Yuxu görmək istəyirəm

 
Yuxu görmək istəyirəm

İstəyirəm bu axşam yatım və səhər yuxudan duranda görüm ki son 25 il olmayıb.Baxım ki, hamı adi qayda ilə məktəbə,işə yollanır və düşünüm:”Bu nə axmaq yuxu idi mən gördüm!”

Görüm ki torpaqlarımız erməni işğalı altında deyil.Yenə də sakit may səhərində məktəblilər avtobusla Şuşaya gəzməyə gedirlər.Bir istirahət gününü vətənimizin gəzməli,görməli bir yeri olan Şuşada keçirəcəklər.Ordan maraq dolu xatirələrlə və şəkillərlə qayıdacaqlar.

Yuxu görmək istəyirəm

Görüm ki daha küçədə zibil qutularını eşələyən ac,cır-cındır içində olan qocalar da yoxdu.Küçədə əl açıb dilənənlər hər tin başını tutmayıb,yolun kənarında körpəsini qucağına sıxaraq sürücülərdən pul istəyən qızcığaz da harasa yox olub.

Kasıb ailələri belə pis vəziyyətdə görməyim.Heç olmasa uşağına məktəbli forması almağa gücü çatmayan valideynin gözlərindəki ümid işığını görüm-dövlət özü kasıb ailələrin uşaqlarını məktəbli forması ilə təmin edəcək. Kommunal xərcləri ödəyə bilməyən insanların qışın soyuğunda qaranlıq otaqda soyuqdan odeyala büründüyünü də görməyim.

Yuxu görmək istəyirəm

Günü gündən yağlanan,piylənən burjuyları,onların yanında kiçilən,aşağı görünən insanları görməyim.Görməyim ki hələ maşın sürməyə yaşı çatmayan papa uşağı növbəti bir ailəni başsız qoyub,neçə nəfərin göz yaşına səbəb olsa da səhəri gün eyni qayda ilə,eyni surət ilə həmin küçədən keçir.

Bütün əmək haqqını kommunal xərclərin ödənilməsinə verib sonra evdə çörək almağa pulu qalmayan atanın acizliyini görməyim.O atanın ki seçim qarşısında qalacaq:kommunal xərcləri ödəsin yoxsa uşaqlarını yedizdirmək üçün bazarlıq eləsin.Cib xərcliyi istəyən oğlüna pulum yoxdur deyən atanın o an keçirdiyi hissləri mən də yaşamayım.

Yuxu görmək istəyirəm

Minimal əmək haqqı adlanan istehza dolu o rəqəmi görməyim.Təqaüdçülərin heç bir həftəyə də bəs etməyən gülünc təqaüdlərinə baxıb utanmayım.Görməyim ki,minimal əmək haqqının “artması”na baxmayaraq insanlar günü gündən kasıblaşır.
Görməyim ki,bir insan neçə il işləməlidir ki özünə yaşamaq üçün heç olmasa adi şəraiti olan bir ev düzəldə bilsin.

Ali təhsil diplomu olan bir gəncin gündəlik iş üçün ora bura vurnuxduğunu görməyim.İş tapa bilməyən,tapdığı işlərin qarşılığında alacağı əmək haqqını dilə gətirməyə utanan gəncin evlənib ailə qurmaq xülyasından əl çəkdiyinə şahid olmayım.Günü gündən dəyişən,heçə çevrilən əxlaqi dəyərlərin yerini yüngül həyat devizinə çevrişmiş əxlaqsızlıqla əvəz olunduğunu görməyim.

Yuxu görmək istəyirəm

Semestrin sonunda tələbələrin müəllimi “görmək”lərini mən görməyim bircə.Müəllim kimi şərəfli bir adın rüşvət,pozğunluq,qızları yoldan çıxarma kimi terminlərlə sakitcə və heç bir dəhşət yaratmadan çəkilməsini görməyim bəlkə.Bəlkə hamilə olan 6-7 sinif şagirdi,narkoman məktəblilər,”kişiləşmiş” qadınlar,”qadınlaşmış” kişilər də tamamilə yad olsun cəmiyyətə.

Televizorda hər gün izlədiyimiz xəbərlərdə ölüm görməyim.Görməyim ki,hər şey dağılır,batır,enir.Mən bundan yaman yorulmuşam.Mən son 25 ili rahat yaşamaq istəyirəm.İstəyirəm insanların yüksəlişini eşidim,qələbələrinə sevinim,övladlarımızın ölüm xəbərini yox,nailiyyətlərini paylaşaq.Dəqiq bilim ki orta məktəbi bitirib mütləq ali məktəbə qəbul olunacam,imkanımdan asılı olmayaraq təhsil almaq hüququm olacaq.

Yuxu görmək istəyirəm

Dəqiq bilim ki gecəyədək həyətdə ,küçədə yoldaşlarımla gəzə bilərəm və valideynim düşünməyəcək ki ilahi görəsən necə bir kompaniyaya düşə bilər.Dəqiq bilim ki,bazar günləri “Nağıllar aləminə səyahət”,axşamlar “Gecəniz xeyrə qalsın” efirdə olacaq və biz səbirsizliklə onu gözləyəcəyik.Dəqiq bilim ki tətillərdə sevimli uşaq filmlərini izləyəcəyik.Yay tətilini keçirmək üçün nə qədər uzaqda olsa da nənələrimizin yanına gedə biləcəyik,daha bu valideynlərimizə yarım illik əmək haqqı bahasına başa gəlməyəcək.

