. 2010-cu ildə yaşı 60-ı ötən 226-dan çox ağsaqqal və 121-dən artıq ağbirçək boşanıblar. Bunlar sadəcə məsələnin rəsmi tərəfidir, qeyri-rəsmi olaraq dağılan ailələrin sayı isə daha çoxdur. Burada ən əsas məqam ailələrin boşanma səbəbləridir. Lakin təəssüflər olsun ki, statistika ailələrin boşanma səbəbini araşdırmır.

Bəs bu məsələnin əsl mahiyyəti nədir? Gənc vaxtı boşanlara baxanda düşünürsən ki, cavandırlar, səbrsizlik ediblər, dözməyiblər. Lakin adi rəsmi statistika göstərir ki, 30 ildən yuxarı bir yerdə yaşayandan sonra dağılan ailələrin sayı daha çoxdur və artır. Səbəb nədir?
Psixoloq Dəyanət Rzayev deyir ki, bir çox insanlar bunu Avropaya inteqrasiya ilə bağlayırlar, amma bu belə deyil. Sadəcə olaraq bu gün nigah münasibətləri özünü doğrultmur. Çünki cəmiyyətdə təbəqələşmə gedir, varlı və kasıb ailələr yaranır: “Sovet dövründə hamı eyni sosial vəziyyətdə yaşayırdı, amma indi belə deyil. Çoxlarının heç maşını da yox idi”.

İkinci səbəb - ailələrdə konfliktlər, münaqişələr indi çox artıb. Digər tərəfdən insanlar cəmiyyətdə hələ öz yerlərini tapa bilməyiblər. Ailə qurulanda milli mentalitə uyğun qurulur, məsələn, oğlum evlənməli, qızım ərə getməlidir. Və ya ərə getməsəm mənə nə deyerlər? Valideynlər özlərini xoşbəxt etmək üçün də uşaqlarını evləndirirlər.

Məişət problemləri, ümidsizlik də bu səbəblərə daxildir. Məsələn, orta əmək haqqı 500-600 manat təşkil edən ailə, bu maaşla neçə ilə ev ala bilər? İndi çox böyük sərbəstlik var, insanlar öncədən özlərini boşanmağa hazırlayırlar.
Dövlət nəzarətinə ehtiyac var

Dəyanət Rzayev hesab edir ki, ailə münasibətləri dövlət tərəfindən idarə olunmalıdır: “Ailələrdə problem yarananda hamı qırağa çəkilir, bizim işimiz deyil, qarışmırıq deyirlər. Məsələn, bundan qabaq ailədə kişi içki içirdisə, evə baxmırdısa, işləmirdisə ən azı sahə müvəkkili onunla maraqlanırdı, amma indi belə bir şey yoxdur. “Sağlamlıq, psixi təhlükəsizlik” haqda qanunlar lazımdır. Düşünürəm ki, bunlar dövlət tərəfindən idarə olunmalı, nəzarət olmalıdır. Ər-arvadını döyür heç kim də müdaxilə edə bilmir, çünki belə bir qanun mövcud deyil".

Seksual problemlər

Ümumiyyətlə, Azərbaycanda boşananlar səbəb kimi sözlərinin düz gəlmədiyini göstəririlər. Boşanmanın əsl səbəb iki nəfərdən başqa qalan şəxslərə naməlum qalır. Psixoloqlar bildirir ki, boşanmaların 50 faizi seksual problemlərə görə baş verir. Lakin insanlar, xüsusilə də Azərbaycanda, İslam ölkəsində bunun səbəb kimi dilə gətirilməsini ayıb sayırlar. Onlar utandıqlarından bu səbəb üzərindən elə keçirlər ki, guya belə bir şey heç vaxt səbəb ola bilməz.

Psixoloq Dəyanət Rzayev bildirir ki, ailələrə müdaxilə olmadığından adətən onların ayrılmalarının real səbəblərini bilmək çətin olur, lakin 50 faiz boşanmalar seksual problemlərdən irəli gəlir: “Deyirlər ki, guya xasiyyətləri tutmadı. Amma xaricdə belə deyil, orada boşanma asan olmur, insanlar psixoloji müzakirələrə dəvət olunurlar. Bizdə isə belə bir təcrübə yoxdur, boşanmaq istəyən sadəcə ərizə verir və tərəflərə 3 ay düşünmək üçün vaxt verilir. Heç bir psixoloji yardım göstərilmir”.

Xəyanət

Boşanmada digər amil xəyanətdir. Hamımız yaxşı bilirik ki, ölkəmizdə qadınların böyük əksəriyyəti kişilərin xəyanətini normal qəbul edir. Psixoloqun sözlərinə görə, bir çox qadınlar özlərinə güvənmirlər, kişilərdən asılı olduqlarından onların xəyanətinə göz yummalı oldurdular. Lakin hazırda qadınlar artıq cəmiyyətdə özlərini tapmağı bacarırlar, özlərinə güvən artıb və belə kişiləri qəbul etmirlər.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da bu faktla razıdır. “Qadınlar ən çox iqtisadi cəhətdən asılı olurlar. Bizim qadınlar daha çox uşağa bağlı qalır və ömürlərinin axırına qədər ailə zorakılığına dözməli olurlar. Peşə bacarıqları, təhsilin olmamaması, eyni zamanda adət və ənənə, yəni “ölsən də orada qalmalısan” bu kimi hallar qadınların istəmədikləri ailələrini davam etdirməyə məcbur edir. Bundan başqa, ümumi cəmiyyət tərəfindən olan qınaqlar, əxlaqi dəyərlər, həm də peşəsi olmayan qadınların böyük əksəriyyəti sonda əxlaqsız yola əl atırlar, çünki bu ən asan yoldur. Qayınana və digərlərinin müdaxiləsi də ailənin sonda dağılmasına gətirib çıxarır”.
Ailələrin dağılmasının digər bir səbəbi gənclərin buna hazır olmamasıdır. Azərbaycanın bölgələrində, xüsusilə şimal və cənubda, Quba-Qusar və Lənkəranda qızlar erkən yaşdan ərə verilir. Hələ həyatda bir çətinlik görməyən, bərkə-boşa düşüb, ondan çıxmağı bacarmayan qızlar 12-13 yaşlarıdan ərə verilirdi. Qeyd edək ki, ailə həyatına hazır olmamaq gənc qızın xörək bişirmək, ev yığışdırma bilməməsi kimi başa düşülməməlidir. Sadəcə olaraq gənclər bir-birilərinə güzəştə getmək istəmirlər, ailədə baş verən çətinlikləri danışıqları yolu həll etməyi düşünmürlər. "Ərim və ya arvadım nəyə görə belə etdi?" əvəzinə fikirləşməkdənsə, onlar üçün qapını çırpıb birdəfəlik getmək daha asan olur.
M.Zeynalovanın sözlərinə görə, Azərbaycanda qocalmış qızlar tendensiyası var. Məsələn, valideyn deyir ki, təhsil almaqdansa, ərə getsən daha yaxşı olar. Bir çox ailələr qızlarına sərmayə qoymağı, yəni onlara təhsil verməyi istəmir. Düşünürlər ki, qızları çıxıb gedəcək, əldə etdiklərini başqasına xərcləyəcək.

Seksual tərbiyə

İntim həyatda harmoniyanın pozulması boşanmanın daha və ən böyük səbəblərindən biridir. Yataqda dil tapa bilməyən cütlük, öz problemlərini sekspotoloqun yanında deyil, məhkəmə zalında həll etmək qərarına gəlirlər.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri də bunun səbəblərdən biri olduğunu deyir: “Məsələn, bir nəfər qadın müraciət etmişdi ki, əri başqaları ilə münasibətdə olub. Onların şəklini çəkib və onu baxmağa vadar edirmiş. Və ya hansısa video materiallara baxır və özünü oradakı kimi aparmağa vadar edirdi. İntim münasibətlərdəki eybəcərlikləri ailələrdə danışmaq istəmirlər. Qadınlar əsasən susurlar. Amma əslində bu cür şeylərə etiraz edərək ayılırlar. Seksual münasibətlərdə ciddi problemlər var, amma biz bununla bağlı danışmaq istəmirik. Çünki seksual tərbiyə deyən kimi o dəqiqə elə bilirlər ki, biz seksual azadlıqlara çağırırıq. Bu məsələlər olduqca ciddi məsələlərdir”.

Seksual harmoniya pozulub. Yəni kişilər tələbatlarını ödəyə bilmir və ya qadınlar özlərini göstərməyə çəkinirlər. Çünki kişilər çox vaxt “sən bunları haradan öyrənmisən?” deyə təzyiq edirlər. Bu cür təzadlı məqamlar ailədə ciddi problemlərə gətirib çıxarır.

30 ildən sonra dağılan ailələrə gəlincə isə Mehriban xanım əlavə etdi ki, uzun müddət böyük iradə göstərən, dözən-dözmüş qadın artıq uşaqları böyüdükdən, onları yerbəyer etdikdən sonra özünü azad etmək istəyir. Belə qadınlar hesab edir ki, artıq onlar azad yaşaya bilərlər. Missiyalarını başa vurublar və qarşıda maneə yoxdur. Həm də kişi ilə qadının tələbatları olduqca fərqlidir. Qadınlar tələbatlarını özlərini uşaqlarına, işinə həsr edərək ödəməyi bacarırlar, lakin kişilər öz cinsi tələbatlarını heç vaxt belə şeylərə qarşılaya bilmirlər.