İstəyirəm ki sabahım üçün qorxmayım.İstəyirəm ki mənim uşaqlarımın da sabahı sual altında olmasın.İstəyirəm yuxudan ayılım və görüm ki son 25 il sadəcə dəhşətli bir yuxu imiş...

Siz nə istəyirsiniz?


Geri dön

Stubborn

  • 5 dekabr 2011 20:35
  • Məqalə: 0
  • Şərh: 57
  • Bal:
SUPERDI TEWEKKUR

Alone angel

  • 1 dekabr 2011 17:52
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
tewekkurler

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

Zoluwka

  • 1 dekabr 2011 17:42
  • Məqalə: 77
  • Şərh: 1207
  • Bal:
{awards}
tewekkurler

--------------------
♀+♂=ღ

Ku-ku

  • 1 dekabr 2011 12:52
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
İstəyirəm bu axşam yatım və səhər yuxudan duranda görüm ki son 25 il olmayıb.Baxım ki, hamı adi qayda ilə məktəbə,işə yollanır və düşünüm:”Bu nə axmaq yuxu idi mən gördüm!”

Görüm ki torpaqlarımız erməni işğalı altında deyil.Yenə də sakit may səhərində məktəblilər avtobusla Şuşaya gəzməyə gedirlər.Bir istirahət gününü vətənimizin gəzməli,görməli bir yeri olan Şuşada keçirəcəklər.Ordan maraq dolu xatirələrlə və şəkillərlə qayıdacaqlar.

--------------------

:..GIZEMLI..:

  • 1 dekabr 2011 00:46
  • Məqalə: 28
  • Şərh: 3335
  • Bal:
{awards}
Tesekkurler xeberi beyendim ellerinize sagliq

zoluska

  • 1 dekabr 2011 00:17
  • Məqalə: 1
  • Şərh: 872
  • Bal:
{awards}
susa ile baqli olani ve muellimlerin rusvet almamasini realliqda gormek isterdim
tewekkurler

lovely boy

  • 1 dekabr 2011 00:12
  • Məqalə: 16
  • Şərh: 389
  • Bal:
{awards}
Men cox sey isteyirem wink ALLAH QISMET ETSIN...AMIN !!!

--------------------

leman_girl_2

  • 30 noyabr 2011 23:49
  • Məqalə: 0
  • Şərh: 27
  • Bal:
{awards}
tesekkurler

BadZero

  • 30 noyabr 2011 23:18
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Siz nə istəyirsiniz?

Klassik dövrdə yaşamaq

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

ASMIYA

  • 30 noyabr 2011 22:59
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
NECƏ DƏ GÖZƏL OLARDI O, CÜR HƏYAT. YUXUDA BELƏ GÖRMƏK MÜMKÜNSÜZDÜR. recourse

ELİNİZ - QOLUNUZ VAR OLSUN. BEYENDİMM. TƏŞƏKKÜRLƏR.

--------------------


Zoluwka

  • 30 noyabr 2011 22:41
  • Məqalə: 77
  • Şərh: 1207
  • Bal:
{awards}
tewekkurler

--------------------
♀+♂=ღ

al yazmalim:))

  • 30 noyabr 2011 22:34
  • Məqalə: 37
  • Şərh: 1174
  • Bal:
{awards}
tskkkkkkkkk

--------------------
oglanlar eziyyet cekib vaxtinizi ayirib mene dostluq atmayin qebul etmeyecem!!!

http://imgs.su/tmp/2012-12-24/1356351484-375.jpg

.♣.Chrysalis.♣.

  • 30 noyabr 2011 22:11
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
istediklerimi bura yaza bilmerem

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

jalicka...

  • 30 noyabr 2011 21:30
  • Məqalə: 0
  • Şərh: 703
  • Bal:
{awards}
COX GOZEL YUXUDUR MENDE ISTERDIM BELE YUXUNU GORMEK TWK

--------------------
Seni bulmaktan once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil sana
Hep yeniden baslamak isterim

angel gunay

  • 30 noyabr 2011 21:29
  • Məqalə: 31
  • Şərh: 843
  • Bal:
{awards}
Xeberi coxx beyendimmm
saqol xebere goree

--------------------
Mən heç vaxt mənə inanan insanı aldatmaram amma mənə inanmiyana da düzünü subut etdirmərəm

Aynure

  • 30 noyabr 2011 21:24
  • Məqalə: 118
  • Şərh: 436
  • Bal:
{awards}
belay belay

_SVETLANA_777_

  • 30 noyabr 2011 21:24
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
tesekkurler

--------------------
<p></p>

Angel-Feride

  • 30 noyabr 2011 21:24
  • Məqalə: 54
  • Şərh: 1056
  • Bal:
{awards}
winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 16
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}