Cütlüklərin boşanma səbəbləri təkcə yuxarıda sadalanlarla kifayətlənmir. Məsələn, spirtli içkilər, narkomaniya, lüdomaniya (oyun asılığı), eləcə də qeyri-rəsmi səbəblər- ev məsələsi, pul, siyasi və dini baxışlar, uşağın dünyaya gəlməsi, valideynlərin işə qarışması, məcburi ayrılıq və ciddi xəstəlik, təmizlik, evdə səliqə-sahman, ədəbi, musiqi, kino kimi müxtəlif dünyagörüşləri və s bu kimi kənardan olduqca mənasız görünən, amma əslində insanların həyatında problemə çevrilən amillərdə ayrılığa qığılcım olur.
Burada daha əsas amil isə təbii ki, tərəflərin bir-birini sevməsidir.

Hər halda azərbaycanlılarlar xarici ölkə vətəndaşlarının boşanma səbəbləri arasında fərq böyükdür. Onlar bir-birini sevdiklərini, həmin insanın onları xoşbəxt edəcəyini, özlərini tənha hiss etdiklərinə görə ailə qururlar. Ailədə bunları görməyəndə ayrılmağı üstün tuturlar.
Azərbaycan cəmiyyəti isə evliliyə fərqli yanaşır. Ailələrimiz və cəmiyyətimiz bizi ailə qurmağa təzyiq göstərir Artıq yaşım keçir, gərək ərə gedim və ya evlənib, mən bu yaşımda evlənsəm, bəs uşaqlarım neçə yaşında olacaq? Təbii sevginin də olmasını istəyirik, amma bu, adətən ailənin qurulmasına əsas səbəb olmur. Sadəcə ərə getdikdən və ya ailə qurduqdan sonra “sevərik” deyə daxilən ümidlə gözləyirik. Ona görə də Azərbaycanda boşanmaların sayı başqa ölkələrə nisbətən az görünə bilər. Çünki biz ailə quranda valideynlərimiz, qohumlarımız və cəmiyyəti razı salmış oluruq. Amma nə üçün evlənməli olduğumuz haqda düşünmürük.


Geri dön

.♣.Chrysalis.♣.

  • 30 noyabr 2011 23:57
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
twk her sebebe gore dagila biler

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Aynure

  • 30 noyabr 2011 21:07
  • Məqalə: 118
  • Şərh: 436
  • Bal:
{awards}
V_I_P,
raziyam sizle

_SVETLANA_777_

  • 30 noyabr 2011 21:00
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
tesekkurler her birinize

--------------------
<p></p>

R_A_P_U_N_Z_E_L

  • 30 noyabr 2011 20:57
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

V_I_P

  • 30 noyabr 2011 19:18
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
hamisini dimirem,,bezileri qadinlar ve kiwiler bir birini aldadirlar ,,bir birine yalan daniwirlar.. bu da ailenin dagilmasina gelib cixir...yalan olmasa aile dagilmaz. twkk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

zoluska

  • 30 noyabr 2011 18:44
  • Məqalə: 1
  • Şərh: 872
  • Bal:
{awards}
qizin oz sexsi fikri yoxdu.yalniz ananin dedikleri ile gedir.az-da bu boyuk problemdir.buda ondan ireli yaslerindan asili olmayaraq bezi genclerimiz daim valideynlerinden
asilidirlar

Zoluwka

  • 30 noyabr 2011 18:32
  • Məqalə: 77
  • Şərh: 1207
  • Bal:
{awards}
spsssssssss

--------------------
♀+♂=ღ

_TUNAR_MAMEDOV_

  • 30 noyabr 2011 18:18
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
xebere gore twkler...

--------------------

BadZero

  • 30 noyabr 2011 18:07
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
nə bilim... xəbərə görə tşk

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

Ku-ku

  • 30 noyabr 2011 17:37
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
mence qurulan aileler bir birileri ile anlawmada hemde hermetde sehve yol verirler

--------------------

......ROMA......

  • 30 noyabr 2011 17:36
  • Məqalə: 4
  • Şərh: 329
  • Bal:
{awards}
wink wink

--------------------
Sevdinsə kölgəyə dönüb hər zaman,
Sən onu hər yerdə izləyəcəksən.
Sevdinsə qəm içib dərd udacaqsan.
Onu unutmağı unudacaqsan.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 49

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}